Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdi

Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdiPrezident İlham Əliyevin regionların inkişafı proqramının gedişinə həsr edilmiş konfransda verdiyi göstərişə uyğun olaraq dövlət şirkətləri və səhmdar cəmiyyətləri minlərlə işçi götürmək üçün hərəkətə keçib. BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, təkcə bu gün iki dövlət şirkəti üst-üstə 9000-ə yaxın işsiz vətəndaşı işlə təmin edəcəyini bəyan edib. Bunlar "Azəryolservis" ASC və SOCAR-dır.

"Azəryolservis" ASC prezident İlham Əliyevin kənd və qəsəbə yollarının tikintisinin aparılması istiqamətində tövsiyə və göstərişlərinə əsasən, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhərində və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır.

ASC-nin mətbuat xidmətindən Virtualaz.org saytına bildirilib ki, yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar "Azəryolservis" ASC-nin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdiSOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya müsahibəsində şirkətin 6 mindən çox işsiz vətəndaşı 1 illik müvəqqəti işlə təmin edəcəyini açıqlayıb. N.Quliyev deyib ki, hələ ötən il regionlar üzrə aparılan geniş qazlaşma proqramının nəticəsi olaraq "Azəriqaz" İB-də 550 nəfər əlavə işçiyə tələbat yarandı və şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikamızın bütün ərazisini əhatə edən genişmiqyaslı bir layihə reallaşdırdı. "Regionlarda Məşğulluq Xidmətlərində qeydiyyatda olan şəxslər bizim mütəxəssislər tərəfindən müvafiq təlim kursları keçirilməklə imtahan verdilər və onlardan ən yüksək nəticə göstərmiş 365 nəfəri "qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi üzrə daimi işlə təmin olundu, daha 220 nəfəri isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edildi, sonradan onların da arasından yüzdən çoxu eyni ixtisas üzrə işə götürüldü"-o deyib.

SOCAR rəsmisi bildirib ki, bu dəfə regionlarda yaranmış əlavə iş həcmləri araşdırılıb və bir il müddətində həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib. Beləliklə, 6509 nəfərin işə cəlb olunması qərara alınıb. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq Nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - "Azəriqaz" İB (5196 vakant yer), "Qaz İxrac" (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib.

Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdiN.Quliyev bildirib ki, bu dəfə işə qəbul mexanizmi mexanizm fərqli olacaq. Artıq SOCAR tərəfindən ayrı-ayrı peşələr üzrə müəyyən edilmiş müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Nazirliyə təqdim olunub. Regionlardakı Məşğulluq Xidmətləri həmin peşələr üzrə müddətli vakansiyalara işə qəbul olunmaq üçün lazım gələn işçiləri müəyyənləşdirərək, şirkətin aidiyyatı strukturlarına təqdim edəcək. Müvafiq işəgötürənlər həmin namizədlərlə "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası" üzrə 5 günlük kurslar keçəcək və onlarla müqavilə imzalayacaqlar.

"Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. SOCAR-da işə qəbul prosesi əmək qanunvericiliyinə və şirkətdaxili standart və qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqələr İnsan Resursları Departamenti tərəfindən təşkil edilir və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparılır. Bu da işə qəbulda şəffaflığın təmin edilməsi ilə yanaşı peşəkar kadrların üstünlük qazanmasına imkan yaradır. Bu layihə çərçivəsində isə işə qəbul edilənlərlə müqavilə Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçiriləcək. Yəni, Məşğulluq Xidmətinin göndərişi bizim işəgötürənlər üçün əsas olacaq".

Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdiN.Quliyev vurğulayıb ki, bu iş yerləri müvəqqəti olacaq. Ancaq belə işlərə cəlb edilənlərin bir qisminin gələcəkdə SOCAR-da daimi işlə təmin edilməsi istisna deyil.

"Gələn il proqnozlarımıza görə, 1000 nəfərə yaxın daimi işçiyə ehtiyac yaranacaq. Bu insanların imkanı olacaq ki, işlədikləri sahələrdə yaxşı təcrübə qazansınlar, özləri haqqında müsbət rəy formalaşdırsınlar və lazımi biliklərə yiyələnsinlər. Çünki, bu, bir sosial layihədir və həmin 6509 nəfər birillik işə cəlb olunacaqlar»-SOCAR rəsmisi deyib.

Xatırladaq ki, prezident İlham Əliyev çıxışında ölkədə bağlanan iş yerlərinə görə işsiz qalan vətəndaşların dövlətin diqqətində olduğunu bildirmişdi və onları işlə bağlı dövlət şirkətlərinə müraciət etməyə çağırmışdı. Hesablamalara görə ötən il ölkədə 40 minə yaxın iş yeri bağlanıb. Bağlanan iş yerləri əsasən özəl sektordadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1748   Tarix: 09 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 477
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26.04.2024 287
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 223
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 250
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 292
.

Bakının bu ərazisi plana düşdü: söküləcək

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir. BİG.AZ -a istinadla xəbər verir ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxi

09:59 355
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1141
.

"Kristal Abşeron"un binasında dəhşətli görüntülər - VİDEO

Adı müxtəlif qalmaqallarda hallanan "Kristal Abşeron" şirkətinin tikdiyi binalardakı ciddi nöqsanlarla bağlı sosial şəbəkələrdə növbəti video şikayət yayılıb. xəbər verir ki, şirkətin Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyi binanın mənzillərindən birinin sahibi tam təmirli formada aldığ

11:18 525
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 331