"Topaz"dan milyon udan azərbaycanlı danışdı: "Bir milyardım olsa da…"
Ötən gün "Topaz"da Elşən Şəfiyevin 809 min 515 manat udması ilə bağlı xəbər yayıldı. Sürücü işləyən şəxsin oynadığı 5 kuponun hamısı uduşlu olub.
Məlumatın doğru olub-olmaması bir qədər şübhəli idi. Bunun mərc həvəskarlarını şirnikləndirmək üçün atılmış addım kimi ehtimal etmək də olardı. Çünki sürücü işləyən şəxsin 12 oyun üçün hər kupona 200 manat yatırması bir qədər şübhəli görünürdü. Ancaq ötən gün Sport7.az saytı ilə telefon əlaqəsi saxlayan Şəfiyev saytın qonağı olub. O, sübut kimi "Topaz"dakı udduşunun bir neçə çekini də özü ilə gətirib.
Fürsətdən istifadə edib, Elşən bəyə bir neçə sual ünvanlamaq şansını da əldən qaçırmadıq. Maraqlıdı ki, 809 min 515 manat sürücünün ilk uduşu deyil. Buna qədər o, bir dəfə də yarım milyona yaxın pul udub.
– İlk dəfədi "Topaz"da qazanırsız?
– Xeyr.
– Buna qədər maksimum uduşunuz nə qədər olub?
– 435 min manat udmuşdum. 5 eyni kupona 25 manat oynamışdım. Kiçik məbləğ deyildi. Buna görə həyəcanlanmışdım.
– Məbləğin qəpiyinə qədər ödəniləcəyinə inanırdız?
– Kuponlar əvvəlcə yoxlanılmalı idi. Hər şey qaydasında olandan sonra uduşumu almaqda heç bir problem yaranmadı. "Topaz"a heç bir etirazım yoxdu. Pulumu gecikdirmədilər. Son qəpiyə qədər qarşıma qoydular ki, götürün, halalınız olsun. 12 oyun yazmışdım.
– Hamının maraqla gözlədiyi bir sual var: həmin pulu necə xərcləyəcəksiz?
– Bu, gələcək planlara bağlıdı. Bilirsiz, mən öz sənətimi sevirəm. Şirkətdə sürücü işləyirəm. Buna qədər udduğum məbləğ qarşısında 1000 manat nə olan şeydi ki, risk etməyəm? 1-2 aydan bir belə oynayıram.
– İndiki vəziyyətdə istəsəz sizin özünüzün şəxsi sürücünüz ola bilər…
– Yox, yox… Mən elə şeyləri sevmirəm. Sadə insanam. Sənətimi sevirəm, 70 yaşım olsa da öz sənətimdən əl çəkən deyiləm. Lap bir milyardım olsa da… Sürücü kimi həyatıma davam edəcəm.
– Əvvəlki uduşunuzdan fərqli olaraq, bu dəfə sizdən 10 faiz vergi tutulub. 80 min manat az məbləğ deyil. Bu, sizi təəssüfləndirmir?
– Mənə ləzzət edir. Burda nə var ki? Dövlətlə dövlətçilik etməyəcəyik ki… Dövlət nə qanun qoyubsa, ona da əməl etməliyik.
– Həqiqətən də sürücü kimi çalışmağda israrlısız?
– Allah can sağlığı versin. Xəstələnsəm, bəlkə sənətimdən əl çəkərəm. İnanın ki, bir gün maşın sürməyəndə ürəyim darıxır, nəfəs ala bilmirəm.
– "Topaz" yazanlara məsləhətiniz nədi?
– Nə çətinlikləri olsa, mənə müraciət edə bilərlər. Bir oyunu demək olar ki, 2 saat götür-qoy edirik. Bir neçə adamla məsləhətləşirik. Birdəfəlik götürüb yazmırıq da. Gərək oyunun nə gələcəyini görəsən. Misal üçün, "Barselona" ilə "Real" oynayanda, mən komandaların bundan sonra qarşıda keçirəcəyi 12 matçı da analiz edirəm. Bundan başqa əvvəlki oyunlarını da götür-qoy edirəm.
-Ancaq nəzərə alaq ki, "Topaz" hər ailəni xoşbəxt etmir…
– Birinci insanda şans önəmlidi. Məndə də olub ki, 500 manat uduzanda məyus olmuşam. Elə adamlar var ki, kor təbii şəkildə yazır.
– Maraqlıdı, ölkə futboluna marağınız hansı dərəcədədi?
– Bakının "İnter" klubuna azarkeşlik edirəm. Əsasən, "Barselona" fanatıyam. Yığmalardan isə Türkiyə millisinə rəğbət bəsləyirəm. Təbii ki, öz millimizi də dəstəkləyirəm.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9319 Tarix: 12 fevral 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109