Lalə Dadaşova keçmiş gəlini Mehribandan danışdı
Müğənni Lalə Dadaşova keçmiş gəlini, əməkdar artist Mehriban Xanlarova barəsində danışıb.
BiG.AZ-ın xəbərinə görə, Lent.az-a açıqlama verən L.Dadaşova bildirib ki, bəzi saytlar keçmiş gəlini ilə arasında problemlər olduğunu yazıblar. Amma bu, həqiqəti əks etdirmir və oğlu Zaur Mehriban Xanlarova ilə ailə qurmaq istəyəndə narazılıq etməyib:
"Bəzi jurnalistlər istəyirlər ki, aramıza qalmaqal salsınlar. Mehriban Xanlarovaya elçi gedib, onu oğluma almışdım. Amma həyat belə gətirdi ki, ayrıldılar. Ayrılığa nə səbəb olduğunu isə deyə bilməyəcəm. Bu, Mehribanla oğlum arasında olan bir məsələdir. Mən heç vaxt onların işinə qarışmamışam. Mən də hər bir ana kimi istəyərdim ki, oğlum xoşbəxt olsun. Amma... nə bilim. Həyatda milyonlarla ayrılan insan var. Oğlumla Mehriban Xanlarova da onlardandır. Ayrılandan sonra da münasibətləri yaxşı oldu. Bizə yaraşmaz ki, qalmaqal edək, bir-birimizə nalayıq sözlər deyək. Çünki bizim nəslimiz var".
L.Dadaşova onu da əlavə edib ki, oğlu Zaur M. Xanlarova ilə boşanandan sonra yenidən ailə qurub. Amma ikinci evliliyi də uğursuz olub:
"Mehriban xanımdan ayrılandan sonra oğlum 2006-cı ildə yenə də ailə qurdu. Təxminən 6-7 il bir yerdə yaşadılar. Amma qismətdən ailə qurduğu xanım böyrək çatışmazlığından dünyasını dəyişdi. Yoldaşı dünyasını dəyişəndən hələ ki, subaydır. Bu, oğlumun qisməti imiş. Yəqin ki, oğlumun taleyinə bunlar yazılıbmış".
Xatırladaq ki, L.Dadaşova bir neçə il öncə açıqlamasında bildirmişdi ki, oğlunun M.Xanlarova ilə evliyinə narazı olub:
"Oğlumla aralarında yaş fərqi vardı. Zaur mənə gəlib deyəndə ki, Mehribanla evlənmək istəyirəm, narazılıq etdim. Dedim ki, qətiyyən olmaz. Oğlum da mənə söylədi ki, öldü var, döndü yoxdur. Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razı oldum. Övladları olmadığı üçün ayrıldılar".
M.Xanlarova isə cavabında bu sözləri demişdi:
"Yaş fərqimiz o qədər də çox deyil. Mən 1967-ci ildənəm, Zaur isə 1973-cü ildən olmalıdır. Camaat 20 yaş fərqiylə ailə qurur. Sadəcə anlaşmadıq və ayrıldıq. Bəzi problemlər var idi, açıqlamayacağam".
Qeyd edək ki, L.Dadaşovanın digər oğlu Natiq 4 ay öncə uzun sürən ağ ciyər xərçəngindən 35 yaşında dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Uşaq Avroviziya 2025"in şərhçiləri onlar olacaq
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub. Axşam.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri tanınmış aparıcılar Azər Süleymanlı və Aysel Zahidqızı olacaq. Xatırlada
11.12.2025 262 Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO
Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri
13.12.2025 644 Aysel bu qərarı ədalətsizlik adlandırdı
Xəbər verdiyimiz kimi, "Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin qalibi Fransa təmsilçisi Lou Deleuze "Ce Monde" mahnısı ilə olub. Axşam.az-ın məlumatına görə, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə bununla bağlı paylaşım edib. Aysel qərarı haqsızlıq adlandırıb
14.12.2025 247 Səsləri Murad Adıgözəlzadə və Ayselin qızı ELAN EDƏCƏK - FOTO
"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycan adından xalları kimin elan edəcəyi açıqlanıb. Axşam.az xəbər verir ki, xallar Leyla Adıgözəlzadə tərəfindən elan ediləcək. Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, "Avroviziya 2009" mahnı müsabiqəsini
13.12.2025 581 Tərəf müqabili oldular
Türkiyəli aktrisa Nilsu Berfin Aktaş yeni layihədə rol alamağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktrisa "Liliyar" serialına çəkiləcək. O, ekran işində "Roza" adlı qadına həyat verəcək. Layihədən onun tərəf müqabili Burak Tozkoparan olacaq. O, "Ali" obrazılı ilə ekrand
13.12.2025 178 Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"
Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə
13.12.2025 298 54 yaşlı Aygün Kazımova görünüşü ilə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Xalq artisti Aygün Kazımova tərzi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça qatıldığı məclislərdən birində ağ geyimlərdən istifadə edib. Kazımova tərzini kürk və ağ şlyapa ilə tamamlayıb. Fotoların müəllifi Muxtar Bədəlovdur
13.12.2025 737 Könül Kərimovanın yeni görüntüsü təəccübləndirdi - FOTOLAR
Könül Kərimova sosial şəbəkədə yeni fotosunu izləyicilərinin ixtiyarına verib. "Yeni Sabah" xəbər verir ki, müğənninin xeyli arıqlaması hamının diqqətini özünə çəkib. Əməkdar artist görüntüsünün altına "Bu gözəl çəkiyə görə…" sözlərini yazaraq, onu arıqlama prosesində müşayiət edə
08.12.2025 902 Ögey qızının açıqlamaları "Nana"nın işinə son qoydu
"Kanal D" aparcısı Evrim Akın ilə yollarını ayırıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər keçmişinə dair iddialarla gündəmə gəlib. Bu səbəbdən kanal aparıcı ilə əməkdaşlığına son qoyub. Məlumata görə, proqram "Pazar Gezmesi" adı ilə yayımlanmağa davam edəcək və layihəni bunda
13.12.2025 248