Azərbaycan tarixinin 10 ən biabırçı klipi - VİDEO

Azərbaycan tarixinin 10 ən biabırçı klipi - VİDEOMusiqi tariximiz qara səhifələrlə doludur. BiG.AZ pahoo.az-a istinadən bu səhifələri incələmək qərarına gəldi. Beləliklə, ilk səhifə: Azərbaycan tarixinin 10 ən biabırçı klipi.

10. Karvan qrupu – Qara Gözlər

Dörd nəfərə iki çaynik çay, hərəyə bir qız. Klipdə "razborka" əhval-ruhiyyəsi ilə çayxana masasına yanaşan gənclər birdən-birə oxumağa başlayırlar. Adama yarım çaynik oxunandan sonra evlənirlər. Bu isə onlar üçün heç də yaxşı bitmir.

9. Nadir Bayramlı – Qızların əlindən

Avtostopla səyahət edən 2 qız və 1 oğlana maşın saxlayan Nadir Bayramlı, gənclər maşına oturan kimi oxumağa başlayır. Bundan təsirlənən gənc oğlan, qızları Nadir müəllimə düzəltmək istəyir, Nadir müəllim gəncin niyyətini başa düşür və hərəkətə keçir. Klip boyu bizə gərgin anlar yaşadan qəhrəmanlar klipin sonunda maşını saxlayıb sağollaşırlar.

8. İsrail Məmmədov – Her kim aşiq ola

Klipin əvvəlində İsrail müəllimin dostu ona məsləhət görür ki, subaylığın daşını atsın. "Məni o qədər qız sevir ki" cavabını alan dost da, öz növbəsində "Dost düzünü deyər" taktikasını seçərək "Onlar səni yox, pulunu sevir"lə rəqibi susdurur: "Yəni İsrail müəllim, səni axı o qədər qız sevə bilməz."

7. Aqşin Fateh, Elşən Xəzər – Vəfasız

Musiqisi kalkulyatorla oranjıman olunan mahnının klipində qəhrəmanlar iki-ikiyə bölüşüb Counter Strike oynayırlar. Zarafat edirik. İlk baxışdan klipdə iki qızın olduğu zənn olunsa da, bu sadəcə qrim ustasının məharətidir. Klipdə əslində bir qız olur, iki dostu fırladır. Axırda da metroya minib evə gedir.

6. Səyyad Əlizadə – Su pərisi

Klipdə rejissor utanmayıb "xalxın arvadı"na balıq kostyumu geydirərək çayda çimməyə məcbur edir. Qadına edilən ən ağır işgəncələr arasına girən klipin ideya müəllifi elə Səyyad müəllimin özüdür. Youtube tərəfindən dəfələrlə qadağan olunsa da, Səyyad müəllim bir yol tapıb təzədən yükləyir.

5. Aygun Kazımova – Depresyondayım

Klipdə daxili dünyasını tamaşaçıya açan Aygün Kazımovaya ancaq bir söz deyə bilərik: "AzNeft dairəsində divan qoyub uzana bilən adamın depressiyaya düşməyə haqqı yoxdur."

4. Marat Darvazlı – Nədəndir

Kliptə Marat Darvazlı kostyum geyinib dəniz qırağına gələrək zəmanədən şikayətlənir. Marat müəllimi hərdən dağüstü parkda da görmək olur. Hər halda zəmanədən şikayətlənmək üçün yerləri uğurlu seçməyib. Nə demək olar, hamısı o vaxtki zəmanədəndi.

3. İzzət Bağırov – Dön Gəl

Bu klipdə rejissor demək istəyib ki, İzzət Bağırov pilləkənləri aşağı düşə-düşə də mahnı oxuya bilir. Mahnının Youtube`dakı 1 saatlıq versiyasında İzzət Bayıldakı 16 mərtəbənin 16-cı mərtəbəsindən aşağı düşür.

2. Səyyad Əlizadə, Niyaməddin Musayev, İbrahim Borçalı, Namiq Məna -Azərbaycanlıyam

Bu mahnı İbrahim Borçalının ilk Deep House bəstəsidir. Mahnıda Niyaməddin Musayev elementləri də hiss olunur. Klip haqda isə nəsə demək yersizdir. Onu Azərbaycan tarixi haqda qısa film də adlandırmaq olar.

1. Nazpəri – Nə olar Allahım?

80-lərin sonu 90-ların əvvəllərində anadan olanların ilk uşaqlıq travması bu kliplə bağlıdır. Klipdə Nazpəri xanım bir kişiylə tanış olur. Gənclər bir gün piknikə getməyə qərar verirlər. Piknikdə elə təzə-təzə isinişməyə başlayırlar ki, birinci Nazpəri xanımın şalı uçur, onun arxasınca da sevgilisi. Yaxşi ki Allah onları vaxtında ayırdı, yoxsa Nazpəri xanımın işini bilmək olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4820   Tarix: 14 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 362
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1192
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 973
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 559
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 740
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 466
.

Xəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTO

"Yaş qadının ən böyük sirridir deyiblər". xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "İnstagram" hesabındakı paylaşımında qeyd edib. Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44

27.04.2024 1473
.

Qəzzada ölənlərin sayı 34535-ə yüksəlib

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34535-ə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib. Açıqlamada

30.04.2024 378
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3226