Moda tarixindən maraqlı FAKTLAR

Moda tarixindən maraqlı FAKTLARBütün dövrlərdə modanın insanların həyatına böyük təsiri olub. Ən qədim zamanlardan insanlar cəmiyyətdə vəziyyətini və ya statusunu geyim və aksessuarlarla vurğulayıb.

1. Taxma kirpikləri ilk dəfə prodüser Qriffit aktrisa Sini Ouenın çəkildiyi "1916-cı ilin dözümsüzlüyü" filmi üçün hazırlayıb. O, aktrisanın baxışını daha mənalı göstərmək üçün saçdan kirpik düzəltmişdi.

2. Yalnız son iki əsrdə uşaq paltarları böyüklərdən fərqlənməyə başlayıb. Ondan əvvəl isə böyüklərinki ilə eyni, amma kiçik ölçülü paltarlar geyinərdilər.

3. 1920-сi ilə qədər olan bütün geyim və əşyalar vintaj, sonrakı dövr isə retro tərzi sayılır.

4. Kvadrat burunlu ayaqqabı Fransa kralı VIII Çarlz sayəsində yaranıb. Bir ayağında altı barmağı olan kral üçün itiburunlu ayaqqabılar çox narahat idi.

5. Özünü bəzəmək üçün qadınlar ən müxtəlif vasitələrdən istifadə ediblər. Məsələn, Kleopatranın dövründə giləmeyvə, qurğuşun və kömür qadınların ən çox yararlandığı kosmetik vasitə olub.

6. Birinci Yelizaveta şlyapaları çox sevirdi. Elə bu səbəbdən də o, bazar günləri və bayramlarda yeddi yaşından başlayaraq, bütün qadınları şlyapa taxmağa məcbur edən qanun çıxarmışdı. Əməl etməyənləri ciddi şəkildə cəzalandırırdılar.

7. Dəb tendensiyalarına ancaq zadəganlar deyil, həm də ulduzlar təsir göstəriblər. Məsələn, dünyaşöhrətli aktyor Klark Qeybl populyarlığının zirvəsində olanda kişilər onun kimi geyinirdilər. Aktyor bir dəfə çəkildiyi filmdə pencəyin altından jilet geyinməmişdi. Bundan sonra jiletlərin satışı 40 faiz aşağı düşdü.

8. Dəblə ayaqlaşmaq üçün qadınlar həmişə dəhşətli narahatlığa və ağrılara dözməyə hazır olublar. Çoxlarına məlum olduğu kimi, Viktorian dövründə qum saatı formasında bel dəbdə idi. Qadınlar bu effektə nail olmaq üçün beli kip sıxan korsetlər taxırdılar. Bəziləri korsetin iplərini o qədər sıxırdı ki, bu, qabırğalarının sınması ilə nəticələnirdi.

9. Sonradan qadınlar daha rahat paltarlar geyinməyə başladılar. Məsələn, 1930-cu ildə Marlin Ditrixin "Mərakeş" filmində geyindiyi enlibalaq, bol kəsimli kişisayağı şalvar bütün qadınları heyrətə gətirmişdi. Bu filmin ekranlara çıxmasından sonra qadınlar kişisayağı enli şalvarlar geyinməyə başladılar.

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4077   Tarix: 09 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489