Çarəsiz bir ailənin acı fəryadı — REPORTAJ

Çarəsiz bir ailənin acı fəryadı — REPORTAJEv yox, iş yox, pul yox, hər şey yox oğlu yox, ancaq uşaq bol!

Uşaq dünyaya gətirmək asandır, ancaq onu saxlamaq əziyyət və maddiyat tələb edir. Uşaq bezi, yeməyi, paltarı, ümumiyyətlə hər şeyi çox bahadır. Vay o gündən ki, pul-para olmaya. Böyüklərimiz demiş, "uşaqdır, qanmır, qandırmır, ver yeyim, ört yatım deyir". Bunun üçün isə pul lazımdır.

"Pulun yox idi uşaq əkməyəydin"

BiG.AZ xəbər verir ki, Ölkə.Az-ın çəkiliş qrupu aztəminatlı, daha dəqiq desək tam təminatsız ailələrdən birində olub. Həmin ailə ilə bağlı hazırladığımız reportajı sizə təqdim edirik.

"Azerenerji"nin yataqxanasına yola düşürük. Övladlarına görə fəryad edən atanın evindəyik. Məhərrəmov Namiq Nazim oğlu Şəki rayonundandır. Həyat yoldaşının adı Elnarə Məhərrəmovadır. Ailədə 6 nəfərdilər. Uşaqlarının adı Ceyhun, Emil, 1 aylıqları dünən tamam olan əkizlərin adı isə Zəhra və Əsmadır. Ailə kirayədə yaşayır. Ev bir otaqdan ibarətdir. Çarpayı, köhnə televizor və stol. Ailə qonaqları və yuxunu bu otaqda qarşılayırlar.

Ata Məhərrəmov Namiq danışır: "Heç cürə uşaqlarıma baxa bilmirəm. Heç bir yerdə iş yoxdur. Tikintidə fəhlə işləyirdim, o da bağlandı. Qalmışam ortalıqda. Heç yerdə işləmirəm. Sosial yardım almaq istəyirəm, onu da vermirlər. Adıma 70 sot torpaq var. Adımda torpaq olduğu üçün ünvanlı sosial yardım vermirlər. 70 sot torpağı əkib-becərmirəm axı. 70 sot hökumət tərəfindən verilən pay torpaqdır. Bəhanə edirlər ki, torpağın var, deməli sizə yardım düşmür. Şəki Sosial Müdafiə Fondundan bildiriblər ki, sənin evin olmalıdır, evində sayğac olmalıdır. Dedim heç nəyim yoxdur. 4 uşağım var. Dedilər, pulun yox idi, ağlın var idi uşaq əkib-becərməyəydin. Qardaş, indi mənim evim yoxdur, neynəyim? Şəkidə ata yurdum var. O da 1 otaqlı evdir, orada da atam yaşayır".

Uşaqlar bir aylıqdır. Doğulanda ikisi də qüsurlu doğulub. Uşaqların əlləri açılmır və qulaqlarında problem var. Həkim uşaqlar doğulduqdan sonra müayinəyə aparılmasını desə də, imkansızlıqdan apara bilməyiblər. Əkizlər ikisi də qızdır. Ailənin dediyinə görə, bir həftədir dayanmadan ağlayırlar. Pulsuzluqdan nə həkim çağıra bilirlər, nə də həkimə gedə bilirlər.

Hər ay kirəyə 150 manat verməli olan ailə 4 aydır o pulu ödəyə bilmir.

- Nə ilə dolanırsınız? Nə yeyib, nə içirsiniz?

- Bu gün fəhləlik edib 8 manat pul qazanmışam. Arada qonşular da kömək edir. Uşaqlara görə əl tuturlar. Uşaqların yeməyini ala bilmirəm. Uşaq yeməkləri bahadır, uşaq bezini belə ala bilmirəm. Neçə gün uşaq bezi almağa pulum olmadı deyə adi parçadan istifadə etdik. Özümə bir şey istəmirəm, balalarıma yardım etsinlər.

- Şəkidə eviniz olsa yaşayarsınız?

- Yaşayaram. Fərqi yoxdur. Əsas odur dolana bilim, uşaqlarımı saxlayım. Özüm də əməliyyat olunmuş adamam. Daş qaldırmaqdan əməliyyatın yeri açılıb. Özüm 3-cü qrup əliləm, pensiya da vermirlər. Şəkidə Sosial Müdafiə Fonduna getdim, 2 min dollar pul istədilər ki, pensiyaya çıxarsınlar məni.

- Uşaqların doğumu üçün nə qədər pul verdiniz?

- Bakıxanov qəsəbəsindəki xəstaxanada uşaqların doğuşuna 600 manat pul verdim.

- Pulu haradan aldınız?

- Borc almışam, hələ də qaytara bilmirəm.

"Əri döymüş arvadı it də tutdu bir yandan"

Məhərrəmov Namiq danışır: "Bir maşınım var idi. Onu satdım. Pulunu aydan-aya verməli idilər. Maşın da getdi, pulu da. Maşını alan adam pulu vermir. Polisə, prokurorluğa vermişəm. O, bunun üstünə göndərir, bu da onun. Dedilər get məhkəməyə ver, məhkəməyə də getdim, dedilər polisə ver. Ortalıqda qalmışam, hərə birinin üstünə atır. Həyatda bir tək özümə məxsus maşınım olub, onu da mənə atdılar...".

Elnarə Məhərrəmova danışa bilmir. Sonradan deyir, yalnız körpələrim üçün yardım istəyirəm. Uşaqlar həkim nəzarətində olmalıdır. Ancaq imkansızlıqdan apara bilmirik. Evə də həkim çağıra bilmirik. Evə gələn həkimə pul vermək lazımdır. Bir dəfə evə gəlib pul verilməyən həkim ikinci dəfə gəlmir".

Çarpayının üstündə ağlayan uşaqları qardaşları sakitləşdirmək istəyir, ancaq qızlar ağlamağa davam edirlər. Oğlanlar gedib bacılarını öpür, gəlib atalarının ağzına baxırlar.

Söhbətə ailə başçısı qoşulur: "Böyük uşaqlar ikisi də məktəbə gedir. Məktəbə ötən ilki paltarları, çantaları ilə gedirlər. Yaşca böyük uşağın ötən ilki paltarını yaşca kiçiyə geyindirib məktəbə yola salırıq. Prezidentimiz İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya müraciət edirəm. Mənə bir yardım etsinlər. Ailədə 6 nəfərik, işləmirik, evim də yoxdur. Uşaqlarımı saxlamağım üçün yardım etsinlər. Özümə heç nə istəmirəm...".

Evə girəndən çıxana kimi əkizlər ancaq ağladı, sanki ağrıdan, xəstəlikdən yox, valideynlərinin çarəsizliyinə ağlayırdılar.

Qeyd edək ki, bu reportajın hazırlanmasında 33 saylı dairədən namizəd olan D18 Hərəkatının sədri Ruslan İzzətlinin xüsusi rolu olmuşdur. O, seçicilərinə söz vermişdi ki, o, deputat seçilməsə belə 5 il onların yanında olacaq.

Çarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJÇarəsiz bir ailənin acı fəryadı — REPORTAJ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6147   Tarix: 19 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 128
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 562
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

15:45 104
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 345
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 231
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 371