MTN-nin yeni rəhbəri kim olacaq?
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.
Bir çox Kütləvi İnformasiya Vasitələri dünən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bəzi əməkdaşlarının həbsi və xüsusi xidmət orqanları işçilərinin kabinetlərində xüsusi əməliyyat keçirilməsi barədə informasiya yayıb.
İddia edilir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.
Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.
Baş Prokurorluğun istintaq qrupu isə MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.
Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.
Müvafiq qurumlarla əlaqə saxlanılsa da, hələlik MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh verilmir.
Prezidenti İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
Dünən isə bəzi KİV-ləri sabiq nazirin yerinə kimin təyin edilə biləcəyi ilə bağlı da məlumatlar yayıblar. Qeyd edilir ki, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan namizəd Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı şəhər BPİ-nin keçmiş rəisi general Məhərrəm Әliyevdir.
virtualaz.org
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4764 Tarix: 19 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd
16:31 110 Azərbaycanda elektron siqaret - Qadağan edilir
Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun
16:19 169 Petteri Orpo: Avropa üçün alternativ yoxdur
Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq
12:00 170 Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var
Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib. Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyü
14:35 288 Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, cəzaya məhkum edilmiş bir sıra şəxslərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi mümkün olacaq. Bu kontekstdə tanınmış prodüser Təran
22:00 0 Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın
Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun
21:45 0 Xirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi
Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər. Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir. Xirosima Bələdiyyəsini
22:30 1 İllərdir qəbul olunan, lakin işləməyən qanunlar... - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Qanunvericilikdə elə qanunlar varki, illərdir qəbul olunsada kağız üzərindədir. Yəni faktiki olaraq işləmir. Məsələn, qanunvericilikdə illərdir qəbul olunan qanuna görə, küçəyə zibil atamağa görə vətəndaş cərimələnməlidir. Ancaq illərdir qanun qəbul olunsada, faktiki olaraq işləmir. Yəni bu gün küçəy
12:13 231 Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
17:54 0