"Wi-Fi"lı qatarların gətiriləcəyi vaxt açıqlanıb

"Wi-Fi"lı qatarların gətiriləcəyi vaxt açıqlanıb"Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu işə düşənə kimi 30 ədəd yataq tipli sərnişin vaqonunun gətirilməsi planlaşdırılır".

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycana vaqonlardan 10-u 2016-cı ilin birinci yarısı gətiriləcək.

"Digər 20 vaqon isə Bakı – Tiflis – Qars dəmir yolu fəaliyyətə başlayana qədər Azərbaycana gətiriləcək. Bu istiqamətdə işlər gedir. Gətiriləcək vaqonların tikintisinə başlanılıb", - deyə qurum rəsmisi qeyd etdi.

N.Əzməmmədovun sözlərinə görə, vaqonlar İsveçrənin "Stadler Rail Group" şirkətindən alınacaq.

"Amma bu qatarlar Bakı - Sumqayıt istiqamətində hərəkət edənlərdən fərqlidir. Yəni birmərtəbəli olacaq. Yeni gətirilən qatarlarda geniş salon, Wi-Fi, biznesclass, restoran və digər xidmətlər olacaq. Yataq tipli qatarda 10, 20, 30 nəfərlik yerlər var", - deyə Nadir Əzməmmədov bildirdi.

Qurum rəsmisi onu də əlavə etdi ki, hazırda beynəlxalq qatarların yenilənməsi prosesi gedir: "Amma gələcəkdə ölkədaxili qatarların yenilənməsi və təmiri həyata keçiriləcək".

Son dövrlər Azərbaycanın dəmir yolu nəqliyyatında yeniliklər baş verir. Ötən ilin mayında "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları Azərbaycana gətirilib.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var.

Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. Bu Azərbaycana ilk ikimərtəbəli qatarlardır.

Anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 13 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 389
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 523
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 110
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 498
.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

10:14 159
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 828
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 2138
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

06.05.2024 277
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 168