Kredit borclarına görə müştərinin pensiya və maaş kartı "dondurula"bilərmi?

Kredit borclarına görə müştərinin pensiya və maaş kartı "dondurula"bilərmi?Ödəmə müddəti gecikdirilmiş kreditlərin ödənilməsi üçün banklar müxtəlif üsullara əl atır. Bu üsullardan biri də, kreditin ödənilməsini gecikdirmiş vətəndaşlara hədə-qorxu gəlməkdir. Banklar kreditini gecikdirən vətəndaşlarla əlaqə saxlayaraq onları kredit ödənilmədiyi halda əmək haqqı, pensiya və müavinət kartlarını "dondurmaq" həmin plastik kartlara həbs qoymaqla hədələyirlər. Bəs görəsən kreditinin ödəmə müddətini gecikdirmiş vətəndaşın əmək haqqı, pensiya və müavinət kartı, bankların dili ilə desək "dondurula" bilərmi? Ümumiyyətlə kredit gecikdikdə, məhkəmə yolu ilə bank hansı halda gecikdirilmiş kreditin ödənilməsini vətəndaşın əmək haqqına, pensiyasına və müavinətinə yönəltməyə nail ola bilər?

Movqe.az problemin aktuallığını nəzərə alaraq vətəndaşlara bu barədə hüquqi baxımdan marifləndirici məqalə hazırlayıb.

Hüquqşunas Müzəffər Baxışov bildirib ki, əgər vətəndaş bankdan kredit götürərkən girov olaraq əmlak, avtomobil, zinnət əşyası qoymayıbsa, bank vətəndaşın əmək haqqı, pensiya və müavinət kartını heç bir halda "dondura" və həbs qoya bilməz: "Bu birbaşa qanun pozuntusudur. Ola bilər ki, vətəndaş bankdan kredit götürərkən ya iş yerindən arayış, yaxud da əmək haqqı və pensiya kartından çıxarış təqdim edib ki, aylıq nə qədər gəliri olduğunu təsdiqləsin. Çünki, banklar vətəndaşa rəsmi olaraaq gəlir yeri göstərmədikdə çətinliklə kredit ayırırlar. O ki, qaldı vətəndaşın bankın kreditini aylıq ödəniş cədvəli üzrə ödəməməsinə, bu halda bank əməkdaşının vətəndaşı krediti gecikdirdiyi üçün ancaq məhkəməyə vermək ixtiyarı var. Bankın nümayəndəsi heç bir halda zəng edib müştəriyə hədə-qorxu gələ, onun yeganə gəliri olan, əmək haqqı, pensiya və bank kartını əlindən almaq barədə təhdid edə bilməz. Bu halda vətəndaşın hüququ var ki, bankın həmin əməkdaşı barədə hüquq-mühafizə orqanlarına şikayət etsin".

M. Baxışov bildirir ki, bankın əməkdaşı kredit müddəti gecikdirildikdə, vətəndaş barədə məhkəmə instansiyasına rəsmi şikayət edə bilər. Bu zaman məhkəmə kreditin borclu tərəfindən ödənilməsi barədə qərar çıxardır. Amma məhkəmənin də səlahiyyəti yoxdur ki, vətəndaşın maaş, təqaüd, müavinət kartını onun əlindən alıb banka versin. Yaxud da, borcun ödənilməsini əmək haqqına, pensiyaya, müavinətə yönəltsin. Kreditin ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul olunduqdan sonra məhkəmə icraçıları İcra haqqında qanunun 8-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasına başlayırlar. Bu zaman da, vətəndaşa borcu ödəmək üçün 10 gün möhlət verirlər. Bu müddətə borc ödənilməzsə, məhkəmə icraçıları iki ay müddətində icra tədbirlərinin məcburi həyata keçirilməsinə başlayırlar. İlk növbədə borcun ödənilməsi belə halda əmlaka ödənilə bilər. Amma tutaq ki, vətəndaşın bir evi, evində bir soyuducusu, bir televizoru varsa, icraçı onu məcburi olaraq müsadirə edə bilməz. Hətta evdə 5 nəfər varsa, mətbəxdə 5 stul, 5 stəkan varsa icra məmuru borcun həmin əşyaları satmaq hesabına ödənilməsini təmin edə bilməz. Bu halda borc banka borclu olan vətəndaşın gəlirinə yönəldilə bilər. Amma bu zaman vətəndaşın aldığı əmək haqqının, pensiyanın, müavinətin hamısı vətəndaşdan tutula bilməz. Qanunla borc əmək haqqının, pensiyanın ümumi məbləğinin 50 faizinə yönəldilə bilər. İstisna halda, yalnız aliment iddiasında bu faiz 75 ola bilər. Odur ki, vətəndaş bankların əməkdaşlarının qanunsuz olan bu hədə-qorxularından qorxmasınlar".

Hüquqşunasın sözlərinə görə, bu məsələdə ən optimal yol bankla vətəndaşın razılığa gəlməsi, kreditin aylıq ödəniş həddini aşağı salaraq, kredit müddətini uzatmaqdır.

Qeyd edək ki, bəzi banklar, vətəndaşın kredit müddətini uzatmaq təklifini də rədd edirlər. M. Baxışov deyir ki, bu, Konstitutsiya Məhkəməsinin birinci devalivasiyadan sonra, mayın 15-də çıxartdığı qərara ziddir. Belə ki, o qərarda bildirilir ki, əhalinin maraqlarını nəzərə alaraq, kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 16 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 314
.

Rotşildlər arasında qalmaqal: əvəzsiz incəsənət kolleksiyası bölüşdürülmür

Rotşild ailəsinin varisləri Cenevrə yaxınlığında yerləşən Preqni sarayındakı incəsənət kolleksiyası uğrunda ciddi münaqişəyə başlayıblar. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Münaqişə 93 yaşlı baronessa Nadin de Rotşild ilə onun yeganə oğlunun dul arvadı

11:41 185
.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 162
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 167
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 231
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 182
.

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti

11:48 202
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

TOP MP3