"iPhone"ların Azərbaycana gətirilməsinə qadağa qoyuldu
Son bir neçə ayda xarici ölkələrdən Azərbaycana "Apple" şirkətinə məxsus məhsulların gətirilməsinə qadağa qoyulub.
Bu barədə artıq onlayn ticarətlə məşğul olan saytlar xəbərdarlıq elanı yayımlayıblar.
Elan yalnız "Apple" şirkətinə məxsus mobil telefon, planşet və digər məhsullara aiddir. Başqa şirkətlərin avadanlıqları heç bir problem olmadan sifariş olunur və ünvana çatdırılır.
"iPhone"lar üçün hər məhsulun lövhəsində yerləşdirilən elanda qeyd olunur ki, gömrükdə həmin məhsula görə əlavə pul tələb edə bilərlər. Elan bildirilir ki, saytda qeyd olunan qiymətlərə gömrük xərci daxil deyil. Gömrükdə yaranacaq əlavə xərcləri öyrənmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq tövsiyə edilir.
Halbuki qanunvericiliyə əsasən 1000 ABŞ dolları məbləğinə qədər edilən sifarişlərə gömrük rüsumu tutulmur.
Şirkətdən "Qafqazinfo"ya bildirib ki, onlara "iPhone" sifarişi götürməmələri tapşırılıb: "Deyirlər ki, "Apple"nin məshullarını gömrük saxlayır, buraxılmayacaq. Biz də müştərilərlə problem yaranmasın deyə öncədən xəbərdarlıq yaymışıq".
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən biri "Qafqazinfo"ya məlumat verərək bildirib ki, bu barədə qeyri-rəsmi qadağa var: "iPhone"ların gətirməsinə qadağa qoyulub, bu "kommerski" qərardı. Bir şirkət distiributerliyi öz üzərinə götürüb, qoymur başqaları gətirsin. Deyir ancaq mən gətirə bilərəm, məndən başqa heç kim gətirə bilməz. Son zamanlar xaricdən internet üzərindən sifariş kütləvi hal aldığı üçün qoymurlar. Sifariş verdiyin "Apple" şirkətinə aid məhsulun gəlib sənə çatacağına nə poçtlar, nə də vasitəçi şirkətlər zəmanət verə bilir".
Qeyd edək ki, Azərbaycanda satışı həyata keçirilən "iPhone"lar xaricdən sifariş edilən eyni məhsulla müqayisədə 2 dəfə bahadır. Belə ki, "İphone 6 16 GB Gold" telefonu "İrşad Telekom"da 1198 manat, Dubaydan sifariş olunduqda isə 636 manata başa gəlir.
"iPhone 6 Plus 128 GB Space Gray" Bakıda 1739 manat, eyni telefonun Dubaydan sifarişlə qiyməti 869 manatdır.
Qadağa ilə bağlı artıq bir çox telefon satışını həyata keçirən şirkətlərdə "Apple" məhsulları tükənir. "İrşad Telekom"un saytında satışda yalnız iki "iPhone" olduğu görünür.
Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov telefon zənglərimizə cavab vermədiyi üçün dövlət qurumunun bu barədə münasibətini öyrənə bilmədik.
Qeyd edək ki, bu məsələ iki ay öncə də gündəmə gəlmişdi. Bu il avqust ayının 1-dən etibarən Azərbaycanda nazirlərdən biri "Apple" məhsullarının ölkəyə gətirilməsi ilə məşğul olmağa başlayıb. Qadağanın da buradan qaynaqlandığı qeyd olunur.
qafqazinfo\
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 3905 Tarix: 05 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCəsarət Valehova vəzifə verildi
Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl
06.05.2024 514 Yağış yağacaq
Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
06.05.2024 545 Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada
10:20 181 Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı
Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib
10:45 291 Sumqayıt sakini itkin düşüb
Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır
06.05.2024 432 Meyxanaçı ilə aparıcının toyudur
Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"
11:48 313 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO
Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc
06.05.2024 1072 Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad
06.05.2024 235 Azərbaycanda məktəblilər arasında dava: Ölən var
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib. APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasın
10:28 650