Yüksək pensiya verilən ölkər - SİYAHI

Yüksək pensiya verilən ölkər - SİYAHITəqaüd yaşına çatmış vətəndaşlar ölkənin ən həssas kateqoriyasına daxildir. Pensiyaçıların layiqili sosial təminatı dövlətin qarşısında dayanan ən vacib məsələlərdən biridir. Uzun illər boyu ölkənin inkişafı üçün əmək fəlaiyyətində olan insanlar qocalanda dövlət tərəfindən aylıq pensiya və bəzi imtiyazlarla təmin olunurlar. Dünyanın müxtəlif ölkələrində pensiya güzəştləri müxtəlifir.

BiG.AZ modern.az bəzi ölkələrdəki təqaüd yaşı və pensiya məbləği ilə bağlı məlumatları təqdim edir.

ABŞ təqaüdçülər üçün münbit şərait quran dövlətlərdən sayılır. Bu ölkədə 1935-ci ildə qəbul edilən "Social Security Act" qanunu ölkə vətəndaşlarının sosial təminatının parametrlərini müəyyənləşdirən əsas layihə hesab olunur. Sənədə görə, dövlət bütün təqaüd yaşlı insanlara iqtisadiyyat böhran, yaxud tərəqqi mərhələsində olsa da, layiqli sosial təminat və yardım ayırır.

Amerikada istənilən şəxs 62 yaşı tamam olduqdan sonra və ya vaxtından əvvəl təqaüdə çıxa bilər. Lakin vaxtından əvvəl pensiyaya çıxanlar tam olmayan məbləğdə təqaüd alırlar. Amerikada pensiyaya çıxma yaşı 65-dir. Orta pensiya isə 1328 dollar təşkil edir. Amma nəzərə almaq lazımdır ki, 5-6 və 30-35 illik iş stajı olan pensiyaçıların aldığı təqaüd fərqlidir.

Almaniyada isə pensiya təminatını ya özəl fondlar, ya da dövlət həyata keçirir. Qanuna əsasən, aylıq gəliri 3900 avrodan az olan şəxslər mütləq qaydada dövlət təminartı ilə pensiya alır. Gəlirləri bundan çox olan almanlar isə özəl fondlarla müqavilə bağlayır və pensiyaya çıxanadək hər ay banka müyyən məbləğ ödəyir. Hər ay yığılan vəsait illər sonra pensiyaçıya geri qaytarılır.

Qeyd etəmk lazımçdır ki, ölkədə pensiya yaşı kişilər üçün 67, qadınlar üçün isə 65-dir. Lakin hökumətə bu yaş həddinin 70 yaşa çatdırılması təklif olunur. Almaniyada ideal orta aylıq pensiya miqdarı 1250 avro təşkil edir.

İqtisadi böhran məngənəsində boğulan İspaniyada pensiya yaşı yaxınlarda 65-dən 67-yə qaldırılıb. Buna baxmayaraq, təqaüdçülərə aylıq 850 avro pensiya ödənilir. Ölkədə doğum böhranı olduğu üçün pensiya yaşının 70-ə qaldırılması, əmək pensiyaçılarının iş stajının isə 35-dən 37-yə qaldırılması təklif olunur.

Şərqi Avropa ölkəsi Polşa isə pensiya təminatını hələ ki, tam təmin edə bilmir. Burada təqaüdün minimal həddi 195 avro, orta göstəricisi isə 353 avrodur. Polşada həm dövlət fondu ZUS, həm də özəl "Açıq Pensiya Fondu" təqaüdçülərə yardımlar ayırır.

Çin isə özünəməxsus pensiya qanunları ilə yaşayır. Bu ölkədə kişilər 60, qadınlar isə tutduqları vəzifəyə görə 50, yaxud 55 yaşda pensiyaya çıxırlar. Çində yalınz dövlət işçilərinə təqaüd verilir. Kənd yerlərində yaşayan yaşlı insanlar isə dövlətdən ümumiyyətlə, heç bir yardım almır. Dövlət strukturlarında azı 15 il çalışan şəxslər Çin hökumətindən orta hesabla ayda 180-205 dollar arasında təqaüd alırlar. Rəsmi Pekin ölkədə 170 milyon pensiya yaşına çatmış vətəndaşın olduğunu bildirir.

Türkiyə isə ahıl yaşlı vətəndaşlara yüksək sosial təminat verən ölkələrdən sayılır. Burada təqaüdçülər aldıqları əmək haqqının 64,5%-i həcmində pensiya alır. Kişilər bu ölkədə 60, qadınlar isə 58 yaşında təqaüdə çıxır. 5 və daha artıq uşağı olan qadınlar isə 48 yaşda pensiyaçı olur. Ölkədə minimum pensiya 465 dollar, orta pensiya isə 680 dollar təşkil edir.

Şimal qonuşmuz Rusiya isə zəif pensiya təminatı ilə seçilir. Bu ölkədə kişilər 60, qadınlar isə 55 yaşda pensiyaya çıxsa da, ölkədə orta aylıq pensiya 160 dollar təşkil edir.

Azərbaycanda 1 yanvar 2016-cı il tarixə 1 milyon 296 min pensiyaçı var. Ölkəmizdə orta aylıq pensiya 175-180 manat (təxminən 105 dollar) təşkil edir. Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2596   Tarix: 09 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693