"Apteklərə satılan dərmanların qiymətini qaldırmamışıq"- "Avromed"dən açıqlama

"Apteklərə satılan dərmanların qiymətini qaldırmamışıq"- "Avromed"dən açıqlama"Avromed" dərman preparatlarının satışını dövlət qurumları tərəfindən tənzimlənmiş qiymətlər əsasında həyata keçirir.

BiG.AZ xəbər verir ki, şirkətin bu gün yaydığı açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın üzən məzənnə rejiminə keçməsi barədə qərar qəbul edib.

Yeni situasiyada hökumətin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və devalvasiyanın ölkə iqtisadiyyatına və xüsusilə də ölkə vətəndaşlarına təsirini minimuma endirmək üçün ölkə başçısı Prezident İlham Əliyev hökumət üzvləri ilə müşavirə keçirmiş və lazımi göstərişlər verib. Hökumətin bütün qurumları, o cümlədən hüquq-mühafizə orqanları öz funksiyalarına uyğun olaraq devalvasiya hadisəsindən sui-istifadə hallarının qarşını almaq üçün təcili tədbirlər görür və bu tədbirlər öz faydasını verməkdədir...

Lakin devalvasiya ilə bağlı yaranmış yeni situasiyadan təkcə ayrı-ayrı cinayətkar elementlər yox, təəssüf ki, həm də bəzi on-line media orqanları sui-istifadə etməyə cəhd göstərirlər.

Ölkədə 20-yə yaxın "xəbər saytları" məlum vəziyyətdən sui-istifadə edərək yalan məlumatlar yayımlayır. Bununla da bir tərəfdən, əhali arasında çaşqınlıq yaratmaq, digər tərəfdən də bir sıra dövlət məmurları, şirkətlər və müəssisələr barəsində böhtanlar yazmaqla öz reketçilik fəaliyyətlərini daha da genişləndirmişlər. "Ənənəvi" olaraq ucuz "sensasiyaçılıq" yolu ilə böhtan, yanlış və qərəzli informasiyalar yayımlamağa alışmış və bu yolla öz çirkin niyyətlərinə nail olmağa çalışan bir sıra saytların bugünkü səhifələrində şirkətimiz tərəfindən dərman preparatlarının qiymətlərinin qanuna zidd olaraq bahalaşdığını iddia edən reket saytlar bir tərəfdən, dövlət tərəfindən tənzimlənmiş qiymətlər əsasında vətəndaşların zəruri dərman preparatları ilə təmin olunması üçün bütün imkanlarını səfərbər etmiş şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, digər tərəfdən, ölkədə dərman preparatlarının qiymətlərinin tənzimlənməsini və dərman preparatlarının qanuna müvafiq şəkildə satışına nəzarəti həyata keçirən dövlət qurumlarının gərgin fəaliyyətinə kölgə salmağa cəhd göstərirlər.

Bütün bunları nəzərə alaraq bir daha bəyan edirik ki, "Avromed" şirkəti manatın məzənnəsinin dəyişməsi və ya digər hər hansı bir səbəbdən heç vaxt öz fəaliyyətini dayandırmayıb və hər bir şəraitdə fasiləsiz olaraq çalışmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün apteklərin yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə təmin olunmasını fasiləsiz olaraq davam etdirir. "Avromed" şirkəti tərəfindən apteklərə satılan dərman preparatları müvafiq dövlət qurumları tərəfindən tənzimlənmiş qiymətlər əsasında həyata keçirilir. Ölkədə sabitliyi pozmaq, əhali arasında çaşqınlıq yaratmaq, öz fəaliyyətlərini dövlətin və vətəndaşların mənafeyinə uyğun həyata keçirən özəl qurumların və eləcə də dövlət qurumlarının fəaliyyətinə kölgə salmaq məqsədilə reketçilik yolunu seçmiş "jurnalistlərə" xəbərdarlıq edirik ki, şirkətimizə qarşı mətbuatda yayılacaq hər hansı qeyri-obyektiv və qərəzli məlumatlara görə hüquq mühafizə orqanlarına müraciət olunacaq və onların qeyri-qanuni hərəkətlərinə hüquqi qiymət verilməsinə çalışacağıq.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 2141   Tarix: 15 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

Yağışa görə sürət həddi azaldıldı

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. BNA-dan daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:. "Bir daha bütü

17.08.2020 461
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

TOP MP3