"Apteçkası" olmayan sürücüləri cərimə gözləyir - Açıqlama

"Apteçkası" olmayan sürücüləri cərimə gözləyir - AçıqlamaSon günlər mediada və sosial şəbəkələrdə avtomobillərdə dərman qutularının olmamasına görə xüsusi reyd keçiriləcəyi və "apteçka"sı olmayanların kütləvi şəkildə cəzalandırılacağı barədə məlumatlar yayılıb. Hətta tələb olunan dərman vasitələrinin də siyahısı yayımlanıb.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, son günlər mediada yayılan məlumatlar süni formada yaradılan ajiotajdır: "Dərman qutusu, qəza dayanma nişanı və yanğın söndürən balonun avtomobildə olması mütləqdir. Bunların olmaması nəqliyyat vasitəsinin istismarının qadağan olunmasına səbəb olan çatışmazlıqlardır. Bu vasitələr sürücünün özünə lazımdır. Qeyd olunan ləvazimatlar da nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi zamanı yoxlanılır.

Son bir neçə gündə bu məsələnin gündəmə gətirilməsi, yol polisi tərəfindən xüsusi reyd keçirilməsi barədə yayılan məlumatlar isə anlaşılmazdır. Yol polisi bununla bağlı heç bir xüsusi reyd keçirməyəcək. Saxlanılan sürücü dərman qutusunun olmadığına görə cərimə oluna bilər. Amma bu qanun 1998-ci ildən qəbul olunub və bu il də qanuna uyğun olaraq icra ediləcək. Ötən il necə idisə, bu il də elə olacaq. Heç bir yenilik yoxdur. Bu ajiotajın məqsədli şəkildə kimlər tərəfindən yaradılması məlum deyil".

"Digesta" hüquq firmasının direktoru Ərşad Hüseynov "Qafqazinfo"ya açıqlamasında bu məsələnin dərman qutularının satışı ilə məşğul olan işbazlar tərəfindən süni şəkildə gündəmə gətirildiyini deyib: "Bu məsələdə mediadan çox məharətlə istifadə etdilər. Əslində dərman qutusunun avtomobillərdə olması qaydaları ilə bağlı, cərimə məsələsində heç bir yenilik yoxdur. İşbazlar media vasitəsilə ajiotaj yaradıb külli miqdarda satış etdilər. Məndə olan məlumata görə, 20 gün öncə 5 manata olan və heç kimin almadığı dərman qutusu bu gün 40 manata satılıb. Bu sadəcə çox yaxşı hazırlanmış piar kampaniyası idi və mediadan da necə oldusa, məharətlə istifadə etdilər. İlk məlumatın hardan çıxdığı da bəllidir. Məqsədli şəkildə də sosial şəbəkəyə atıb orada yaydılar".

Ekspert yayılan dərmanların siyahısının da mötəbər olmadığını bildirdi: "Siyahıya da şübhəm var. Çünki o siyahı Səhiyyə Nazirliyinə aid rəsmi mənbəyə istinadən yayımlanmayıb".

Ərşad Hüseynov qeyd edib ki, 2016-cı il başlayandan sonra yol polisi tərəfindən heç bir xüsusi reyd keçirilməyib: "Tam məsuliyyətlə deyirəm ki, heç bir reyd keçirilməyib. Xüsusi reyddən söhbət gedə bilməz. Dərman qutusunun avtomobildə olmamasına görə 3 manatdan 5 manatadək cərimə nəzərdə tutulur. "Apteçka"da nəzərdə tutulan dərmanlardan biri də olmasa, yenə də cərimə düşür. Təklif olunub ki, bu cərimə 10 manat olsun. O da əgər qəbul olunarsa, may ayının 1-dən qüvvəyə minəcək. Hələ bu təklif qəbul edilməyib".

Ə.Hüseynov deyib ki, yanğın əleyhinə olan balonlara görə cərimə olunması da süni ajiotajın nəticəsi idi: "Çünki qanunvercilikdə bununla bağlı boşluq var. Yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yoxlamaq və cərimə yazmaq Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinə aiddir. Dövlət yol polisinin bununla bağlı heç bir səlahiyyəti yoxdur, heç protokol da yaza bilməz. Fövqəladə Hallar Nazirliyinin də postda, yolda avtomobili saxlatdırmaq səlahiyyəti yoxdur. Beləliklə, bu cəriməni sürücüyə tətbiq etmək mümkünsüz olur. Bu da qanundakı problemdən qaynaqlanır".

Ekspert bilidirib ki, qəza dayanma nişanının da avtomobildə olması məcburidir, lakin buna görə də qanunvericilikdə cəza nəzərdə tutulmayıb.

Dövlət Yol Polisi İdarəsindən isə "Qafqazinfo"ya bildirilib ki, yanğın əleyhinə olan balon və qəza dayanma nişanının olub-olmamasına nəqliyyatın texniki vəziyyətinin yoxlanılması zamanı nəzarət edilir. Bu da İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulur. Yanğın balonları və qəza dayanma nişanı həmin maddəsinin 2-ci bəndinin 1-ci hissəsində qeyd olunan "konstruksiyanın digər ünsürləri"nə aiddir.

Qeyd edək ki, həmin maddəyə görə qaydaların pozulması 150 manat cərimə ilə nəticələnir. Yanğın əleyhinə balon və qəza dayanma nişanı olmazsa, sürücü 150 manat cərimələnə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2272   Tarix: 05 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"

16:06 134
.

Vəkil açıqladı: Təhqir və böhtan zamanı hüquqi addımlar

"İnsanlara qarşı təhqir və böhtan hallarını tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri mövcuddur". Bunu -a açıqlamasında vəkil Ruslan Mustafayev bildirib. O qeyd edib ki, bu maddələrə əsasən, təhqir və ya böhtana məruz qalan şəxs xüsusi ittiham qaydasınd

12:58 154
.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 351
.

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d

12:49 388
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 306
.

Yaşar Nurinin xanımı qızının vəfatından danışdı

Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb. Axşam.az xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:. "Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır

10:42 538
.

Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"

Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas

16:37 129
.

Mərakeşin Safi əyalətində baş verən daşqınlar nəticəsində 40 nəfər ölüb

Mərakeş hakimiyyəti bildirib ki, Mərakeşin Atlantik sahilindəki Safi əyalətində leysan yağışlarının yaratdığı daşqınlarda 40 nəfər ölüb. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökümət rəsmilərinin bildirdiyinə görə, reanimasiyada olan iki nəfər də daxil olmaqla, on dörd nəfər hələ də tibbi yardı

15:48 114
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 517
.

TOP MP3