Azərbaycanın ərazi bütövlüyünə növbəti hörmətsizlik
Bu dəfə hörmətsizlik "The Washington Post" qəzetinin Moskva müxbiri tərəfindən edilib
Azərbaycanın ərazi bütövlüyünə növbəti hörmətsizlik "The Washington Post" (Vaşinqton Post) qəzetinin Moskva müxbiri tərəfindən edilib. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edərək, onu azad və müstəqil bir ərazi kimi təqdim etməklə müxbir adını ölkəmizdə arzu olunmaz şəxslər siyahısına salmağa cəhd edib.
Birləşmiş Ştatların "The Washington Post" qəzetinin Moskva müxbiri Uil İnqlunq Azərbaycanın erməni işğal altındakı ərazisi olan Dağlıq Qarabağa səfər edərək, məqalə yazıb. O, yazısında Xankəndi və Qarabağ əvəzinə "Stepanakert", "Arsax" ifadələrindən istifadə edərək, münaqişə haqqında birtərəfli məlumatlara yer verib.
"1988-ci ildə Qarabağın liderləri Ermənistana, Qərb tərəfə birləşmək istədiyini bəyan etdi. Moskva əslində heç vaxt buna cavab vermədi, amma Azərbaycanda buna cavab olaraq etnik ermənilərə qarşı hücumlar həyata keçirildi. Onlarla adam öldürüldü. Sovet ordusu öz qoşunlarını göndərdi, azərbaycanlılar Qarabağdan köç etdi, Azərbaycan 5000 ermənini deportasiya etdi", deyə qəzetin məqaləsində yazılıb.
"The Washington Post" qazetinin müxbiri bu ərazidə ermənilərin sıx məskunlaşdığını yazmaqla yanaşı Dağlıq Qarabağı azad və müstəqil bir ərazi kimi göstərir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bildirir ki, rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edən istənilən adam arzuolunmaz şəxs hesab edilir. Onun sözlərinə görə, "The Washington Post" müxbirinin bu davranışı araşdıralacaq və bundan sonra məsləyə münasibət bildiriləcək.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər edən bir neçə jurnalisti "qara siyahi"ya salıb. Onların arasında "Exo moskvi" radiosunun baş redaktor müavini Sergey Buntman və "İzvestiya"nın müxbiri Yuri Sneqiryov da var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4988 Tarix: 09 iyul 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Balaəlinin ikinci övladı oldu
Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var
16:18 295 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
12:52 248 "Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"
Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand
15:51 284 Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)
Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra
13:37 241 ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 162 Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov
19:15 95 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 245 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 314 Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz
12:24 246