"Leyla Əliyeva məni xilas elədi..." - VİDEO

"Leyla Əliyeva məni xilas elədi..." - VİDEO"6 yaşım var. İndi yaxşıyam, amma gecəni bir az pis yatmışam. Əhvalım yaxşıdır. Hərdən darıxıram. Darıxanda atamla gəzməyə gedirəm. Dünən atamla anamı yola salmağa getdik. Qar yağmışdı, əlimi vurdum, gördüm soyuqdur, atdım. Hələ məktəbə getmirəm, amma sağalanda gedəcəyəm"

Təxminən bir il əvvəl Aşurovlar ailəsinin şad günü faciəyə çevrilib. Övladlarının kiçik toy mərasimindən qayıdan ailə üzvləri işığı yandıran zaman qaz sızmasından dəhşətli partlayış baş verib. Partlayışdan ən çox zərər çəkən 6 yaşlı Rəvan olub. Ağır yanıq xəsarətləri alan uşağın bədəni tanınmaz hala düşüb. Rəvan yaşananları yaxşı xatırlamasa da, xəstəxanada olduğunu, hadisədən sonra ona kömək edənləri tanıdığı deyir:

"Mən Leyla xanıma təşəkkür etmək istəyirəm. Şəklini indi sizə də göstərəcəyəm. Kitabdadır. Bax budur Leyla xanım, prezidentin qızı!"

Rəvanın atası Şaiq Aşurov hadisəni belə xatırlayır:

"2015-ci ilin yanvar ayında uşaqların kiçik toy məclisi idi. Evdən çıxanda yəqin ki , mənzildə qaz sızması baş verib. Evə qayıtdıq, mətbəxin işığını yandırarkən evdə güclü partlayış oldu. Bundan sonra güclü yanğın başladı. Hamımız yanırdıq. Mən uşaqları çıxardım. O biri oğlum yuxuda olduğundan ciddi yanıq xəsarətləri almamışdı. Amma mən də, yoldaşım da yanıq xəsarətləri almışdıq. Qayınlarım da bizdə idi ən çox yanan Rəvanla qaynım oldu. Uşağın bədəninin 71 faizi yanmışdı. 56 faiz bədən nahiyəsi, 15 faiz tənəffüs sistemi yanmışdı".

Bədəninin 71 faizi yanmış Rəvan Aşurovun müalicəsi üçün külli miqdarda vəsait tələb olunduğundan, ailəsi Heydər Əliyev Fonduna müraciət edir. Və müraciət müsbət cavablandırılır, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşağın əməliyyat xərclərini tam şəkildə öz üzərinə götürür.

"Həkimlərə müraciət etdik. Rəvanın müalicəsi üçün külli miqdarda pul lazım idi. Heydər Əliyev Fonduna müraciət etdik. Çox sağ olsunlar ki, çağırışımıza biganə qalmadılar. Bizə bütün dəstəyi məhz Heydər Əliyev Fondu göstərdi. Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya dərindən təşəkkürümü bildirirəm. Onlar az bir zaman içərisində bizə çox böyük yardım göstərdilər".

Şaiq Aşurovun sözlərinə görə, bu günədək Rəvan 9 dəfə əməliyyat olub.

"Bakıda beş, Almaniyada dörd dəfə əməliyyat keçirilib. Dörd əməliyyat Leyla xanım Əliyevanın təşəbbüsü ilə Münhendə baş tutdu, həm də çox uğurla. Bundan sonra da mərhələli şəkildə əməliyyatlar keçiriləcək. Həkimlər əməliyyatın hissə-hissə keçirilməsinin tərəfdarıdır. Fond yenə dəstəyini əsirgəmir. Münhendəki müalicədən sonra artıq Rəvanın qolunda deformasiyaya uğrayan sümüklər bərpa olunub. Sərbəst danışır, sərbəst yeriyir. Sadəcə doqquz dəfə anesteziya aldığından əsəbidir. Onunla bağlı müalicələr də davam edir".

Bundan başqa Rəvanın ailəsi Bakıda mənzillə də təmin olunub.

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda dörd otaqlı mənzillə də təmin olunmuşuq. Bizim evimiz olmayıb. Kirayə qaldığımız mənzildə baş vermişdi həmin hadisə. Nəinki, evlə təmin olunmuşuq, demək olar ki bizim bütün maddi xərclərimiz də fond tərəfindən ödənir".

Rəvan həmyaşıdların geri qalmır. Deyir ki artıq hərfləri tanıyır, vurma cədvəlini bilir, ən çox da ana haqqında şer deməyi xoşlayır.

Bir neçə günlüyə atası ilə tək qalacağını deyən Rəvan ən çox qardaşı üçün darıxır. Bizimlə zarafat etməyi də belə unutmur.

"Mənim qardaşım Tural Ülviyyəni sevir, mən də həmişə ona deyirəm ki, sən balacasan, sevmək olmaz. Böyü, atam boyda ol, sonra sevərsən".

Beləcə altı yaşlı Rəvanın müalicəsi davam edir. Biz isə sağlam və xoşbəxt ömür arzulayaraq, ondan ayrılırıq.

APA TV


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6937   Tarix: 27 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14.12.2025 112
.

Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib

HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə

14.12.2025 114
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14.12.2025 240
.

Tailand Kamboca ilə sərhəd boyu komendant saatı tətbiq etdi

Tailand hakimiyyəti Kamboca ilə silahlı münaqişənin kəskinləşməsi fonunda Trat vilayətinin beş sərhəd rayonunda komendant saatı tətbiq edib. bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Komendant saatı turistik Çanq və Kut adaları istisna olmaqla, Kambocanın Kohkonq vilayəti ilə həmsərhə

14.12.2025 117
.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

14.12.2025 137
.

Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər

Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər. "Report" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib. "Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"

14.12.2025 129
.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

14.12.2025 138
.

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedov

14.12.2025 138
.

ABŞ-də mətbəx mebeli ilə əlaqəli ilk təhlükəli xəstəlik halı müəyyən edilib

ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx dəzgahlarının istehsalı ilə bağlı təhlükəli ağciyər xəstəliyinin ilk halı müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə "Fox News" məqalə dərc edib. Məqalədə bildirilir ki, bu xəstəlik mətbəx dəzgahları üçün getdikcə populyarlaşa

14.12.2025 143
.

TOP MP3