Sərxoş olub qardaşını güllələdi - HÖKM oxundu

Sərxoş olub qardaşını güllələdi - HÖKM oxunduBakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmran Sultanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihaçısı təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakimlər kollegiyasının hökmünə görə, İmran Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İmran Sultanov ifadəsində fəhlə işlədiyini, bundan qabaq da məhbusluq həyatı yaşadığını deyib: "Əsgərlikdə olanda həbs edilmişəm. Oradan gələndən sonra fəhləliklə məşğul olmuşam. Atam və anamla Maştağa qəsəbəsi yaxınlığında Ləhic bağlarında yaşayırdıq. Qardaşım da evli olduğundan bizdən bir qədər aralıda yaşayırdı. Hadisə olan günü qardaşımla ikimiz oturub spirtli içki qəbul elədik. Mübahisəmiz düşdü. Birimizin sözü o birimizin boğazından keçmədi. Mənə vurdu. İçkili olduğumdan özümdə deyildim. Getdim, tüfəngi götürdüm. İçində iki güllə vardı. Bircə dəfə atəş açdım. Əməlimdən peşmanam. Gərək belə olmazdı. Qardaşım məndən böyükdür, nə desə, qəbul etməli idim".
Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra evdən qaçdığını bildirib: "Atəş açdım, sanki içkinin təsirdən ayıldım. Evdən qaçıb çıxdım. Havamı dəyişdim. Sonra bağa qayıtdım. Sahə müvəkkili zəng elədi. Yerimi dedim. Gəldilər, təslim oldum".

Təqsirləndirilən şəxsdən sonra zərərçəkmiş şəxs kimi tanınan 1977-ci il təvəllüdlü Tərlan Sultanov ifadə verib. O, ifadəsində hadisə günü qardaşı ilə spirtli içki qəbul etdiklərini bildirib: "Bir ədəd 0,750, bir dənə də 0,5 litr araq içdik. Arxasınca 1,5 pivə qəbul elədik. Avaralıqla məşğul olurdu. Hər gün içirdi. Ərkim çatdığını düşündüm. Mən hərdən bir spirtli içki içirəm. İmran hər gün içir. Danladım. Sözümüz boğazdan keçmədi. Bir iki şillə çəkdim ki, ona özünü yığışdırsın. Getdi həyətə, tüfənglə gəldi üstümə. Dedim, bu nədir? Məni vurdu. Yerə yıxıldım. Özü qaçdı. Atam düşdü gördü ki, yerdəyəm. Qayıntama zəng elədilər, apardılar xəstəxanaya. Şükürlər olsun ki, ölmədim. Qardaşımdır, canımdır. İçkili olduğumuzdan oldu hər şey. Əminəm ki, məni öldürmək kimi niyyəti olmayıb. Heç bir şikayətim, tələbim yoxdur. Siz bilən məsləhətdir, balaca qardaşımdır".

Qeyd edək ki, hadisə bu il mayın 25-də Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları adlanan yerdə qeydə alınıb. Əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Sultanov İmran Məmmədəli oğlu öldürmək məqsədi ilə tüfənglə qardaşı Tərlan İmranova atəş açıb. Tərlan Sultanov xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində İmran Sultanov saxlanılıb.
İmran Sultanov Cinayət Məcəlləsinin 29.120.1-ci ( öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 894   Tarix: 01 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474