Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİƏməkdaşımız körpəsinə dərman ala bilmədiyi üçün canına qıyan Taleh Ömərlinin ailəsindən yazır.

Bakıda 23 yaşlı gəncin özünə od vuraraq intihar etməsi xəbəri hər kəsi dəhşətə gətirib. Ailəli olan Taleh Ömərli yaşadığı mənzildə üstünə benzin tökərək özünü yandırıb. Həm də ailə üzvlərinin və qonşularının gözü qarşısında… Bədəninin 70 faizindən çoxu yanan gənc həmin gün- fevralın 10-da xəstəxanada dünyasını dəyişib.

Hadisə Zirə qəsəbəsi, Südçülük sovxozu adlanan ünvanda baş verib. Taleh Ömərli bir il əvvəl köçdükləri bu qəsəbədə tikdikləri kiçik daxmada özünə od vurub.

İlk gördüklərimizdən belə qənaətə gəldik ki, ailə həddən artıq acınacaqlı durumdadır. İki otaqlı yarımtikilidə Taleh, yoldaşı, körpəsi və anası ilə birlikdə yaşayıb. Hadisə baş verərkən Talehin yanında yoldaşı və körpəsi olub.

Evin həyətinə daxil olarkən bizi ilk qarşılayan Talehin xalası Südabə Səmədova oldu. Talehi qucağında böyütdüyünü deyən S.Səmədova bu ağır hadisənin imkansızlıqdan, işsizlikdən və çarəsizlikdən baş verdiyini dedi.

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ"Taleh qucağımda böyüyüb. Öz uşaqlarımdan ayırmamışam. Bacımın bircə balası idi. İş axtarırdı, imkansız vəziyyətdə idi, getmədiyi yer qalmamışdı. Ailəsinə, körpəsinə baxa bilmədi. Həmişə də bunu deyib, utanırdı"– deyən Südabə Səmədova bizi gənc ailənin yaşadığı daxmaya dəvət etdi.

Ailənin yaşadığı iki otaqlı bu evin döşəməsi torpaqdır. Tavan isə yağış suları içəri tökülməsin deyə sellofanla örtülüb. Balaca otaqlardan birində ailənin dörd üzvü birlikdə gecələyir. Digər kiçik otaq isə mətbəx kimi istifadə olunur. Rütubətli, divarlarında 2 gün əvvəl yağmış yağışın izləri olan bu otaqlar ailənin 1 il əvvəl Mingəçevirdən gəldikdən sonra sığınacağı olub.
İntihar edən gəncin atası Hümbət Ömərli Qarabağ döyüşlərində cəbhəyə gedən könüllülərdən olub. Ailə üzvlərinin dediyinə görə, H.Ömərli 1993-cü ildə Murovdağda itkin düşüb. H.Ömərli döyüşə gedəndə həyat yoldaşı hamilə olub.

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİTaleh anasının və xalasının himayəsində böyüyüb. Hadisə baş verən gün Talehin anası evdə olmayıb. Oğlunun dəhşətli intiharını göz yaşları içində danışan ana çarəsizliyini yaşadıqları evi və dərddən əyilən belini göstərərək danışır.

Taleh və ailəsi bir il əvvəl Mingəçevirdə yaşayıblar. Talehin toyu da Mingəçevirdə olub. 2013-cü ildə ailə həyatı quran Taleh daha sonra Bakıya köçüb. Bakıya köçmələrinin səbəbi isə anasının təcili əməliyyata ehtiyacı olması olub. Belə ki, əməliyyat üçün lazım olan məbləği ödəmək üçün ailə Mingəçevirdə olan evlərini satıb. Əməliyyat xərci ödəndikdən sonra qalan məbləğlə Zirə qəsəbəsində torpaq sahəsi alıblar və bu evi tikiblər.

Ailənin tək gəliri Talehin gündəlik fəhləlikdən qazancı olub. Günlərlə işsiz qalan Taleh 15-20 manata gündəlik fəhləlik edirmiş.

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİMəlahət Ömərova oğlunun intihar etmə səbəbini belə danışır: "Yazıq uşaq nə edəcəyini bilmirdi. Çox fikir edirdi. Ancaq belə edəcəyini ağlımıza gətirməzdik. Mən özüm xəstəyəm. Əməliyyatdan sonra da ağrılarım dayanmır. Nəvəm də astmadır. Müalicəsinə, dərmanlarına oğlum pul tapa bilmirdi. Deyirdi ki, mən necə atayam ki, bir uşağa, ailəmə baxa bilmirəm".

İntihar baş verən gün Talehin yanında yoldaşı Nərmin olub. Həmin gün həkimin körpənin müalicəsi üçün yazdığı reseptdə olan dərmanları almaq lazım imiş. Lakin Talehin buna imkanı çatmayıb.

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİTalehin xalası intiharın necə baş verdiyini Nərmindən eşitdiyi kimi belə nəql edir:

"Taleh körpəyə lazım olan dərmanları ala bilməyib. Uşağın da vəziyyəti ağırlaşıb. Taleh Nərminə deyib ki, mən necə atayam ki, övladıma baxa bilmirəm. Yan otağa keçib. Neft dolu qabı götürüb ki, özümü yandıracam. Nərmin onu fikrindən daşındıra bilməyib. Çölə çıxıb qışqırıb, kömək çağırıb. Nərmin və qonşular gələnə qədər Taleh nefti başından tökərək özünü yandırıb. Küçədə qonşular söndürüb xəstəxanaya aparıblar".

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİTalehin ölümündən sonra ailənin yas mərasimini təşkil etməyə imkanı çatmayıb, hətta başsağlığı üçün gələnlərin oturması üçün stol-stul qonşulardan alınıb. Yas çadırını qurmağa belə gücü çatmayan ailə qonşuların köməyinə möhtac qalıb.

"Taleh intihar etməmişdən bir gün əvvəl gecə ac yatıblar. Bu daxmada çarəsizlikdən bir ailə məhv oldu. Bu, yaşamaq deyil, sürünməkdir. İnsanlar acından ölür. 23 yaşı var idi. Vallah, iş tapa bilmirdi. Fəhləlik edən adam iş olsa, gedib işləməzdimi? Mingəçevirdə qeydiyyatdadırlar. Pul yoxdur ki, gedib orda uşağa şəhadətnamə alsınlar. İki yaşı olacaq, amma hələ şəhadətnamə ala bilməyiblər" deyə, Talehin xalası ailənin üzləşdiyi çarəsizliyi danışır.

23 yaşlı gənci itirən ailə bu gün daha bir faciə yaşaya bilərmiş. Talehin yoldaşı Nərmin yanvarın 11-də səhər saatlarında intihara cəhd edib. Evdən çıxan Nərmin yaxınlıqdakı magistral yola qaçıb. Nərminin həyətə çıxdığını görən ailə üzvləri onun arxasınca gediblər. Ailə üzvləri Nərmini yol kənarında özünü avtomobillərin altına atmaq istəyərkən saxlaya biliblər.

Anası oğlunun heç bir banka borcunun olmadığını da dedi.

Taleh evlərinin yaxınlığındakı "Qıştağ" qəbiristanlığında dəfn olunub. Həyat yoldaşı Nərmin ondan özünə yadigar olaraq kül olmuş geyimlərini saxlayıb…

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİİndi geriyə bu daxmada Talehin 1 yaş 6 aylıq körpəsi, xəstə anası və sevərək ailə həyatı qurduğu həyat yoldaşı qaldı…

musavat.com

Özünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİÖzünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİÖzünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİÖzünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİÖzünü yandıran 23 yaşlı gəncin - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7545   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774