Gümüş haqqında bilmədiyimiz gerçəklər

Müasir dövr insanı, müasir texnologiyalar, rəqəmsal dövr … bu günün adları … Yaxşı, bəs həqiqətən bunlar inkişafı ifadə edirmi? İrəliyə doğru getdiyimizi göstərirmi? Bütün bunlar dünyanın daha yaxşı bir yer olmasını təmin edirmi? Gəlin bu suallar barəsində düşünək.

Gümüş haqqında bilmədiyimiz gerçəklərKeçmişdən bu günə doğru zehininizdəki inkişaf müddətini izlədiyinizdə, hərəkət edən kiçik orqanizmlərin meydana gətirdiyi böyük bir orqanizm görürsünüz. Məsuliyyət şüuru, paylaşma, məlumatların ötürülməsi üzərindəki həssaslıq və bir-birini dəstəkləyən insanlar görürsünüz; çünki əslində cəmiyyətlər fərdlərdən deyil, fərdlər cəmiyyətlərdən ibarətdir. Siz cəmiyyəti makroorqanizm kimi sağlam şəkildə yerbəyer etsəniz, mikro səviyyədə də fərdlər hər istiqamətdən inkişafın potensialını məcburi hiss etməyə başlayır.

Bu ümumi vəziyyətin xülasəsində sonra, sadəgörünən hər vəziyyətin arxasında, həqiqətən sorğulağa cəsarəti olub, dərk etməyə çalışanlar üçün hörümçək toruna çevrilən həqiqətləri çatdırmaq qərarına gəldik.

Gümüş haqqında bilmədiyimiz gerçəklərİndi sizə bir az gümüşdən bəhs edək.

Gümüş əslində bizə açıq-aydın izah edilmədiyi halda, olduqca faydalı və inkişafa aparan xüsusiyyətləri olan elementdir. Biz köhnə insanlara geridəqalmış dediyimiz halda, onlar bəzi şeylərdə bizdən çox irəlidə olmağı da bacarıblar. Məsələn, keçmişdə məhz gümüşü tibbdə geniş istifadə edir, bu elementi səhiyyənin bir parçası kimi qəbul edirdilər. Bəs belə olduğu halda, müasir dövrdə niyə bu qədər xəstəliklərdən xilas ola bilmirik? Üstəlik də, hər il yeni xəstəliklər peyda olur və bütün dünya bu xəstəliklərə qarşı mübarizə üçün milyonlar xərcləyir.

Gümüş haqqında bilmədiyimiz gerçəklərGümüşün faydaları Julius Caesar dövründən bəri bəllidir. Romalılar kiçik gümüş parçalarını yanıqları, kəsikləri və yaraları müalicə etmək üçün, yunanlar su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edərdilər. Bundan əlavə, Roma İmperiyası dövründə yalnız gümüş qablarda su daşıyan əsgərlərə döyüşə getməyə icazə verilirdi, çünki Romalılar gümüş qabların suyu təmiz və saf tutduğunu bilirdilər. 14-cü əsrdə Avropanın mərkəzində əhalinin 25 faizi vəbadan ölmüşdü, yalnız qaraçılar bu fəlakətdən can qurtara bilmişdilər. Qaraçıların müalicə məqsədiylə gümüşü kiçik hissəciklərə ayırıb, açıq damardan bədənlərinə yeritdikləri bəlliydi. Hissəciklər qan dövranı sayəsində bütün bədənə yayılıb bakteriya və virusları yox edirdi. Bəzən bu hissəciklərin lazım olduğundan çox olması səbəbiylə qaraçıların çoxu argyria xəstəsi olmuşlar.

Həkimlər gümüşün faydalarını bilir və buna görə də, xəstələrinə daha sağlam olmaq istəyirlərsə, gümüş qablarda, gümüş çəngəl-bıçaq-qaşıq istifadə edərək, yemək yemələrini tövsiyə edirdilər. Bəzi insanlar körpələrinə sormaq üçün gümüş qaşıq verməyə başlayıb. "Ağzında gümüş qaşıqla doğulmaq" deyimi də məhz buradan gəlmişdir; çünki bunu o zamanlarda zəngin ailələr bilirdi və zəngin uşağı olmaq, yəni doğuşdan şanslı olmaq mənasında istifadə edilən bu deyim burdan törəmişdir.

Gümüş haqqında bilmədiyimiz gerçəklərDr Henry Crookes 1900-cü illərin əvvəlində gümüşü bir çox xəstəliyin müalicəsində istifadə etmişdir. Elmi işləri nəticəsində mövcud heç bir mikrobun kolloid gümüşə 6 dəqiqədən çox dözə bilməyəcəyini müəyyən etmişdir. Dr J.Mark Hovel British Medical Journal’da kolloid gümüşün virusların məhv edilməsində xüsusilə təsirli olduğunu raport edib.

Gümüş haqqında bilmədiyimiz gerçəklərİkinci Dünya müharibəsi əsnasında penisillin kəşf edildi və sintetik olaraq istehsal edildi. Beləcə tibbdə patenti alınmış sintetik dərmanlarla böyük dərman firmalarını çox varlı edən yeni bir dövr başlandı. Təbiətdə olan heç bir şeyə görə isə patent almaq mümkün deyildi, ona görə də gümüşün faydalarından varlana bilməyənlər bunu hər yolla insanlara unutdurmağa çalışırdılar.

Gümüşün ilk antibiotik maddə olduğu güman edilir. Müəyyən bir dövr ərzində gümüş metal yarpağı bir sarğı bezi olaraq istifadə edilmişdir. Bu gün gümüş, demək olar ki, infeksiya idarəsinin kritik olduğu hər yerdə, bandajlardan yanıq müalicəsində istifadə edilən dərmanlara qədər səhiyyə məhsullarında çox geniş spektrdə antimikrob özəlliyinə görə istifadə olunur.Amerikadakı doğulan uşaqlara, doğuşdan dərhal sonra gümüş tərkibli göz damlaları gözdə meydana gələcək infeksiyaları qarşısını almaq üçün tökülür.

Gümüş 95 faizdən daha çox nisbətdə infraqırmızı əks-yansıtmaya malikdir. Gümüşlə təmas edən radioaktiv enerjinin 95 faizi geri yansıyacaq. Yəni gümüş radiasiyaya qarşı təsirlidir.

450 cür bakteriyanın DNT-sini pozaraq yox edə bilir. Sədəf, şəkər, qaşıntı, ayaq qoxusu kimi bir çox narahatlığa da müsbət təsir göstərir. Yeni hüceyrələrin çoxalmasını dəstəkləyərək yaraların yaxşılaşmasını sürətləndirir. Kolloid Gümüşün HİV virusunu bir neçə dəqiqə içində yox etdiyi ilə əlaqədar araşdırma isə, Dr Xiaojian Yao tərəfindən "Nanotexnologiya 2012 International Journal" da nəşr edilsə də, buna baxmayaraq heç bir şey edilmədi.

Gümüş haqqında bilmədiyimiz gerçəklərİçərisində gümüş ion saxlayan tək qida qozdur. Bu məlumatlara baxsaq yeməli olduğumuz ən əsas qida qozdur və buna qarşı laqeyd olmaq olmaz.

Həkimlərin əsasən gümüş suyunu gözardı etmə səbəbi yenə də kapitalist dünya quruluşuna söykənir. 1906-cı ildə bütün böyük dərman şirkətlərini satın alan John D. Rockefeller koloidal gümüşün dərman satışlarının qarşısında maneə meydana gətirəcəyinin fərqində idi. Bu səbəblə Jude Abraham Felxner-in köməyi ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu mövzusunun araşdırılmayacağı və bu təlimata uyğun gəlməyən bütün professorların lisenziyalarının əlindən alınacağını bildirmişdi. İşin maraqlı tərəfi isə budur ki, Rockefeller özü ailəsinin heç bir zaman dərman istifadə etməsinə icazə verməmişdi.

Gümüş haqqında bilmədiyimiz gerçəklərElmi fantastika dünyasına baxsaq, qarşımıza içinə girdiyiniz zaman bir anda bütün xəstəliklərimizi yaxşılaşdıran və bizi uzun müddət yaşadan sandıqlar çıxır. Yaxşı, bu sandıqlar gümüşdən düzəldilmiş ola bilər? Daha da inkişaf etdirilmiş, içərisində bakteriyalar dünyasından meydana gəlmiş, gümüş örtüklü mini bir laboratoriya indiki vaxtda kimlər üçünsə tikilmiş ola bilər? Bizdən gizlənən bir çox həqiqət varsa, bunların da tikilmiş olması mümkündür. Bizə göstərilənləri deyil, göstərilməyənləri görməyə çalışdıqca əslində necə bir nizamda yaşadığımızı görmək bütün bu ədalətsizlikləri dəyişmək üçün bizə daha da böyük səbəblər verməlidir. Dünyamızı yaşanılası bir yer etmək üçün əl-ələ verib, dəyərimizin fərqində olaraq çalışmalı və sorğulamalıyıq.

pahoo.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6458   Tarix: 23 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində

07.12.2025 1941
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 590
.

Dekabrda dörd gün DƏFNƏ YARPAĞI YANDIRIN: Həyatınızın necə dəyişdiyini görün...

Dəfnə yarpağı uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpağı sadəcə kulinariya ədviyyatından daha çox şeydir. BİG.AZ -a istinadla xəbər verir ki, qədim Yunanıstan və Romada dəfnə qaliblərə, şairlərə və hərbi liderlərə şərəf, müdriklik və mənəvi güc əlaməti olaraq tac qoymaq üçü

07.12.2025 596
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 599
.

ChatGPT psixiatriya riskini artıra bilər - Həkimlərdən xəbərdarlıq

Kaliforniyada çalışan psixiatrlar süni intellektlə intensiv ünsiyyətin ağır psixi pozuntulara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq ediblər. xəbər verir ki, mütəxəssislər 26 yaşlı bir qadınla bağlı narahatedici klinik hadisəni təsvir ediblər. Depressiya və DEHB (Diqqət Əskikliyi və Hiperaktivli

16:00 87
.

Hobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTO

Türkiyədə yaşayan Rabia Çelik dörd il əvvəl hobbi kimi başladığı şam hazırlama məşğuliyyətini peşəkar işə çevirib. Evindəki bir otağı atelyeyə çevirən Çelik öz dizaynı olan xüsusi qəliblərlə hazırladığı dekorativ şamları açdığı stentdə nümayiş etdirir. Estetik görünüşü və fərqli formaları ilə diqqə

07.12.2025 623
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 181
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 441
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1123
.

TOP MP3