Azərbaycanda narkomanların ŞOK STATİSTİKASI

Azərbaycanda narkomanların ŞOK STATİSTİKASIDünyanın əksər ölkələrini narahat edən əsas məsələlərdən biri əsrin bəlası-narkomaniyanın geniş yayılmasıdır. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Bu səbəbdən də mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür.

Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov Modern.az saytına bildirib ki, bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamır və ya anlamaq istəmirlər. Direktor həmçinin mövcud statistika ilə bağlı rəqəmləri də açıqlayıb:

"Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsil alanların narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən "Narkotiklərə YOX deyək!" şuarı altında kompaniya davam edir.

Respublika üzrə qeydiyyatda olan narkomanların ümumi sayı 28 656 nəfərdir. Dispanser qeydiyyatında olanlar 23 042 nəfər, profilaktik qeydiyyatda olanlar 5614 nəfər, anonim müalicə alanlar isə 666 nəfərdir.

Narkoman qadınların ümumi sayı 554 nəfərdir. Dispanser qeydiyyatında olanlar 399 nəfər, profilaktik qeydiyyatda olanlar 155 nəfər təşkil edir. Toksikomanların ümumi sayı 152 nəfərdir ki, onlardan da dispanser qeydiyyatında olanlar 151 nəfər, profilaktik qeydiyyatda olanlar 1 nəfərdir".

T.Məmmədhəsənov bildirib ki, 2014-cü il ərzində 1235 narkoman qeydiyyata götürülüb:

"Dispanser qeydiyyatında olanlar 963 nəfər, profilaktik qeydiyyata götürülənlər isə 272 nəfərdir. Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 955 nəfər olub. Dispanser qeydiyyatında olanlar 454 nəfər, profilaktik qeydiyyatda olanlar 501 nəfər nəfər təşkil edib".

O, mövcud problemin həllinə dair ölkədə görülən işlər barədə də danışıb:

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə" 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2014-cü il ərzində müayinədən 2547 nəfər keçib.

Həmçinin, 2014-cü il iyunun 20-dən və dekabrın 15-nə qədər qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələrin məhv olunmasında Respublika Narkoloji Mərkəzin nümayəndəsi iştirak edib".

T.Məmmədhəsənov qeyd edib ki, Ədliyyə Nazirliyinin nəzdində yaradılmış narkoloji şöbələrin fəaliyyətini artırmaq məqsədilə də bir sıra tədbirlər görülüb:

"Azadlıqdan məhrumetmə ilə yanaşı üzərlərində məcburi müalicəsi olan şəxslər əgər azadlığa buraxılıblarsa, lakin onlar üzərində bu müddət qalmış olarsa onların sonrakı müalicəsi "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq narkoloji tibb müəssisələrində aparılır. Məcburi müalicə müddəti başa çatdıqdan sonra onlar haqqında məlumatlar müvafiq rayon məhkəmələrinə verilərək qeydiyyatda olduqları rayon üzrə narkoloji xəstə kimi dispanserizasiyaya cəlb olunurlar. Ötən il Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi təmin olunub. Respublika üzrə cəmi 2963 nəfər ekspertizadan keçib.

2014-cü il ərzində 18 özəl tibb müəssisəsinə və 3 aptekə baxış keçirilib və müvafiq aktlar tərtib olunub.

Azərbaycan Respublikasının ərazisində prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunur. Lisenziya (xüsusi razılıq) verilməsi ilə əlaqəli müəssisələrə yerlərdə baxış keçirilir və bu haqda müvafiq aktlar tərtib olunur. 2014-cü ildə 1 müəssisəyə belə lisenziya verilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2469   Tarix: 03 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 0
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 314
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 269
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 116
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 171
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 219
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 221
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 218
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 254