"Mənə deyir ki, sən gözünlə görənsən, sənin başını kəsdirəcəyəm" - Müğənni polisdə

"Mənə deyir ki, sən gözünlə görənsən, sənin başını kəsdirəcəyəm" - Müğənni polisdəTanınmış vokal ifaçısı Ülvi Qılıc əməkdar artist Elnarə Abdullayeva barəsində polisə şikayət etməsindən danışıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, hər şey onun iştirak etdiyi verilişdən sonra baş verib:

"ATV kanalında Yusif Ağayevin "Ondan sonra" verilişində dünən qonaq idim. Söhbət əsnasında Elnarə Abdullayevanı əməkdar artist fəxri adı alması münasibətilə təbrik etdim. Dedim, mən tez-tez eşidirəm ki, Elnarə şou-biznesdən oğluna qız ala bilməyəcəyini bildirir. Amma burada hər kəs bir evin anasıdır, bacısıdır. Əgər kiminsə nöqsanı varsa, şəxsən desin ki, filan müğənnini oğluma almaram. Aparıcı sual verdi ki, görəsən, bunun səbəbi nədir? Cavab verdim ki, sənət aləmində hər insanın travması var. Ümumiyyətlə, hər birimizdə uşaqlıq travması olub və var. İnsan yıxılır, qolu əzilir, travma alır. Əgər bu belə pis sözdürsə, niyə xəstəxanaların travmatologiya şöbəsi var? Qısası, bu, insanın yaddaşına həkk olunan bir ağrı deməkdir. Verilişdən sonra gördüm ki, tanımadığım nömrədən zəng gəldi. Cavab verdim, dedi ki, Elnarə Abdullayevayam, sən niyə deyirsən ki, mən travma almışam? Dedim, məgər, bu söz təhqirdir? Ardınca qayıtdı ki, sən bilirsən, mən kiməm, arxamda kimlər durub, sənin başını kəsdirərəm?! Sonra başladı anamı, bacımı söyməyə. Mənə deyir ki, sən gözünlə görənsən. Bilmirəm, Elnarə Abdullayeva mənim gözümlə gördüyümü, ailəmin əxlaqsız olduğunu harada görüb? Sonra başladı ölülərimi söyməyə və yenə dedi ki, sən bilirsən, mənim arxamda kimlər durub? Ondan sonra telefonu bir kişiyə verdi. Kişi dedi ki, indi rayondan gəlirəm, sən haradasan? Dedim, əgər sözünüz varsa, məhkəməyə, polisə müraciət edin. Kişi də qışqıra-qışqıra dedi ki, sənin başını kəsərəm, bilirsənmi arxamızda kimlər durub? Amma ad çəkmirdi. Sonra məni Yasamala çağırdılar. Gördüm bunlar əl çəkmirlər, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurdum. Məgər bu dövlət başsızdır, yiyəsi yoxdur ki, Elnarə Abdullayeva kiminsə başını kəsdirir? Ümumiyyətlə, bu kimdir ki? Bu gün daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova məktubla müraciət etmişəm. Məqsədim odur ki, bu qadının arxasında kimlərin dayandığı araşdırılsın. Bundan sonra mənim başıma nəsə gəlsə, bütün məsuliyyəti Elnarə Abdullayeva və həmin kişi daşıyır. Daxili işlər orqanlarına təşəkkürümü bildirirəm. Müraciətimə operativ reaksiya verildi və o, polis orqanlarına dəvət olundu. Əvvəlcə gələ bilməyəcəyini desə də, sonradan təkidlə polisə gətirildi. Gətirib polisdə izahatını aldılar. Bu məsələnin arxasınca axıra kimi gedəcəyəm. Bilmək istəyirəm ki, onun arxasında kimlər durur?"

Ülvi Qılıc xanəndə ilə barışıq ehtimalına da münasibət bildirib:

"Əgər mən efir vasitəsilə onun anasını, bacısını təhqir etsəydim, o da zəng vurub məni təhqir etsəydi, susardım. Deyərdim ki, bu adam haqlıdır da. Ancaq mən bunu efirdən təbrik etmişəm, təhqiramiz heç nə deməmişəm. Axıra kimi gedəcəyəm görüm, bu adam kimdir ki, mənim başımı kəsdirir. Kimdir bunun arxasında duran, çıxsın ortaya. Bilirsiniz, bəzən insanlar efirə baxırlar, İŞİD, terror, özbaşınalıq-filan. Elə bilirlər ki, hər bir dövlətdə bunu törətmək olar. Bu dövlət hələ yiyəsiz deyil. Çox sürətlə iş görüldü və Elnarə Abdullayeva Abşeron Polis İdarəsinə gətirildi. Polisdən bildirilirdi ki, lazımi ölçü götürüləcək. Axıra qədər dediklərinin arxasında dursun. Heç bir qorxum yoxdur, çünki dövlətim məni qoruyur. Sadəcə, kiminlə hansı səviyyədə danışmaq lazım olduğunu bilirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6448   Tarix: 27 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 238
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 653
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 474
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 591
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 399
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 403
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 405
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1576
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 1217