Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDA

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDAHəyat davam edir və hamımız məktəb illərindən uzaqlaşıb yeni həyata başladıqda, bizə ancaq təcrübələrimiz kömək olur. İllərin və təcrübələrin gətirdiyi yetkinliklə geriyə dönüb baxan insanların "indiki ağlım olsaydı, bunu etməzdim və ya edərdim" dediyinin çox şahidi oluruq. Həyatınızdakı stressi az da olsa azaltmaq, daha müsbət tərəflərdən həyata baxmağınıza kömək etmək və xoşbəxtliyinizi artırmaq üçün məktəbdə öyrədilməsə də, olduqca əhəmiyyətli həyat dərslərindən bir hissəsini sizə təqdim edirik. Bilirik ki, tətbiq etmək o qədər də asan deyil, amma niyə bu bir başlanğıc olmasın ki?

BiG.AZ pahoo.az-a istinadən həmin qaydaları təqdim edir:

80/20 qaydası

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDABu, zamandan daha yaxşı istifadə etməyin ən effektiv yollarından biridir. Pareto prinsipi olaraq da tanınan 80/20 qaydası, əsasən fəaliyyətinizin 20 faizinin alacağınız dəyərin 80 faizinə hesablandığını irəli sürür. Yəni etdiyiniz və yəqin ki, sizə faydalı olacağını düşündüyünüz bir çox şey zənn etdiyiniz qədər faydalı olmaya bilər, hətta lazımsız belə ola bilər. Etdiyiniz bir çox şeyi ya ixtisar edə, ya da ona sərf etdiyiniz zamanı azalda bilərsiniz. Bunu etdikdə, həqiqətən də sizə dəyər, xoşbəxtlik təmin gətirəcək şeylərə sərf etmək üçün daha çox zaman və enerjiniz olacaq.

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDAEtdiyiniz şeyləri düşündüyünüzdən çox daha tez edə bilərsiniz. Bu qanun bir vəzifənin zamana bağlı olaraq genişləndiyini və mürəkkəbliyinin sizin o vəzifəyə təyin etdiyiniz zamana bağlı olduğunu söyləyir. Məsələn, əgər problemə bir həftə ərzində həll tapacağınızı özünüzə deyirsinizsə, həmin vaxt problem sizə daha böyük görünür və ona həll tapmaq da daha çox zaman tələb edir. Bu halda, vaxtınızı həll yolu tapmaq üzərində fokuslayın. Problemi həll etmək üçün özünüzə bütün gün əvəzinə, sadəcə bir saat, ya da bütün həftə yerin, sadəcə bir gün verin. Bu isə öz növbəsində zehninizi həll tapmaq və hərəkət etməyə fokuslanmağa məcbur edəcək.

Əvvəlcə dəyər verin, daha sonra dəyər görün

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDABu bir az qarşı-intuitiv vəziyyət. Bizim bir şey etməyimiz üçün, kiminsə bizə nəsə verməsi və ya hər hansl bir şey etməsi fikri daha çox irəli sürülür. Lakin problem bundadır ki, demək olar ki, bütün insanlar bu prinsipə uyğun hərəkət edir və nəticədə də heç kim bir-biri üçün nəsə etmir. Maliyyə, sevgi, mərhəmət, qayğı və bu kimi nə olmasından asılı olmayaraq, hər hansı bir dəyəri artırmaq istəyirsinizsə, daha çox dəyər verməyi öyrənməlisiniz. Çünki müəyyən vaxtdan sonra siz də verdiyiniz dəyər qədər qəbul etməyə başlayacaqsınız.

Səhvlər və müvəffəqiyyətsizliklər yaxşıdır

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDAGənc yaşlarında insanlar yeni şeyləri daha çox sınamağa meylli olurlar. Lakin qarşılaşdıqları uğursuzluqlar və etdikləri səhvlər bir müddət sonra onların əlini hər şeydən soyutmağa başlayır. Nəticədə onlar heç nə etməyərək, məyusluqdan özlərini sığortalamağa çalışırlar. Bu isə insanın ruhən daha tez qocalması deməkdir. Unutmaq lazım deyil ki, hər bir insanın səhv etmək haqqı var. Bir çox insanlar etdikləri səhvləri onlardan dərs çıxaraq bir fürsətə çevirməyi bacarırlar və belə insalar əvvəl-axır qalib olurlar.

Özünüzü yormayın

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDASəhv etmək hər kəsin təbi haqqıdır. Etdiyiniz səhvə, uğursuzluğa görə hər gün bir peşmançılıq səbəbi uydurub, özünüzü yormayın. Bu sizin enerji və gücünüzü almaqla yanaşı, ətrafınızdakı sizə dəyərli insanların da yorulmasına, sizdən uzaqlaşmasına səbəb ola bilər.

Uyğunlaşma fərziyyəsi

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDAYeni insanlarla tanış olmaq maraqlı olduğu qədər də, yorucu, gərgin ola bilir. Hər kəs ilkin olaraq, xoş təəssürat yaratmaq istəyir və bu da insana əlavə stress verir. Bundan xilas olmağın ən yaxşı yolu, beyninizi düzgün tənzimləməkdən keçir. Yeni tanış olduğunuz insanla ünsiyyət zamanı köhnə yoldaşınızla danışırmışsınız kimi beyninizi kökləsəniz, həm səmimi söhbət alınar, həm də istədiyiniz ilkin təəssüratı yaradarsınız.

Təşəkkür etmək sizə xoş təsir edəcək

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDASizin yanınızda olan, sizə kömək edən və ya ümumiyyətlə həyatınızda olmalarından şad olduğunuz insanlara təşəkkür etmək tamamilə yeni hisslər bəxş edəcək. Səmimi minnətdarlıq hissiniz insanlarda xoş təəssürat yaratmaqla yanaşı, sizin də özünüzü xoşbəxt hiss etməyinizə səbəb olacaq. Xoşbəxtlik isə yoluxucu olduğu üçün, ətrafınızdakı insanları da xoşbəxt edəcəksiniz.

Özünüzü başqaları ilə müqayisə etməyin

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDAEqonuzun sizi idarə etməsinə icazə vermək istəmirsinizsə, öz şəxsiyyətinizi, həyatınızı digərlərinin həyatıyla müqayisə etməyə son verməlisiniz. Belə ki, biz başqalarının üzdən gördüyümüz həyatlarıyla öz həyatımızı müqayisə etdikdə, özümüzə yeni və çox əsassız komplekslər bəxş etmiş oluruq. İnsanın özünü müayisə etməli olduğu yeganə şəxs keçmişdəki özüdür və yalnız bu müqayisə sizi daima irəliyə doğru apara bilər.

Baş verəcəyindən qorxduğunuz şeylərin 80-90%-i olmayacaq

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDABizim qorxularımızın bir çoxu əsassızdır və sadəcə daxili narahatlıqlarımızın verdiyi "hədiyyə"dir. Bu lazımsız hədiyyələrdən xilas olmaq üçün, keçmişdəki qorxularınızı və onların nə dərəcədə əsaslı olub-olmadığını xatırlayın. Bu halda əmin olacaqsınız ki, müxtəlif dövrlərdə müxtəlif qorxularımız olsa da, onların böyük bir hissəsi əsassız olur və heç vaxt baş vermir.

Həyatı çox ciddi qəbul etməyin

Məktəbdə bizə öyrədilməyən - 10 QIZIL QAYDAHər atdığınız addımı və hər düşüncənizi ciddiyə alaraq, bu həyatı daha da ağırlaşdıra bilərsiniz. Özünüzə, səhv və düzlərinizə qarşı çox da ciddi olmayın və bəzən hadisələri axarına buraxmağı bacarın. İnsanın hər şeyi ciddi qəbul etməsi, yaşadığı əzabların daha da dərinləşməsinə səbəb olmaqda, başqa bir işə yaramır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4219   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051