Leyla Əliyevadan atasına təbrik: "Əziz Ata! Öz adımdan demək istəyirəm" - FOTO

Leyla Əliyevadan atasına təbrik: "Əziz Ata! Öz adımdan demək istəyirəm" - FOTOHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva doğum günü münasibəti ilə atası, prezident İlham Əliyevi təbrik edib.

BiG.AZ bildirir ki, Leyla Əliyeva şəxsi "İnstagram" səhifəsində prezident İlham Əliyevə olan ürək sözlərini yazıb:

"Əziz Ata! Öz adımdan demək istəyirəm: çox xoşbəxtəm ki, mənim belə Atam var. Yəqin, hər bir insan özünə görə yaxşıdır, hər kəsin yaxşı keyfiyyətləri, nailiyyətləri, xidmətləri var. Lakin ən layiqli, yaxşı və alicənab keyfiyyətlər səndə toplanıb. Sənin ailənə qarşı sonsuz sevgin və qayğın bizə özümüzü daim daş divar arxasında, daim müdafiə olunmuş, sabahkı günə əminlik hissi ilə baxmağa imkan verir.

Sənin gördüyün işlər sayəsində gündən-günə çiçəklənən Azərbaycana hədsiz sadiqliyin çoxlarını heyran qoyur. Və bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan insanlar Bakının dünyada ən gözəl şəhər olduğunu etiraf edirlər. Sənin ədalətini həm yaxınların, həm də kənar insanlar öz üzərində hiss edir. Heç zaman yanlış hərəkət etməyə imkan verməyəcək alicənablığın hər kəsi heyran qoyur. Və əlbəttə, sənin ölkəni irəli apardığın cəsarət, qorxmazlıq, qətiyyət və gücünə dünyanın istənilən siyasətçisi həsəd apara bilərdi!

Mən səni çox-çox sevirəm!
Ad günün mübarək!".

Leyla Əliyevadan atasına təbrik: "Əziz Ata! Öz adımdan demək istəyirəm" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5943   Tarix: 24 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranda iki nəfər edam olunub

İran hakimiyyəti terrorizmdə günahkar bilinən "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") qruplaşmasının iki üzvünün ölüm hökmünü icra edib. -ın xəbərinə görə, bu barədə İranın "Tasnim" agentliyi məlumat verib. Bildirilir ki, İran Ali Məhkəməsi ölüm hökmünü təsdiqlədikdə

04.04.2026 146
.

​Bu ayda iş vaxtı norması AZALACAQ

Azərbaycanda 2026-cı ildə may ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq. xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir. Qeyd edək ki, may ayında qeyri-i

00:11 111
.

Bursa Bələdiyyə sədri HƏBS EDİLDİ - Ailə üzvləri də saxlanılıb

Korrupsiya və rüşvət iddiaları əsasında həyata keçirilən istintaq tədbirləri çərçivəsində nəzarətə götürülən Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey barəsində çıxarıldığı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. xəbər verir ki, bu barədə saytı məlumat yayıb. Qeyd olunub ki, Bursa şəhərind

04.04.2026 193
.

Azərbaycan Belarusdan ketçup idxalını 18 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 312,2 min ABŞ dolları dəyərində 206 ton ketçup idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq - 10 % azdır. Hesaba

04.04.2026 149
.

Yaxın Şərqdəki gərginliyin Avropaya təsiri böyüyür

Avstriya, Almaniya, İtaliya, İspaniya və Portuqaliyanın maliyyə nazirləri ABŞ-nin İrandakı əməliyyatları nəticəsində yanacağın bahalaşmasından əldə edilən gəlirlərlə əlaqədar enerji şirkətlərinin əlavə mənfəətinə vergi tətbiq olunmasına çağırıblar. xəbər verir ki, bu barədə "Reuters" agentliy

04.04.2026 153
.

Azərbaycanda əmlak sığortası bazarı 19 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 47,878 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği is

04.04.2026 183
.

Ötən gün respublika ərazisində qanunsuz saxlanılan 11 tüfəng aşkarlanıb

Ötən gün respublika ərazisində qanunsuz saxlanılan 11 tüfəng aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 11 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər

04.04.2026 141
.

Azərbaycanda bank depozitləri il ərzində 2 %-dən çox artıb

Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 345,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 % çox, ilin əvvəli ilə müqayisədə 0,9 % az, ötən il martın 1-nə nisbətən isə 2,3 % çoxdur. Depozi

04.04.2026 177
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə BİG.AZ-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamand

04.04.2026 193
.

TOP MP3