Bu saç düzümləri insanı valeh edir - FOTOLAR

Bu saç düzümləri insanı valeh edir - FOTOLARUlduzların stili daim diqqət mərkəzində olur. Ancaq şıq və cazibədar görünmək üçün geyinib-kecinmək kifayət etmir. Gərək təpədən-dırnağa qüsursuz olasan. Bunun sirri isə doğru saç düzümünü tapmaqdır. Hamını özünüzə heyran qoymaq istəyirsinizsə, geyim və makiyajınız qədər, saçlarınızın da möhtəşəm görünməsinə fikir verin.

BiG.AZ Publika.az-a istinadən dünyanın ən cazibədar ulduzlarının saç stilini araşdırmışıq. Onlardan ilham almaq öz əlinizdədir. Sadəcə üz cizgiləri və saç rəngi sizə yaxın olan ulduzu seçin və onun stilindən yararlanın. Təbii ki, kiçik aksessuarlarla öz fərqinizi hiss etdirməkdən də çəkinməməlisiniz.

Bleyk Layvli ‐ 70-ci illərin təsirində

Bu il 70-ci illərin stilini əks etdirən saçlar dəbdədir. Saçlara iri dalğalarla həcm verdikdən sonra, öndəki saç tellərini darayıb arxaya toplamaq çox asandır. Həm də belə saç düzümü qadını çox füsunkar göstərir. Bu saç düzümündən istifadə edən ulduzlardan biri cazibədar aktrisa Bleyk Layvlidir. O, təbii gözəlliyini vurğulayan saçları ilə getdiyi hər yerdə baxışları öz üzərində cəmləyir. Eyni effekti siz də əldə edə bilərsiniz. Dəb mütəxəssisləri bu cür saç stilinə üstünlük verdikdə çiyni açıq libas geyinməyi və təbii çalarlarla makiyaj etməyi məsləhət görürlər.

Kendal Cenner – təbii toppuz

Təbii toppuz məşhur model Kendal Cennerin ən sevdiyi saç modellərindən biridir. Çox asan yığılan həmin saç düzümünü hər cür geyimlə uyğunlaşdırmaq mümkündür.

Dəb mütəxəssisləri təbii toppuz modelini həm sarışınlara, həm də əsmərlərə yaraşdırırlar.

Cenna Duan Teytum – at quyruğu

Asan hazırlanan, sadə və şıq saç modellərindən biri də atquyruğudur. Ancaq atquyruğunu ilin trendinə uyğun olaraq aşağıda - boyun kökündə yığmaq lazımdır.

İddialı libaslar geyindikdə yaradılan obrazın balanslaşdırılması üçün bu cür sadə saç düzümlərinə üstünlük vermək məsləhətdir. Həmin saç düzümünü seçən xanımlar makiyaja xüsusi diqqət etməlidirlər. Layner və iddialı çalarlarda dodaq boyası daha şıq görünməyinizi təmin edəcək.

Kiara Ferrani – yarım toppuz

İlin ən populyar saç modeli sözsüz ki, yarım toppuzlar olacaq. Bu saç düzümü həm dəbdəbəli ziyafət gecələri, həm də gündəlik həyat üçün uyğundur.

Moda bloqqeri Kiara Ferrani xüsusilə, moda həftələrinə gedərkən bu saç modelinə üstünlük verir. Sienna Miller, Cennifer Lopez, Eşli Olsen və Keyt Mara kimi ulduzları da bu saç düzümündə qırmızı xalıda görmək mümkündür. Yarım toppuzu əldə etmək üçün saçların yarısını açıq saxlamaq, təpədə isə dağınıq toppuz yığmaq lazımdır.

Nataşa Poli – iri buruqlar

Həm zərif, həm də seksual göstərən saç düzümü əldə etmək istəyirsinizsə, məşhur model Nataşa Polinin saçlarından ilham almalısınız. Yana ayrılmış saçlarda yaradılan iri buruqlar ən sadə geyimi belə dəbdəbəli göstərə bilər. Meqan Foks, Amanda Seyfrid, Kara Delevin və Cessika Alba kimi ulduzlar qırmızı xalı gecələrində bu saç düzümü ilə görünürlər. Həmin modeli seçməli olsanız, mütləq sadə makiyaja üstünlük verin.

Cici Hadid – islanmış düz saçlar

Bu saç düzümünü əldə etmək digərlərinə nisbətən daha çətindir. Çünki saçı islaq göstərən gel və ya spreylərdən istifadə etmək lazım gəlir. Həmin məhsulların keyfiyyətinə fikir vermək önəmlidir. Üstəlik, həddindən az və ya çox istifadə etmək şıqlığınıza kölgə sala bilər.

Təbiiliyi vurğulayan bu cür saç düzümü iddialı libaslarla əla görünür.

Rouzi Hantinqton Uaytli – qısa saçlar

Saçlarınız qısadırsa, populyar model Rouzi Hantinqtondan ilham ala bilərsiniz. Onun dağınıq dalğalarla əldə etdiyi saç modeli hər cür geyimlə uyğunlaşır. Bu saç düzümünə üstünlük verənlər makiyajda torpaq çalarlarını seçməlidirlər.

Bu saç düzümləri insanı valeh edir - FOTOLARBu saç düzümləri insanı valeh edir - FOTOLARBu saç düzümləri insanı valeh edir - FOTOLARBu saç düzümləri insanı valeh edir - FOTOLARBu saç düzümləri insanı valeh edir - FOTOLARBu saç düzümləri insanı valeh edir - FOTOLARBu saç düzümləri insanı valeh edir - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 15463   Tarix: 05 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

TOP MP3