"Baku Electronics"in mağazaları bağlanır
Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində problem yaradıb. Müşahidə olunan qlobal böhran artıq "Baku Electronics" şirkətinə ciddi təsir edib.BiG.AZ report-a istinadən xəbər verir ki, ötən il ərzində baş verən milli valyutanın təxminən 100%-lik devalvasiyası fonunda şirkətdə aparılan ixtisarlar və bəzi filialların bağlanması prosesi 2016-cı ildə də davam edir.
Şirkət xərclərin optimallaşdırılması planı çərçivəsində paytaxtdakı iki filialını bu günlərdə bağlayıb. Həmin obyektlərin işçiləri isə ödənilməyən məzuniyyətə göndərilib. Dünəndən etibarən artıq işçilərə rəsmi şəkildə işdən çıxarıldıqları barədə məlumat verilib.
Qeyd edək ki, bağlanan mağazalar "Baku Electronics"in Mərdəkan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən satış mərkəzləridir. Onların bağlanma səbəbi "Baku Electronics"in ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirilir. Məsələn, böhrandan öncə 1 gündə 10 min manat həcmində satış həyata keçirilirdisə, hazırda bu rəqəm təqribən 3-4 min manata düşüb (dollar ekvivalentində isə azalma 6 dəfədən çox olub).
Hər iki mağazada ümumilikdə 15 işçi olub. İşsiz qalanların sözlərinə görə, işçilərin daha 30%-nin ixtisar ediləcəyi nəzərdə tutulub.
Manatın ikinci devalvasiyasından məişət texnikasını yeni qiymətlərlə satmalı olan şəbəkə, artıq hər hansı endirim kampaniyası keçirməyi nəzərdə tutmur. Bundan əlavə, işçilərə ödənilən mükafat və bonuslar ləğv edilib.
Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Bakıda bir mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3190 Tarix: 08 yanvar 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 143 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
15:03 210 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 122 Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 402 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 166 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 305 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
15:19 148 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 158 Ölkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
10:35 208