Hamamdakı Tünzalə, Röyadan təqdirəlayiq hərəkət, "narkoman" Lalə, rəqqasə Sevda... - HƏFTƏBECƏR

Hamamdakı Tünzalə, Röyadan təqdirəlayiq hərəkət, "narkoman" Lalə, rəqqasə Sevda... - HƏFTƏBECƏRBiG.AZ bildirir ki, Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (63-cü say) təqdim edir.

"Camaaat, gəldim e, gəldim". Bax siz gələn həftədən teleməkanda bu sözləri eşitməyəcəksiniz. Bəli, düz oxudunuz, gələn həftədən "Sevimli şou" efirdə olmayacaq. MTRŞ belə qərar verib. Getdi e, getdi... Amma necə deyərlər, çox da şey eləməyin. Çünki qərar dəyişə də bilər.

İkinci xəbərim də xoş olmaya bilər. Məlumunuz olsun ki, Mingəçevir Dövlət Dram Teatrının aktyoru, yox, yox, direktor müavini (adını yazıb layihənin reytinqini aşağı salmaq istəmirəm) demişkən, ali dərəcəli aktyoru Asim Məmmədov intihar etmək istəyirmiş. Son anda dost-tanış yığışıblar ki, ay kişi, özünə gəl, ayıbdır, intihardan vaz keç. Hələ teatr bununla bağlı bəyanat da yayıb. Bəyanat e. Rəhmətlik Səyavuş Aslan demişkən, "nervidən" adamı gic gülmək tutur, mən ölüm. Direktor da sosial şəbəkədə bir status yazıb, başlayıblar xəbəri yazan jurnalisti, yəni məni təhqir etməyə.

Röya, deyəsən, yavaş-yavaş tənqidlərdən nəticə çıxarır. Ona görə bu dəfə əməkdar artistin sözlərini təqdir etmək lazımdır. Sitat: "Özünü mənə oxşadanlara heç nə deyə bilmərəm, çünki onlar məni sevən insanlardır. Səhnədə geyimim üçün saatlarla bir paltarın üzərində çalışırlar. Amma oğlumu 1-ci sinifə apararkən, ordakı valideynlərdən yüksək olmamaq üçün 21 manatlıq paltar geyinmişdim. Bahalı geyinmək, kimisə əzib keçmək mənə yaraşmaz. Amma səhnə tamam başqadır".

Bax bu açıqlamaya ƏHSƏN demək olar. Əgər 2016-cı ildə müğənninin ağlı kəsirsə ki camaatın qüruruyla oynamaq olmaz, bu, gerçəkdən də, təqdirəlayiqdir. Amma hayıf ki, "200 manatdan aşağı kostyum geyinmirəm" deyən bəziləri ilə eyni havanı udmağa məhkumuq.

Rəqqasə, sonradan isə müğənni Sevda Sanaliyevanın əri də yaman qısqancmış. Eşitdiyimə görə, deyib ki, indiyə kimi nə olubsa, olub. Bundan sonra otur evdə, ancaq səviyyəli məclislərə get filan. Nə olubsa deyəndə, ağlınıza pis fikir gəlməsin. Yəni indiyə kimi nə oxuyub oynamısan, bəsindir. Hətta gör nə qədər qısqancdır ki, Sevdanı aktrisa kimi filmlərə, seriallara çəkilməyə də qoymur. Hələ indi oxuyuram e bunu. Sən demə, hətta o vaxt nişanlı imişlər. Yəni bu qadağanı qoyanda. Kişidə hökmə bax ha.

Əməkdar artist Lalə Məmmədova səhnəmizdəki tək-tük intellektual sənətçilərdəndir, hətta yanılmıramsa, hazırda elmi iş üzərində çalışır. Məsələn, ingilis dilini bilir, pedaqoji fəaliyyəti var. Bütün bunları ona görə sadalamıram ki, biz yaxın dostuq. Bəli, mənim onun, onun da mənim mövcudluğumdan, peşələrimizdən, nə dərəcədə peşəkar olduğumuzdan xəbərimiz var. Fikrimcə, qarşılıqlı hörmətimiz də var bir-birimizə. İntəhası, bu sözü deməsəm, vicdanım məni bağışlamaz. Məsələ burasındadır ki, Lalə xanım hər zaman ən maraqlı açıqlamalarını televiziyaya verir. Elə bu günlərdə verdiyi açıqlama kimi:

"Həyatımın çox ağrılı günləri xəstələndiyim an idi. Səhnədə ayaqlarım tutulmuşdu. Özümdə güc tapıb ayaqda dayanmışdım. Çəkiliş canlı idi. Bəxtim onda gətirdi ki, qaranlığıydı, halımın pisləşdiyini çox adam görmədi. Bu xəstəliyimi heç kim bilmir. Ayaqlarım tutulmuşdu. Elə ağrılar olurdu ki, onu sözlə ifadə edə bilmərəm. Ağlım başımda olmurdu. Həkim müayinəsindən sonra bəlli oldu ki, onurğa sütunumda problem var. Ümidsiz şəkildə müalicəyə başladım. Bir günün içində 70-80 yaşlı qoca qadına dönmüşdüm. Bir dəfə də ağrı başlayanda tibb bacısına yalvardım ki, "mənə narkotik tap gətir". Çantamda nə qədər pul varsa, hamısını verməyə hazır idim. Lalə Məmmədova, ailəli qadın, övladım var idi... Bunları düşünmürdüm. Yarımcan insan olmuşdum. Düşünürdüm ki, övladıma analıq edə bilməyəcəm, karyeram bitdi. Bir həkimlə tanış oldum, türkəçarə ilə məni sağaltdı".

İnanmıram ki, Lalə Məmmədova hansısa sayta, qəzetə belə bir açıqlama verərdi. Axı sənətçilərin aləmində mətbuat "ikinci növ" jurnalistikadır. Baxmayaraq ki, efirlər hər zaman məhz bizim materialları çırpışdırıb efir vaxtını doldururlar.

Bu həftənin daha bir üzücü xəbəri əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanovun oğlunun yenidən həbs olunmasıydı. Bu haqda geniş nəsə demək olmur. Deyiləcək bir şey var ki, Azərbaycan səhnəsi çox böyük bir səsi kəşf etmədən itirdi. Kim razılaşmasa, Emil Rəhmanov adı ilə axtarış verib ifalarını dinləyə bilər.

Əməkdar artist Tünzalə Ağayeva yenidən 2001-ci ildəki imicinə qayıdır, başını bağlayıb. Amma və lakin bu dəfə bir fərq var. Sənətçi bu dəfə başını bağlayıb, qolunu, çiynini örtmək yadından çıxıb. Bəlkə də özü belə istəyib. Bəzi saytlar da götürüb yazıblar ki, guya foto hamamda çəkilib. Hələ Tünzalənin özünü Röyaya oxşatdığını iddia edənlər də tapılıb. Mən də baxdım. Heç bir oxşarlıq görmədim. Röya maksimalist adamdır, bu məsələdə daha cəsarətlidir. Tünzalədə vəziyyət bir az başqadır. O, heç vaxt risk eləməz. Uzaqbaşı çiynini açar, vəssalam.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2785   Tarix: 25 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 397
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 268
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

10:50 226
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 314
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1666
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1024
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 396
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 347
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 483