Azərbaycandakı məscidlərdə kameralar quraşdırılacaq
"Bəzi rayonlarda məscidlərin axundları minbəri radikal qruplara verib"
"Azərbaycandakı məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək". BiG.AZ Lent.az- istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib: "Bu halların baş verdiyi məscidlərin siyahısı bizdə var. Kim olur olsun, lap 50 nəfər onlar, bir nəfər sizsizinizsə, minbəri və mikrofonu heç kimə verməyin. Məscid müqəddəs yerdir. Məscidin minbərini heç kimə, o cümlədən də radikal qruplara vermək olmaz. Əgər radikal qruplar sənin əlindən minbəri alırsa, deməli sənin orada qalmağa mənəvi haqqın yoxdur".
Komitə sədri qeyd edib ki, bu cür hallar baş verən zaman mütləq hüquq-mühafizə orqanlarına xəbər verilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 574 Tarix: 03 dekabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir
İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl
11:49 173 Panama sahillərində zəlzələ baş verib
Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı
16:01 174 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 212 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 172 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 177 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 245 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 65 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 207 Ölkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
10:35 217