Cavid Qurbanovdan ŞOK İTTİHAMLAR: "Prezident pul ayırsa da, tapşırıqlar yerinə yetirilməyib"

Cavid Qurbanovdan ŞOK İTTİHAMLAR: "Prezident pul ayırsa da, tapşırıqlar yerinə yetirilməyib""Azərbaycan Dəmir Yolları" QSC-yə yeni rəisi Cavid Qurbanov "Yeni Müsavat" qəzetinə müsahibə verib. BiG.AZ müsahibəni ixtisarla təqdim edir.

- Cavid müəllim, dünən sizin "Azərbaycan Dəmir Yolları" QSC-yə rəis təyinatınızın bir ili tamam oldu. Bir il ərzində rəhbərlik etdiyiniz sahədə nə dəyişdi? Nə kimi uğurlar, yeniliklər oldu? Bu bir ilin yekununu necə dəyərləndirərdiniz?

- Bəli, bir il əvvəl cənab prezident məni bu vəzifəyə təyin etdi. Həmin vaxt qarşıma çox ciddi məsələlər qoymuşdu. Mən də çalışdım ki, bu bir il ərzində qoyulan o məsələlərdə ciddi dönüşlər yaradım. Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir.

- Baxmayaraq ki, mətbuat daim bu sahədəki çatışmazlıqlardan yazırdı...

- Bəli, yazırdı. Amma başım öz sahəmə daha çox qarışdığı üçün (C.Qurbanov buna qədər "Azəryolservis" ASC-nin prezidenti olub) dəmiryolundakı vəziyyətdən xəbərim olmurdu. Amma bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim. İşin irəliyə getməsi üçün müvafiq addımlar atmağa başladıq. Addımlar birinci növbədə vaqon, elektrovoz, lokomotiv parklarının yenilənməsi ilə başladı. Dəmir yolu digər sahələrdən xeyli fərqlənir. Gəmiçilik elədir ki, onun yolu ancaq sudur, təyyarənin yolu havadır, maşın yollarında isə yoldur, amma üstündəkilərə cavab verilmir. Dəmir yolunda isə rəhbərlik bunun həm yoluna, həm xəttinə, həm də rabitəsinə, lokomotivinə, ekologiyasına, təhlükəsizliyinə cavabdehdir. Ağır və böyük strukturdur. Amma bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Mən burda özümü tərifləmək istəmirəm....

- Yox, biz faktlardan danışırıq...

- Bəli, ölkə prezidenti tərəfindən 4 il bundan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib...

- Səhv etmirəmsə, xarici təşkilatlardan da bu sahəyə maliyyə vəsaiti ayrılıb.

- Bəli. Ona görə də bu məsələlərə yenidən baxmağa başladıq. Kadr dəyişikliyi ilə də məşğul olduq. Bura spesifik sahədir. "Mən yeni gəlmişəm, hamını çıxarmalıyam, təzələməliyəm" prinsipi ilə işçiləri çıxarmadıq. Sadəcə, işinə baxıb, kadrlara qiymət verdik. Yaxşı işləyənlər yerində qaldı, qaneedici fəaliyyəti olmayanları isə zaman-zaman dəyişdik. Biz 84 kilometrə yaxın Bakı-Sumqayıt yolunu bərpa etdik, açdıq. Bu ilin içində 40 kilometrə yaxın yolu yeniləşdirmişik. Yeni platformalar tikmişik, dəmir yolu binasının yeni təmirinə başlamışıq, 4 ədəd yeni elektrovoz alıb gətirmişik, 10 ədədə yaxın teplovozu Qazaxıstandan gətirmişik, 3 minə yaxın vaqon alıb gətirmişik. 3 ədəd "Ştadler" tipli sərnişin qatarı istifadəyə vermişik. 3 mindən çox yük və yük vaqonları gətirmişik - bunlar buğda, neft daşınması ilə məşğul olan vaqonlardır.

Elektrik təsərrüfatı ilə bağlı yeniliklər edirik. Dəmir yolu idarəsinin dam örtüyünü dəyişmişik. İndiyə qədər heç kim buna əl vurmamışdı. Son 50 ildə bu dam örtüyü dəyişilməmişdi. Binanın özünün təmiri ilə məşğuluq. Ayın 20-də yeni bir korpusun təmirini bitirəcəyik. Binanı təmizlətdirdik, təkcə zirzəmidən onlarla maşın zibil daşıtdırdıq. Su sistemini yenilədik. Artıq su kranını açanda hər kəs ordan axan sudan içməli su kimi istifadə edə biləcək, çünki təmizləyici qurğular qoymuşuq. Yeni istilik, havalandırma sistemi qurmuşuq. 5 ədəd təmir olunmuş elektrik qatarı alıb gətirdik. Bunun birini Yalama istiqamətində xəttə buraxmışıq. Bu marşrutdan hər gün 200 nəfərə qədər sərnişin istifadə edir.

- Siz danışdıqca mənzərə daha aydın olur: 50 ildir dəyişməyən dam örtüyü, bərbad durumda olan infrastruktur, üstəgəl, prezidentin vəsait ayırdığı və sərəncam verdiyi sahə ilə bağlı heç bir iş görülməyib. Bəs necə olur ki, neqativ planda bu işləri görən şəxslər cəzalandırılmadı?

- Gəlin məsələni bu cür qoymayaq. Bizim yanımızda işləyən, bu cür işinin öhdəsindən gəlməyən şəxslərin cəzalandırılması ilə məşğuluq.

- Xeyr, sizi nəzərdə tutmuram. Hüquq-mühafizə orqanları bu sahəni araşdırıb, hər hansı tədbir görə bilərdimi? Ən azı cəzasızlıq mühiti yaranmasın deyə.

- Cəzanın geci-tezi var. Hər kəs öz cəzasını nə zamansa alır və alacaq.

- Sizcə, indi gecikmir ki?

- Xeyr. Hər halda, bu işlə kimsə məşğuldur. Lazım gələndə, vaxtı çatanda cəzalandırma ilə məşğul olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 10 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

15:53 322
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

16:56 1081
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 337
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

18:10 143
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

16:37 515
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 324
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 153
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 581
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140