Qışın vazkeçilməz trendləri - FOTOLAR
Xəzlər heç zaman dəbdən düşmür, 2015-ci il də istisna olmadı.
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, xəz papaqlar bu il də dəbin zirvəsindədir. Amma hər mövsümün öz aktual trendləri var, onlar ölməz klassikanı yeni formada nümayiş etdirməyə imkan verir.
Xəz istehsalçıları, əsasən, tülkü, dələ, vaşaq və şinşilla kimi heyvanların tükündən istifadə edirlər. Bu cür xəzlər dizaynerlərə daha zərif silueti almağa imkan verir.
Xəzlər bu mövsüm bir çox moda evlərini, xüsusən də, fransız kuturyeləri cəlb edib. Bir çoxları üçün rus milli geyimləri də orijinal ideyaların ilham mənbəyi olub. Məsələ bundadır ki, rus mili geyimlərində xəzdən geniş istifadə olunur. Belə fasonlardan qorxmaq lazım deyil. Bu möhtəşəm material xanımı çox incə və şux göstərir.
Klassik xəz papaqlar əvvəlki aktuallığını qoruyub saxlayıb. Dəbin təsiri ilə illər ərzində bir çox kişi geyimi qadın qarderobuna daxil olub. Məsələn, norka papaqlar kişilərə xas baş geyimi olsa da, dizaynerlər qadınlar üçün sanballı modellər təklif edir. Havadan asılı olaraq, papaqların "qulaqlıqlarını" aşağı buraxa və ya yuxarı hissədə bağlaya bilərsiniz. İstənilən halda qeyri-adi papaqlar qış obrazını zənginləşdirəcək.
Xəz papaqlar özünə qarşı çox tələbkardır. Belə ki, onu nə ilə gəldi birləşdirmək olmaz. Məsələn, kəşmir, dəri kimi materiallardan tikilmiş palto və gödəkcələrlə xəz papaqlar xüsusi ahəng yaradır. Lakin xəz papaqları heç bir halda kürklə birləşdirmək olmaz. Bir obrazda iki növ xəzi qarışdırmaq müasir dəbdə bir növ zövqsüzlük əlaməti sayılır. Həcmli yumşaq papaqları əsasən uzun palto ilə birləşdirmək təklif olunur. Dizaynerlərin fikrincə, bu, ən yaxşı variantdır. Bu cür palto ilə beret üslubunda tikilmiş xəz papaqlar da qəşəng görünür.
Bu mövsüm xəz papaqların rənginə xüsusi diqqət yetirilib. Belə ki, dəbdəbəli və yumşaq xəzlər təbii rəng qamması ilə yanaşı, həm də rəngarəngliyi ilə seçilir. Rəngli və ekstravaqant geyinməyi sevən gənclər mağazalarda xəzlərin qırmızı və sarı variantlarına rast gələ bilər.
Həm şərf, həm də papaq funksiyasını yerinə yetirən xəzlər isə ötən əsr madamlarının baş örtüklərini xatırladır. Dizaynerlər retro və orijinal qadın baş örtüyünü inkişaf etdirərək podiumlara kapor modelini yenidən qaytarıb.
Bu mövsüm süni xəzlərdən hazırlanmış papaqlar da dəbdən yan keçməyib. Süni xəz bu mövsüm müstəqil tendensiya kimi öz qanunlarını diktə edir. İlk növbədə, onları bir çox dekorlar bəzəyir. Dizaynerlər təsirli görünməsi üçün onları hippi üslubunda təqdim edir. Bu element payız-qış obrazının ən parlaq ştrixi olacaq.















BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6811 Tarix: 01 dekabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kirayə ev tapmaq üçün ən etibarlı üsullar
Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir
12.12.2025 248 Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla
12.12.2025 357 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
13.12.2025 677 Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar
Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli
08.12.2025 400 Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10
09.12.2025 611 Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir
Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir
14.12.2025 454 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
16.12.2025 275 Şirəsini sıçratmadan narı dənələməyin asan yolu - Qaşıqla 1 dəqiqəyə
Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğundan, bir çox insan bu meyvədən uzaq durur. Lakin sadə bir fənd sayəsində narı təmizləmək cəmi bir dəqiqə çəkir və ətraf tamamilə təmiz qalır. -ın xarici mediaya istinadla xəbərinə görə, bunun üçün yalnız iti bıçaq və adi metal qaşıq kifayətdir
07.12.2025 569 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
09.12.2025 324