Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLAR

Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARErmənistanın müdafiə naziri Seyran Ohanyanın xanımı Ruzanna Xaçatryanla bağlı yeni qalmaqal yaşanır. Ermənistan Hərbi Həkimlər Assosiasiyasının sədri olan R.Xaçatryan dövlət əmlakını mənimsəməkdə, habelə məşuqu olmuş gəncin qətlini sifariş verməkdə suçlanır.

Onu "nazirin oğru, kinli və qatil arvadı" adlandırırlar.

"Hrapark" yazır ki, qəddarlığı və ən başlıcası, Müdafiə Nazirliyinin büdcəsini öz cibi sayması ilə ad çıxarmış Seyran Ohanyanın xanımı dəbdəbəli həyat düşkünüdür. Onun bahalı çantaları, xəz kürkləri, parfümü üçün xərclədiyi pullar Ermənistan Hərbi Həkimlər Assosiasiyasına ayrılan pullardan sərf olunur. Üstəlik, Müdafiə Nazirliyinin pulları da bu erməni qadının "şıltaqlıqlar"ına xərclənir və nazirlikdə kimsə Ohanyanın qorxusundan səsini çıxara bilmir.

O da vurğulanır ki, Ruzanna Xaçatryan sabiq məşuqu, iş adamı Amayak Hovanesyanın 26 yaşlı oğlu Vazgenin qətlinin sifarişçisidir. Vazgenlə arasındakı "aşiq-məşuqluq" münasibətlərindən ərinin, Ermənistanın müdafiə nazirinin xəbər tutmasından sonra R.Xaçatryan V.Hovanesyanın öldürülməsini tapşırıb.

Həmin gənc çox müəmmalı şəkildə "intihar edib", özünü 7-ci mərtəbədəki mənzilin eyvanından aşağı atıb.

Daha sonra Ruzanna Xaçatryan Yerevanın mərkəzi küçələrindən birində idarə etdiyi maşınla adam vurub. Həmin şəxsin ölümünü onlarla insan görsələr də, işə S.Ohanyanın qarışmasından sonra cinayət işi bağlanıb.

Biabırçılıq o həddə çatıb ki, Ruzanna Xaçatryanın "havadar"larından biri, "Şmays" ləqəbli millət vəkili, iqtidardakı Ermənistan Respublikaçılar Partiyasından olan Arakel Movsisyan "Haykayan Jamanak" qəzetinin redaksiyasına yollanaraq jurnalistləri döyüb.

O, redaksiyadan çıxanda jurnalistlərin suallarını da cavablamaqdan çəkinməyib: "Bu əclafların dərsini verdim. Əslində, günahkar onlar yox, bu çaqqalların atalarıdır. Allah eləməsin ki, o adamlar əlimə keçsinlər. And olsun ki, əlimə keçsələr, onları zorlayacam, sonra da başlarını kəsəcəyəm".

Döyülən jurnalistlər polisə müraciət edəndə Ruzanna Xaçatryan "Hrapark", "Aravot" və "Haykakan Jamanak" qəzetlərini məhkəməyə verərək, onları şər, böhtan atmaqda, əsassız və yalan məlumatlar yaymaqda suçlayıb.

Maraqlı odur ki, Ruzanna Xaçatryanın "huquqlarının müdafiəsi" ilə Ermənistanın ən böyük hüquq şirkətlərindən biri, Qrikor Minasyana məxsus olan vəkil bürosu məşğuldur.
Qrikor Minasyan Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

Bu arada asekose.am bildirir ki, Ruzanna Xaçatryan Fransanı özünə ikinci vətən hesab edir.
"Yerevandakı 48 nömrəli fransız təmayüllü məktəbdə təhsil aldışam. Tibb təhsili də fransız tibb elminə borcluyam. Üstəlik, ərimlə də 2003-cü ildə Fransanın Ermənistandakı səfirliyində tanış olmuşam", - Ruzanna Xaçatran deyib.

Halbuki, gerçək belə deyil.

Əxlaqsızlığı ilə Yerevandakı Tibb Universitetində ad çıxarmış Ruzanna Xaçatryan "pullu sponsor"lara "xidmət"i ilə tanınırdı.

12 il əvvəl, 2003-cü ildə Seyran Ohanyanın dostlarından biri Ruzannanı bir gecəlik əyləncə üçün S.Ohanyanın yanına gətirir. İş elə gətirir S.Ohanyan Ruzannaya vurulur. Deyilənə görə, Ruzannanı onun yanına gətirən Seyranın dostu bu günə kimi onu bağışlamayıb. Onların sevgisini o vaxt Yerevan Onkologiya Mərkəzinin baş həkimi olmuş Aleksan Aleksanyan və Qastik "təmin edib"lər.

Hal-hazırda Aleksana bu "xidmət"lərinə görə general rütbəsi verilib.

Qastik isə Müdafiə Nazirliyində satışlar üzrə şöbənin rəisi, arvadı isə aparat katibinin müavinidir.

S.Ohanya 2003-2004-cü illərdə Dağlıq Qarabağda "müdafiə naziri" olanda Ruzanna Xaçatryan tez-tez Xankəndinə yollanır, Ohanyanın evində qalırdı.

Ruzanna ilə evləndikdən sonra isə 2008-ci ildə S.Ohanyan Dağlıq Qarabağdan Ermənistana müdafiə naziri təyini çıxdıqdan sonra İrəvana gəlir.

Ruzanna Xaçatryanın sabiq sevgililərindən biri, Şangavitdəki "Şen Holdinq" adlı gisp zavodunun sahibinin oğlu da "sevgisi"nin qurbanı olub. Eyş-işrət gecəsindən sonra evə qayıdan Ruzanna sevgilisinin maşınında olub. O, Yerevanın Nor-Zeytun səmtinə çatanda Range Rover avtomobilinin sükanı arxasına oturmaq, maşını sürmək istəyib.
Sevgilisi Ruzannanın sözünü yerə salmayıb.

R.Xaçartyan sükan arxasında olanda qəza törədib, maşın divara çırpılıb. Qəzada onun sevgilisi həlak olub.

Və həmişəki kimi, rəsmi versiyaya görə, günah öləndə olub.

Seyran Ohanyan Yerevanın Vahaaqni səmtində üçmərtəbəli, superlüks villası var.

Arvadına Yerevanda və Parisdə klinikalar açmış Ohanyan "sevimli Ruzanna" üçün Müdafiə Nazirliyinin balansında olan 2 Mercedes avtomobilini də ayırıb.

Ruzanna Xaçatryan S.Ohanyanın birinci arvadına da nifrət edir.

Seyran Ohanyan Dağlıq Qarabağda olanda onun arvadı "Yehova şahidləri" təriqətinə qoşulmuşdu. Ohanyan nə qədər çalışsa da, arvadını bu təriqətdən ayıra bilməyib.

Hər gün evdə dava -dalaş olub və Ruzanna ilə "eşq"dən xəbər tutan qadın Ohanyanla daha çox dalaşırmış.

Seyran Ohanyan da həmin dövrlər evə getmir, oteldə Ruzanna ilə gecələyirdi.

Ermənistanın Müdafiə Nazirliyində elə bir vəziyyət yaranıb ki, Ruzanna Xaçatryan artıq hərbi hissə komandirlərinin təyinatına da qarışır.

Erməni zabitlər R.Xaçatryana nifrət edir, onu "yubkalı general, paqonluları idarə edən paqonsuz küçə qadını" da adlandırırlar.

milli.az

Əxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLARƏxlaqsız nazirin oğru, kinli və qatil arvadı - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 13503   Tarix: 08 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kirill Dmitriyev: ABŞ-nin qərarı 100 milyon bareldən çox Rusiya neftini əhatə edəcək

ABŞ-nin Rusiya neftinin bir hissəsi üçün icazə müddətinin uzadılması qərarı 100 milyon bareldən çox neftə təsir edəcək. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev sosial şəbəkələrd

10:15 176
.

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər. Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiy

14:40 0
.

ABŞ Almaniyaya 12 mlrd dollarlıq hərbi texnikanın satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Almaniyaya bir neçə növ hərbi texnikanın, o cümlədən radar izləmə stansiyalarının, dənizdən işə salınan MK-41 raket buraxılışı sistemlərinin, naviqasiya və radioelektron mübarizə sistemlərinin ümumi dəyəri 11,9 milyard dollar olan satışını təsdiqləyib. "Report"un xəbərin

15:00 0
.

Qar, yağış, dolu və güclü KÜLƏK - Həftənin ilk iş gününün HAVASI

Azərbaycanda aprelin 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi

13:07 155
.

Toyda DƏHŞƏT: Ofisiant azyaşlı uşağı yanan sobaya atdı

Hindistanda baş tutan toy mərasimində ofisiant şirniyyat oğurladığı üçün 11 yaşlı Çaman adlı oğlan uşağını yanan sobaya atıb. Bu barədə "NDTV" telekanalı məlumat verib. Məlumata görə, Çaman nənəsi ilə birlikdə ailə mərasiminə qatılıb və bir neçə dəfə masadan desert (şirniyyat) götürüb. Mərasim

11:39 186
.

Ağdamda gəncin FACİƏLİ ölümünün TƏFƏRRÜATI məlum olub

Ağdamda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı məlum olub. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Qaradağlı kəndində yerləşən Ağdam Dövlət Sınaq Məntəqəsində baş verib. Ağdam rayon, Zəngişalı kənd sakini, 25 yaşlı Hikmət Sadiq oğlu Mahmudlu məntəqə müdiri işləyə

18.04.2026 419
.

Bakıda kirayə evlər BAHALAŞIR - Qiymətlər açıqlandı

Paytaxtda işgüzarlıq səviyyəsi yüksək olan, böyük biznes mərkəzləri olan ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. Premium seqmentdə kirayə qiymətləri ortalama olaraq 2500-3500 manat arasında dəyişir. BİG.AZ Unikal-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətini

15:30 0
.

Bakının mərkəzində sirli işarə: MƏNASI SİZİ TƏƏCCÜBLƏNDİRƏCƏK - FOTO

Son günlər Bakının mərkəzi küçələrində peyda olan qeyri-adi işarə maraq doğurub. xəbər verir ki, xüsusilə müxtəlif obyektlərin qarşısında görünən bu element sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Sözügedən işarə bərbərxana simvolu, yəni beynəlxalq dildə "barber pole" adlanır. Bi

00:43 516
.

Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb

Səudiyyə Ərəbistanında həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüyünün alt hissəsini 3 metr yuxarı qaldırılıb. xarici mediaya istinadən xəbər verir ki, ölkənin müvafiq qurumları bu barədə məlumat yayıblar. Açıqlamada qeyd olunub ki, işlər örtüyün aşağı hissələrinin sökülməsi, künc hissələrini

12:30 145
.

TOP MP3