Ürək xəstələri soyuqda özünü belə qorusun – TÖVSİYƏ

Ürək xəstələri soyuqda özünü belə qorusun – TÖVSİYƏÜrək xəstələrinin diqqət etməli olduğu amillərdən biri də soyuqdan qorunmaqdır. Çünki ani istilik dəyişiklikləri və soyuq hava ürək çatışmazlığı, ürəyin ritm pozuntuları və infarkt riskini ortaya çıxarır.

BiG.AZ Aile.lent.az-a istinadən məhz bu problemləri nəzərə alaraq, soyuq havalarda ürəyi qorumaq üçün 10 mühüm məsləhət təqdim edir. Bunlardan biri də qat-qat geyinməməkdir!

Spirtli içki qəbul etməyin

Soyuq havalarda "bir az bədənim isinsin" deyərək, spirtli içkilər daha çox içilir. Ancaq bu, yanlışdır. Spirtli içkilər bədənə istilik hissi verməklə yanaşı, bədən damarlarında genişlənməyə səbəb olur, həm də içkili halda soyuq hava ilə təmasda olarkən bədəndə istilik itkisi daha çox olur. Buna görə soyuq havalarda su, ya da bitki çayları için.

Tərəvəz bazarlığı edin

Gündəlik ən az 5 dəfə tərəvəz, ya meyvə yemək həm damarları qoruyur, həm də infeksiyalara qarşı bədən müqavimətini artırır.

Başınızı papaqla qoruyun

Bədəndəki istilik itkisinin yarıdan çoxu baş bölgəsində gerçəkləşir. Soyuğa qarşı başın qorunmaması bədənin soyuğun zərərli təsirlərinə məruz qalmasına səbəb olur. Soyuq havada qan tündləşir və laxtalanmaya meylilik artır. Bədən damarlarındakı büzüşmə nəticəsində təzyiq artır. Ürək bədən istiliyini sabit saxlamaq üçün daha çox işləyir. Ürəyin üzərindəki yükün artması da ürək çatışmazlığına səbəb olur. Damar xəstəliyi olanlarda sinədə ağrılar yaranır. Buna görə soyuq havaya çıxarkən başınıza papaq taxmağı qətiyyən unutmayın. Üstəlik qar, yağış yağan günlərdə çətirdən də istifadə edin.

D vitamini qəbulunu artırın

Soyuq mövsümün gətirdiyi digər bir risk isə günəş şüalarından az faydalanmaqdır. Günəş şüaları bədəndə D vitaminini aktiv hala gətirmək üçün önəmlidir. Ancaq qış aylarında D vitamini səviyyəsində azalma olur. D vitamin əskikliyi də ürək xəstələrində 3 dəfə daha çox yaşanır. D vitamin əskikliyiniz varsa, müalicə etdirin.

Qripin keçməsini gözləyin

Soyuq havalarda qrip, bronxit, yuxarı tənəffüs yolu xəstəliklərində artım olur. Ürək problemi olanlarda bu infeksiyalar daha ağır yaşanır . Buna görə qızdırma ilə özünü göstərən tənəffüs yolu xəstəliklərində həkimə müraciət edin.

Gücünüzdən ağıllı istifadə edin

Qışda qar təmizləmək, yolda qalan maşını itələmək, yağış islatmasın deyə qaçmaq kimi hərəkətlər etmək döyüntü və nəfəs darlığına yol aça bilər. Həmçinin infarkt riskini irəlilədir.

Qat-qat geyinməyin

Çox qalın, kələm kimi üst-üstə geyinmək, qışda sıx edilən yanlışlardan biridir. Bu nəticədə tez tərləmə, soyuma və üşümə baş verir. Pambıq alt geyim təri əməcəyi üçün məsləhət görülmür.

Ağız və burnunuzu şərflə bağlayın

Soyuq havalarda edilən digər yanlışlardan biri də qat-qat geyinib ağız və burnun müdafiəsiz buraxılmasıdır. Soyuq havada uzun müddət açıq havada gəzirsinizsə, ağız və burnu qorumaq üçün şərf və ya maska taxın.

İdmanı tərgitməyin

Qışda da mütəmadi olaraq idman etməklə qan təzyiqinin düşməsi, ürək ritminin tənzimlənməsi, çəkidə azalma, nəfəsin açılması, şəkər xəstəliyi riskinin azalması, bədən müqavimətinin artması və damar sərtliyinin tənzimlənməsi, infarkt riskinin azalması kimi müsbət nəticələr əldə edə bilərsiniz.

Tətil planlaşdırarkən diqqət edin

Tətil üçün isti ölkələrə gedin. Ürək sağlamlığı üçün ən ideal istilik 18-24 dərəcədir. 12 dərəcədən aşağı temperaturda infarkt riski artır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1731   Tarix: 19 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

TOP MP3