Yoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idi

Sumqayıt Appelasiya Məhkəməsi Mehdiabadda qayınanasını öldürüb, evi yandıran Samux sakini Səbubi Babayevə qarşı cəzanı yüngüləşdirib.

BiG.AZ azxeber-ə istinadən bildirirki, Bu haqda azxeber-ə keçmiş həyat yoldaşı tərəfindən anası qətlə yetirilən Aysel Rəsulova məlumat verib.

Onun dediyinə görə. Sumqayıt Apellasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədriylə keçən iclasda məhkum Səbuhi Babayevin cəzası 18 il 6 aydan 13 il aya 6 endirilib və onun həbsxanda olmalı olduğu 2 il 6 ayı ləğv edilib: "Sumqayıtda baş tutan bu məhkəmə məni şoka saldı. Hakim Vidadi Cəfərov məhkumun cəzasını 6 il azaltdı. O prosesdə göstərilən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) bəndi 120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə ilə əvəzləndi. Hakimin bu qərarı hər kəsi şoka saldı, hətta prokuror belə qərardan təəcübləndi. Çünki anamın cansız bədənində əks olanan xəsarətlər də fotolara birgə işdə var idi. Hətta ekspert tərəfindən də qeyd olunub ki, cinayətkarin bədənində xəsarət yox idi yani ki bu qarşılıglı dava olmayıb. Cinayətkar özü hakimin sualına cavab verərək bildirdi ki, anam ona hücum etməyib və əlində heç nə olmayıb. Hakim isə düşündü ki, anam sadəcə öldürüb, ona zülm verməyib. Sizcə bıçaq vurub öldürməklə insanı yandırmaq eyni şeydir? Mənim anama işkəncə verilib, sonra da meyidi yandırılıb. Hətta onu məsciddə yuyanda, dərisi soyulurdu"

Zərərçəkən Aysel Sultanova hakimdən şikayət edəcəyini də bildirib: "Mən hakimə deyəndə ki, siz ədalətsiz qərar vermisiz. Mənə cavabı belə oldu: "Sən bir keçmiş həyat yoldaşının sifətinə bax, gör o nə günə qalıb?" Sizcə bu ədalətli yanaşmadı? O adam mənim həyatımı məhv etdi, anamı əlimdən aldı. İndi də hakim deyir ki, ona yazığım gəlsin. Mən 2 ildir ki, hər gün ölüb-dirilirəm. İnanıram ki, Ali Məhkəmə ədalətli qərar verəcək və cinayətkar layiq olduğu cəzasını çəkəcək. Özü də bu adam daha öncə də məhkumluq həyatı yaşayıb, hakim nəyə görə onu bağışlayır, cəzasını yüngülləşdirir?".

Aysel anası haqda da danışıb: Anam 25 il idi ki, bağçada müəllimə işləyirdi. 50 illik yubileyində iş yoldaşları onu sürpriz hazırlamışdılar. Anamı hər kəs çox istəyirdi. Hətta baş daşını da iş yoldaşları qoydurdu. Mənə anamsız yaşamaq çox çətindir, kaş ki, həmin gün mən ölərdim, anam yox. Onu da deyim ki, anam qətlə yetirilən gün oruc idi. Allah cinayətkarın bəlasını versin.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samux rayon sakini Səbuhi Babayevin (1988-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirləndirilib.ö

Ötən il iyulun 26-da, saat 11 radələrində Səbuhi Babayev Abşeron rayonu, Mehdiabad qəsəbəsində salınmış yeni məhəllədə yerləşən, qayınanası Məlahət Rəsulovaya məxsus fərdi yaşayış evində sonuncu ilə arasında baş vermiş mübahisə zamanı onu evin yataq otağında olan kamoda 3 dəfə vurub sifət və boğaz nahiyələrinə xəsarətlər yetirib, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisənin səhərisi günü Səbuhi Babayev Abşeron RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məlahət Rəsulovanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

Aparılmış istintaqla müəyyən edilib ki, Səbuhi Babayev Samux rayonunda pasport qeydiyyatında olsa da təxminən 2 il yarımdır ki, iki ay əvvəl rəsmi nikaha daxil olduğu Aysel Rəsulova ilə birlikdə qayınanası Məlahətə məxsus evdə yaşayıb. 2014-cü il iyunun 1-də qız toyu olsa da, oğlan toyunu avqustun əvvəllərinə planlaşdırıblar. Oğlan toyunun təşkil edilməsinə etiraz etdiyindən onun qayınanası ilə münasibətləri pisləşməyə başlayıb. İyulun 26-da səhər arvadını "İçərişəhər" metrosunun yaxınlığında mühasib işlədiyi şirkətə aparandan sonra yaranmış anlaşılmazlıqları aydınlaşdırmaq məqsədilə yenidən evə qayıdıb və Məlahətlə mübahisə etməyə başlayıb.

Həmin vaxt toy Gəncə şəhərində olacağı təqdirdə özünə qəsd edəcəyini və evi yandıracağını deyən Rəsulovanın saçlarından və paltarından tutaraq onun boğaz nahiyəsini yataq otağında olan kamodun tininə vurub. Bunu eyni üsulla üç dəfə təkrar edib, üçüncü dəfə əlini Məlahətin saçından və paltarından buraxmayaraq onun boğaz nahiyəsini var qüvvəsilə kamodun küncünə vuraraq sıxıb.Bundan sonra sonuncu çarpayıya yıxılıb və hərəkətsiz vəziyyətdə qalıb.

Səbuhi Babayev cinayətin izlərini itirmək məqsədilə zirzəmidən 2 litr həcmli plastik qabda gətirdiyi neft məhsulunu otağa tökərək alışqanla yandırıb və şübhələri özündən yayındırmaq məqsədilə sonuncunun istifadəsində olan mobil telefondan arvadı Aysel Rəsulovanın telefonuna qayınanasının adından "qonşuyla dalaşdıq, polisə zəng vuracam" məzmunlu sms göndərib. Evi yandırdıqdan sonra "Nəriman Nərimanov" metrostansiyasının yanında Aysel Rəsulova ilə görüşüb, sonuncunun anasının onun mobil telefonuna mesaj göndərməsi səbəbindən narahat olması ilə bağlı evə getməsini müxtəlif bəhanələr gətirərək ləngidib.

Məlum olub ki, Səbuhi Babayev Məlahət Rəsulovaya məxsus evi içərisindəki əşyalarla birlikdə yandıraraq 16 832 manat dəyərində olan əmlakını qəsdən məhv edib.

Məhkəmə prosesində Səbuhi Babayev ittiham üzrə özünü qismən təqsirli hesab etməklə əməlindən peşman olduğunu bildirib.

Zərərçəkən Aysel Rəsulova anasının evdə öldüyünü artıq polis şöbəsində olarkən bildiyini göstərib. Ona məlum olub ki, anası əri Səbuhi tərəfindən qəsdən öldürülüb və sonra etdiyi cinayəti gizlətmək məqsədilə evi yandırıb. Zərərçəkən bildirib ki, Səbuhinin Məlahət Rəsulova ilə aralarında mübahisələri ev üstündə olub, belə ki, Babayev evi onun adına rəsmiləşdirməyi tələb edib, anası isə evi öz oğluna verəcəyini deyib.

Məhkəmədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, yəni Məlahət Rəsulovanı yaşadıqları evdə pilləkənə itələməsi, sonra boğaz nahiyəsinə əli ilə zərbə endirərək öldürməsi, öldürdükdən sonra qayınanasının mobil telefonundan heç kimə sms göndərməməsi barədə göstərdikləri bir daha yoxlanılıb və toplanmış şahid ifadələri və digər materiallarla tam təkzib olunub.

Məhkəmənin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ancaq Apellasiya Məhkəməsi bu cəzanı 6 ilə qədər yüngülləşdirib. Son qərarı isə Ali Məhkəmə verəcək.

Yoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idiYoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idiYoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idiYoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idiYoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idiYoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3094   Tarix: 17 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3