"Türkiyənin rus qırıcılarını vurmağa ixtiyarı var" - Kerri

"Türkiyənin rus qırıcılarını vurmağa ixtiyarı var" - KerriABŞ-ın dövlət katibi Con Kerri ötən gün Rusiya hərbi hava qüvvələrinə məxsus 2 qırıcı təyyarənin Suriya ərazisində uçuş edən zaman Türkiyə hava sərhədlərini pozmasına münasibət bildirib.

C.Kerri bu hadisədən narahat olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiyaya məxsus qırıcı təyyarələrin Türkiyə hava sərhəddini kobud şəkildə pozması vəziyyəti daha da gərginləşdirə bilərdi: "Mən bu hadisəyə görə çox təəssüf hissi keçirirəm. Çünki Rusiya təyyarələri Türkiyə hava məkanına icazəsiz daxil olub. Buna görə də Türkiyə öz hüquqlarından istifadə edərək, həmin təyyarələri vura bilər. Buna tam ixtiyarı çatır. Biz Rusiyanı bu cür məsələlərə görə əvvəlcədən xəbərdar etmişik".

Türkiyə və ABŞ-ın eyni ittifaqda yer aldığını və NATO ölkəsi olduğunu diqqətə çatdıran C.Kerri Rusiyanı bu cür halları təkrarlamamağa çağırıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri rus qırıcılarının Türkiyə hava məkanını pozmasından dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq, narahatlığını çatdırıb.

Bundan əlavə, türkiyəli nazir sözügedən məsələ ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya xarici işlər nazirləri ilə də telefon danışıqları aparıb. Yaxın günlərdə isə Türkiyənin xarici işlər naziri NATO-nun baş katibi və Almaniyanın xarici işlər naziri ilə də məsələni müzakirə edəcək.

publik.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 06 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 411
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 156
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 704
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 445
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 633
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 164
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 134
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

06.05.2024 233
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

06.05.2024 469