Qadınlar belə kişi axtarır

Qadınlar belə kişi axtarırBəzən nə xasiyyət, nə də xarici görünüş baxımından bəyənmədiyimiz kişilərin əslində qadınların sevimlisi olduğunu öyrənirik. Əgər siz hələ də qadınların hansı kişiləri sevdiyini müəyyənləşdirə bilməmisinizsə, məqaləmizi diqqətlə oxuyun.
Bu məqalədə sizə qadınların bəyəndiyi, bütün ömürlərini birlikdə keçirmək istədikləri kişilər haqqında məlumat verəcəyik.

Romantik sevgili
Bu kişilər klassik sevgiyə inanır. Davamlı olaraq sevgilisinə çiçəklər, şokoladlar alır və onun üçün romantik axşam yeməyi hazırlayır. Sevgilisinə tez-tez zəng edərək onu çox düşündüyünü söyləyir, gözlərinə baxaraq nə hiss etdiyini izah edir. Unutmayın ki, hər bir qadın təqdir edilmək üçün sevir, romantik sevgili isə daim qadınını təqdir edir. Eyni zamanda unutmayın ki, əgər sizin sevdiyiniz insan romantik sevgili arzulayırsa, özü də bunun qarşılığında eyni cür davranıb, sizi eyni qədər əzizləyəcək. Yəni, göstərdiyiniz heç bir münasibət qarşılıqsız qalmayacaq.

Özünəgüvənən kişi
Bu cür kişilər qarşı tərəf üzərində əsil nəzarətedici qüvvəyə malikdir. Qadınların özgüvəni olan kişiləri sevməsinin əsas səbəblərindən biri də onların heç bir halda digər kişiləri qısqanmaması, özlərini onlarla müqayisə etməmələridir. Çünki bu kişilərin özlərinə olan inamı bu xasiyyətlərinin inkişafına mane olur.
Özlərinə güvənən kişilər heç bir zaman hansısa bir hərəkəti edərkən qarşı tərəfdən təsdiq gözləmirlər və ən təəccüblüsü budur ki, onların bu hərəkəti sevgililərinin xoşuna gəlir.

Yaradıcı sevgili
Yaradıcı insanlar həyatın hər anını dəyərləndirərək yaşayır. Qarşı cinsin diqqətini cəlb etmək üçün yaradıcılıqlarından müxtəlif yöndə istifadə edirlər. Ona həsr olunan şeir, şəkil, musiqi parçası qadınların özlərini daha xüsusi hiss etməsinə səbəb olur. Sözsüz ki, bütün qadınlar özlərini əsil şahzadə kimi hiss edəcəkləri kişinin yanında olmağı seçirlər.

Dünyagörmüş sevgili
Qadınlar sözün hər iki mənasında yanlarında dünyagörmüş kişi görmək istəyir. Sizin səfər etdiyiniz ölkələrdə qarşılaşdığınız maraqlı məqamlar, oxuğunuz kitablardan gətirdiyiniz sitatlar qadınları sizə daha da yaxınlaşdıracaq, amma nə bu kitablar, nə də xarici ölkə haqqındakı məlumatlar hamının bildikləri olmamalıdır. Bununla siz ancaq qarşı tərəfdə təkrarçı, digərlərindən heç nə ilə fərqlənməyi bacarmayan kişi təəsüratı yarada bilərsiniz.

Ağıllı – zarafatcıl sevgili
İntellektual, eyni zamanda məzəli söhbət qızları cəlb etmək üçün ideal vasitədir. Qadınlar üçün belə kişilərlə münasibət qurmaq olduqca maraqlıdır. Ən əsası ona görə ki, onunla söhbətdən sıxılmaq mümkün deyil. Zaman irəlilədikcə saçlarınız tökülə, dəriniz qırışa bilər, əgər siz xanımınızın bəyəndiyi o incə yumor hissi ilə seçilən kişisinizsə, onun gözündən düşməyiniz mümkün deyil.

Düşüncəli, incə sevgili
Hər nə qədər qadınların sərt kişiləri sevdiyi düşünülsə də, bu heç də bütün xanımlara aid deyi. Doğrudur, xanımlar sizdən rəfiqələri qədər həssas, diqqətcil olmağınızı gözləmirlər, amma eyni zamanda heç vaxt oxşamağınızı istəmədikləri qonşuları Tofiq kişi kimi kobud davranmağınızı da arzulamırlar. Sadəcə onun yanında olmağınızı istədiyi çətin zamanlarda sevgilinizə dəstək olmağınız, onda güvənəcəyi insan təəsüratı yaratmağınız kifayətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3253   Tarix: 20 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1122
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 989
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 848
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 558
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 913
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 568
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 664
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 868
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 460