Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...

Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...İnsanın necə qidalanmasının, həmçinin onun arıq və ya dolu bədənli olmasının əksər hallarda qadın və kişi arasında sevgi münasibətlərinə birbaşa təsiri var.

BiG.AZ xəbər verir ki, bunu milli.az-a açıqlamasında tanınmış həkim-dietoloq Tutu Zeynalova deyib.

Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...Ekspertin sözlərinə görə, sevgililər adətən bir-birinə onların nə dərəcə önəmli olduqlarını göstərmək istəyirlər və bu diqqət özünü yemək məsələlərində də göstərir:

"Sevgililər birlikdə olanda "sən mənim üçün önəmlisən", "mən səni çox istəyirəm", süfrə arxasında isə "al, bu tikəni də ye" və s. deməklə hər şeyini paylaşaraq bir-birinə diqqət göstərməyə çalışırlar. Yemək yeyərkən bir-biri ilə tikəni bölüşmək da eyni qəbildəndir ki, "gəl yeməyi yarı bölək", "yox, bunu da sən ye" - deyə bir-birinə iltifat edirlər. Yəni bu diqqət və qayğı ilə öz sevgilərini göstərməyə çalışırlar. Biz ümumən cəmiyyət olaraq da beləyik. Bu zaman daha çox qida qəbul etmiş oluruq və nəticədə bədəndə çəki problemi yaranır.

Lakin bəy və xanımın istək və enerji ehtiyacları fərqlidir. Ona görə də yedikləri yeməyi yarıya bölərkən bəy, bəlkə də normasını alır, amma xanım lazım olduğundan çox kalori qəbul edir və bu müntəzəm hal aldıqda daha sonra qadın artıq çəkidən əziyyət çəkməyə başlayır.

Bəzən isə qadınlar müraciət edirlər ki, sevgilimdən ayrılandan sonra depressiyaya düşdüm və daha çox yeməyə başladım. Bəzən xanımlar itirdikləri xoşbəxtliyi yeməkdə, daha çox da meylini şirniyyata salmaqla tapırlar. Çünki şirniyyat yeyilən zaman "xoşbəxtlik hormonu"nun səviyyəsi artır".
Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...Həkim qeyd edib ki, digər halda isə əksinə, qidadan imtina etmə problemləri mövcud olur. Bu isə 20 faiz hallarda, təəssüf ki, ölümlə nəticələnir. Çünki qidadan imtina edilən zaman orqanizmdə vitamin və mineral qıtlığı yaşanır.

Ona görə də dietoloq hesab edir ki, sevgililər bir-birinə qarşı münasibətdə, işlətdiyi ifadələrdə diqqətli olmalıdırlar, çünki bu psxio-sosial problemlərə gətirib çıxarır: "Məsələn, əgər qadında çəki problemi varsa, kişinin "sən kök olduğun üçün atıb gedirəm" və ya "başqası daha yaxşıdır" ifadələr işlətməsi xanımlarda hətta psixoloji problemlərin, nevrozun yaranmasına gətirib çıxara bilir. Nəticədə həmin insanlarda tıxanma kimi yemək pozuntusu da yaranır, bu halda gedib yediklərini qaytarmalı olurlar".
Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...Dietoloq ayaqüstü yeməklərin insan orqanizmi üçün ziyanlı olmasına da toxunub: "Hələ ailə qurmayan sevgililər adətən çöldə-bayırda yemək yeyir, kifayət qədər maddi imkanları olmadığına görə isə daha ucuz məkanlara üz tuturlar ki, bunlar da əsasən ayaqüstü qəlyanaltı (fast foot) məkanları olur. Bu da onlarda artıq kalori qəbuluna, çəki və daha sonra digər problemlərin yaranmasına səbəb olur. Eləcə bəzən şirin, qazlı içkilərə üstünlük verilir ki, bunun da sonradan fəsadları ortaya çıxır. İstənilən halda indi gənclərimizin əksəriyyəti düzgün qidalanmır. Oğlanların günü çayxanalarda və ya energetik içkilər qəbul etməklə keçir, qızlar da artıq bəzi məsələlərdə onlardan geri qalmırlar. Düzdür, çox zaman imkanları aşağı olduğuna görə gənclər ayaqüstü qəlyanaltılara üstünlük verirlər. Amma bu məsələdə insanlar bilgili olsalar, belə məkanlarda da düzgün qida seçimi edib yemək olar".
Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...T.Zeynalovanın fikrincə, ümumiyyətlə qidalanma mədəniyyəti sevgililər arasındakı münasibətlərə birbaşa təsir edir: "Düzgün qidalanmama bəzən cinsi potensiyaya da mənfi təsir göstərir. Çəki artıqlığı problemi varsa, bu, orqanizmdə hormonal pozuntular, hətta kişilərdə cinsi problemlərə, qadınlarda isə cinsi istəksizliyə və sonsuzluğa qədər gətirib çıxara bilər. İstənilən halda bir çox xəstəliklərin bünövrəsində məhz artıq çəki problemi dayanır. İstər subay sevgililər, istərsə də ailədə ər-arvad olsun, onlarda düzgün qida mədəniyyətinin formalaşmaması ciddi fəsadlara gətirib çıxarır. Eyni zamanda, çəki çatışmazlığı varsa, bu da münasibətlərə mənfi təsirini göstərə bilir. Amma burada incə bir məqam ondan ibrətdir ki, arıqlıq və köklüyün olub-olmamasını aydınlaşdırmaq, bunun üçün bədəni analiz etmək, mütəxəssis rəyinə əsaslanmaq lazımdır.
Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...Məsələn, xanım "filan maneken 48 kq-dır, mən də onun kimi olmaq istəyirəm" deyərsə, lakin orqanizminə uyğun olmazsa, bu onun səhhətinə ciddi ziyan vura bilər. Elə olub ki, çəkisi 51 kq olan bir xanım gəlib bildirib ki, "yoldaşım deyir ki, sən 48 kq ola bilməzsən, amma mən bunu ona sübut edəcəm" deyib çəkisini daha da düşürmək istəyib. Halbuki, əksinə, ona kökəlib çəkisini artırmaq lazımdır. Bu isə onu göstərir ki, belə insanların artıq psixoloji problemləri var. Belə halda həkimlər diqqətli olmalıdırlar. Çünki pasiyent çox şey deyə, istəyə bilər. Əgər bədənin analizi göstərirsə ki, yağlılıq bir az da azalarsa, onun həyatı üçün təhlükəli ola bilər, onda belə insanı arıqlatmaq olmaz".

Sevgililər üçün - can sağlığı, ülvi məhəbbət, fiqura gözəlliyi və...Sonda təcrübəli ekspert sevgililərə belə məsələlərdə qarşı tərəfin zövqünü nəzərə almağı məsləhət görüb: "Məsələn, ola bilər ki, kişi və ya qadın arıq yox, sevgilisinin məhz dolubədənli olmasını istəyir. Bu məsələdə cütlüklərin maariflənməsi lazımdır. Təcrübədə çox belə hallar olub ki, cütlüklər, ər və arvad kilo probleminə görə ayrılıblar. Məsələn, gəlib deyirlər, "sevgilim dedi ki, köksən, bir az arıqla, səni ailəmlə tanış edim" və ya "atam və ya anam şəklinə baxıb dedi ki, yaxşıdır, amma bir az arıqlasa, pis olmaz". İnsanlar xüsusən gənc olanda belə ifadələr onlara daha tez və çox pis təsir edir. Bəzən də görürsən ki, bəy qıza sevgisini etiraf edir, amma kilolu olduğu üçün qız bunu bəhanə edərək, ona "yox" deyir. Amma nəzərə almır ki, bəlkə də oğlan cəsarətini aylarla toplayıb sevgisini ona etiraf etmişdi. Bu da bəzən depressiv vəziyyətlərə, daha sonra qidalanma pozuntusuna gətirib çıxara bilər. Sadəcə baxır, məsələyə hansı prizmadan yanaşılır. Ona görə insanların anlayışlı davranması və düzgün qidalanma mədəniyyətinə sahib olması vacibdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2869   Tarix: 14 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988