Bu gecə güclü maqnit qasırğası gözlənilir

Bu gecə güclü maqnit qasırğası gözlənilirBu gündən başlayaraq Yer kürəsində maqnit qasırğası gözlənilir. Qasırğa sabah axşam saatlarına qədər davam edəcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının alimi Anatoli Belov açıqlama verib.

Alimin sözlərinə görə, Günəşdə baş verən partlayış nəticəsində güclü maqnit qasırğası müşahidə olunacaq. O, qasırğanın həm rabitə cihazları, həm də insan səhhətinə təsir edəcəyini deyib. İnsanlarda təzyiq, baş ağrısı, ürək, yuxusuzluq və stress müşahidə edilə bilər. Təkcə xəstə deyil, sağlam insanlar da bu dəyişikliyi hiss edə bilər. Maqnit fırtınası müşahidə olunan saatlarda insanlara çox maye içmək, spirtli içkilərdən uzaq durmaq məsləhət görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov açıqlamasında hazırda Günəşdə gedən prosesləri izlədiklərini, lakin güclü qasırğa gözlənilmədiyini dedi:

"Günəşdə aktivlik hər 11 ildən bir müşahidə edilir. Bu cür hadisələrin izahını alimlər müəyyən edə bilmirlər. Aktivlik sona yaxınlaşanda intensivlik artır. 2013-cü ildən bu vaxta qədər aktivlik minimuma doğru enir, tez-tez fırtınalar müşahidə edilir. Gün ərzində Günəşdə ən azı 4 partlayış baş verir. Onların yerə yönəlmə ehtimalı azdır. Günəşdəki partlayışların Yerə təsirini NASA-nın iki süni peyki müəyyən edir. Günəşdə gözlənilən fırtınalar zamanı 5 cür təlatüm olur, bu gün gözlənilən ən aşağı E1 kateqoriyalıdır. Hazırda Günəşdə baş verən prosesləri onlayn rejimdə izləyə bilirik. Onun şərq istiqamətində bir partlayış baş verib, Yerə çatma ehtimalı çox azdır. Bu fırtınanın Yer kürəsinə təsiri hiss olunmayacaq. Ümumiyyətlə, Günəşdə baş verən prosesləri ilk olaraq şimal qütbünə yaxın ölkələr hiss edirlər. Azərbaycan cənuba daha yaxın olduğuna görə, ölkəmizdə fırtınaların zərbə dalğası daha az hiss edilir".

N.Cəlilov Günəşdəki partlayışın hansı məqamda təhlükəli olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, partlayış Günəşin ortasında baş verib, Yerə tuşlanıbsa, atılan qaynar plazma Yerə çatır. Bu zaman Yeri silkələyir, böyük sürətlə gələndə Yerin atmosferinə çatır.

"Bu zaman insanlar, texnika yerin maqnit sahəsinin silkələnməsini, maqnit qasırğalarını hiss edirik. Son vaxtlar maqnit qasırğaları çox da güclü olmur. Əsasən, ürək-qan damar sistemi xəstəlikləri olanlar bu təsiri hiss edirlər. Bu qasırğalar çox da böyük fəlakətə səbəb olmur. Maqnit qasırğası proqnozu veriləndə xəstə insanlar nisbətən sakit vəziyyətdə olmalıdırlar, sağlam insanlar isə heç hiss etmirlər. Texniki avadanlıqlara təsirinə gəldikdə, 20-30 il əvvəl belə təhlükə var idi. İndi süni peyklərin öz müdafiə sistemləri var. Çox güclü qasırğa baş verəndə süni peyklərin işi ona uyğun tənzimlənir".

publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1869   Tarix: 06 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999