Növbəti ildə qiymət artımı gözlənilirmi?

Növbəti ildə qiymət artımı gözlənilirmi?Bəzi ekspertlər gələn il ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnozlar verirlər. Qiymət artımının müxtəlif sahələri əhatə edəcəyi deyilir. İddia edilir ki, kommunal xidmətlər və ərzaq məhsullarının qiyməti bahalaşacaq.

BiG.AZ saytı, bildirirki, İqtisadçı Vüqar Bayramov açıqlamasında bildirib ki, bahalaşma manatın məzənnəsindən asılıdır.

Manatın məzənnəsinin dəyişməsi qiymətlərə təsir edəcək.

Ekspert hesab edir ki, 2016-cı ildə ölkədə ciddi bahalaşma gözlənilmir. Onun sözlərinə görə, növbəti il neftin dünya bazarındakı qiymətində artımlar qeydə alınmayacaq. Odur ki, "qara qızıl"ın qiyməti aşağı olduğu müddətdə dünyada istehsal edilən məhsulların da qiyməti aşağı olacaq.

İqdisadçı deyir ki, manatın məzənnəsində dəyişiklik olmayacaqsa o zaman ölkəyə gətirilən məhsulların qiymətində artım gözlənilməyəcək: "Azərbaycan hökuməti 2016-cı ildə 2,3% inflyasiya proqnazlaşdırır. Nəzərə alsaq ki, Beynəlxalq Valyuta Fondu da Azərbaycan üçün oxşar infilyasiya proqnozlaşdırır, ona görə də 2016-cı ildə dünyada heç də yüksək inflyasiya olacağı gözlənilmir. Bu da birbaşa neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi ilə bağlıdır. Bir sözlə, növbəti ildə böyük bahalaşmanın olacağı üçün ciddi zəmin yoxdur. Yalnız manatın məzənnəsinin kəskin dəyişəcəyi halda idxal olunan məhsullarda bahalaşma ola bilər".

V. Bayramov deyir ki, sahibkarlığa müdaxilələrin dayandırılması, qiymətlərin tənzimlənməsi gələn il qiymətlərin bahalaşmasına deyil, əksinə, stabilləşməsinə gətirib çıxaracaq:

"Bu gün sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması həm də onların xərcinin azalmasına şərait yaradır. Belə olan halda sahibkarların təklif etdiyi məhsulların, xidmətlərin də qiymətlərinin ucuzlaşmasına səbəb olur. Neftin qiymətinin aşağı düşəcəyi halda 2016-cı ildə alıcılıq qabiliyyətinin artacağı gözlənilmir. Tələb kəskin artmayacaq. Odur ki, tələb artmadıqca qiymət artımlarına gətirib çıxara bilməz. Manatın məzənnəsində kəskin dəyişiklik olmayacaqsa, manatın dövlət büdcəsində proqnozlaşdırılan məzənnəsini 2016-cı ildə qoruyub-saxlamaq mümkün olacaqsa, gələn il qiymətlərin kəskin dərəcədə bahalaşması deyil, əksinə, ucuzlaşması gözlənilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1135   Tarix: 25 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

21:30 0
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

15:45 104
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 99
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96