Sallanmış yanaqlar üçün təbii botoks üsulları

Sallanmış yanaqlar üçün təbii botoks üsullarıİnsan yaşlandıqca, illər öz təsirini dəridə göstərməyə başlayır: yanaqlar sallanır, dəridə qırışlar əmələ gəlir və s. İmkanı olan qadınlar bu problemi plastik əməliyyat vasitəsi ilə həll edirlər. Bəs yanaqların sallanmasının qarşısını təbii üsulla almaq mümkündürmü? Bəli, sallanmanın qarşısını almaq da, sallanmanı minimuma endirmək də mümkündür.

Bunun üçün ipuclarını təqdim edirik:

20 yaş qadın ömrünün ən gözəl illəridir. Bu yaş dövründə dəri ilə bağlı çox az problem olduğu üçün gənc qalmaq haqqında düşünmürük. Halbuki 40 yaşında da gənc görünmək istəyirsinizsə, profilaktik tədbirlərə gənclik illərindən başlamalısınız.

Dolğun-yanaq
Bir güzgünün qarşısında dayanın və 10 saniyə ərzində yanaqlarınızı şişirdib gülümsəyin, sonra yanaqları boşaldın. Bu hərəkəti 5 dəfə təkrar edin.

Başqa bir üsul: Yanaqları şişirdirib hava ilə doldurun. Bu şəkildə yenə 10 saniyə dayanın və boşaldın. Hərəkəti 5 dəfə təkrar etməlisiniz.

Avokado və bal maskası
Avokado dəri üçün olduqca faydalı bitkidir. O, dərini həm dartır, həm də nəmləndirici xüsusiyyətə malikdir. Dərini qidalandırdığı üçün qırışların yaranmasının qarşısını alır və əzələləri möhkəmləndirir. Yarım avokadonun içini ovub iki yemək qaşığı bal ilə yaxşıca qarışdırın. Bu kremi yanaqlarda 15 dəqiqə saxlayın. Bunu yatmazdan əvvəl etmək tövsiyə olunur. 15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yaxalayın.

Aloe Vera
Aloe vera maskası dərini dartıb sallanmasının qarşısını alır. Bundan başqa, dəri problemlərini, xüsusən də, yanıqları yaxşılaşdırır.

Kosmetoloqların sözlərinə görə, bu maska botoks effektinə malik olduğu üçün əsl möcüzə sayılır. 4 yemək qaşığı qatıq ilə iki yemək qaşığı aloe veranı qarışdırıb gel halına gətirin. Yanaqlara çəkib 20 dəqiqə gözləyin. Bunu hər gün tətbiq etdikdə dəridə sallanmalar yox olacaq.

Çəkinin artıb azalması sözsüz ki, ilk növbədə yanaqlarda hiss olunur. Qəfildən arıqlayan insanın yanaqları sallanmağa doğru gedir. Buna görə də sağlam qidalanmağa və çəkini sabit saxlamağa çalışın.

Dərinin nəm ehtiyacını ödəmək üçün gün ərzində 1.5-2 litr su için.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2059   Tarix: 29 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181