Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTOŞahzadə fotoları öz İnstagram səhifəsində yerləşdirib.

Hacıqabulun Qarasu kəndinə ova gəlmiş Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Məhəmməd bin Rəşid Qadir və 15-ə yaxın əshabəsi bir neçə gün öncə vətənlərinə geri dönüb.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, köçəri bəzgək quşlarının miqrasiyası başlandığı üçün yaxın günlərdə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun və onun varisi Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun yenidən Hacıqabula ov əyləncəsinə gələcəkləri gözlənilir.

Dubaya geri dönən Məhəmməd bin Rəşid Qadir öz İnstagram səhifəsində onu yola salan yerli çobanlarının uşaqlarının şəkillərini də yerləşdirib.

Qeyd edək ki, zəngin ərəblər şahin quşlarının təlimi üçün çox bəyəndikləri bu yerlərdə uzun müddətə məskunlaşmaq niyyətindədir. Bu məqsədlə kəndin axırında bir neçə ay əvvəl iki ev də alıblar. Bu evlərdə elə o vaxtdan da şeyxin yaxınları və xidmətçiləri yaşayır.

Qarasu sakinlərinin bir çoxu ərəb zənginlərinə günəmuzd çalışır. Ərəblərin avtomobillərinə, ov quşlarına və çadırlarına xidmət, ərzaq təchizatı, yemək hazırlamaq, paltarları təmizləmək və s. bu kimi məişət problemləri yerli sakinlər tərəfindən həll edilir.

Qeyd edək ki, yerli təbiətə valeh olmuş Dubay şeyxi və oğlanları bu yerlərə ildə bir neçə dəfə səfər edirlər. Ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır.

Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının ortalarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışırlar. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır və zəngin ərəblər bundan xüsusi zövq alırlar.

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTODubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTODubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6060   Tarix: 14 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 248
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12.12.2025 357
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 677
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 400
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 611
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

16.12.2025 275
.

Şirəsini sıçratmadan narı dənələməyin asan yolu - Qaşıqla 1 dəqiqəyə

Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğundan, bir çox insan bu meyvədən uzaq durur. Lakin sadə bir fənd sayəsində narı təmizləmək cəmi bir dəqiqə çəkir və ətraf tamamilə təmiz qalır. -ın xarici mediaya istinadla xəbərinə görə, bunun üçün yalnız iti bıçaq və adi metal qaşıq kifayətdir

07.12.2025 569
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.12.2025 324
.

TOP MP3