Dünya şöhrətli qolfçu Azərbaycana gəlir
"Dreamland Country & Life"nın tərkibinə daxil olan "Dreamland Golf Club"un dəvəti ilə oktyabrın 3-4-də Azərbaycana gələcək Kolin Montgomeri son iyirmi ildə Avropanın qolf üzrə lideri olaraq tanınır.
Avropa Turniri və Böyüklər arasında keçirilən turnirdə üç il ardıcıl şəkildə qalibiyyət əldə edən ilk qolfçu olaraq adını tarixə yazıb. K. Montqomeri 8 dəfə "Ryder Cup" turniri də daxil olmaqla dəfələrlə çoxsaylı turnirlərin qalibi olub, hazırda Böyük Britaniyada ən tanınmış və sevilən idmançılardan biridir. Uzun illərdir qolf aləmində yaxşı tanınan Merit Siyahısına liderlik edir.
"Dreamland Qolf Klubu" 65 hektarlıq ərazini əhatə edir. 18 dəlikdən ibarət olan misilsiz mənzərəli qolf sahəsi beynəlxalq turnirlərə ev sahibliyi edə biləcək imkanlara malikdir. Qolf klubun tərkibinə həm də iki mərtəbəli, 40 nəfərin eyni zamanda təlim keçə biləcəyi Qolf Akademiyası da daxildir.
Azərbaycanda qolfun inkişafına böyük dəstək verməyi məqsəd olaraq seçən "Dreamland Qolf Klubu" artıq qadınlar və uşaqlara təlimlər keçməklə bu möhtəşəm idmanın ölkəmizdə təbliğinə başlayıb. Bu möhtəşəm açılış mərasiminin Azərbaycanın bölgədəki nüfuzuna və turizmin inkişafına töhfə verəcəyi də gözlənilir.
Azərbaycana gəlişindən əvvəl K. Montgomeri artıq mesajını belə verib: "Artıq dünya səviyyəli qolf təsisi kimi tanınmağa başlayan "Dreamland Qolf Klub"un açılışının bir parçası olmaq mənə zövq verir. Azərbaycandakı gənc qolfçularla görüşü səbirsizliklə gözləyirəm. İnanıram ki, buradakə ilk qolf dərslərimiz Azərbaycanda qolfun gələcəyinə müsbət təsir göstərəcəkdir".
K. Montgomeri ilə birlikdə Azərbaycana dünya üzrə çox tanınmış şəxslər də gələcəklər, bunların arasında tanınmış qolf sahəsi memarı Sintiya Day (Cyntia Dye), dünyanın ən nüfuzlu qolf idarəetmə şirkəti İMG üzvləri də vardır.
Qeyd edək ki, "Dreamland Country & Life" Abşeron yarımadası, Zığ şosesinin 22-ci kilometrində 330 hektarlıq geniş ərazini əhatə edir. Şəhər üslublu həyat tərzinin üstünlükləri və şəhərdən kənar həyatın xüsusiyyətlərini birləşdirən layihəyə yaşayış sahəsi, 18 dəlikli qolf meydançası, qolf akademiyası, qolf təlim sahəsi, "Sabis Sun" Beynəlxalq Məktəb, ticarət mərkəzləri, otel, spa və sağlamlıq mərkəzləri, kafe və restoranlar daxildir. Dreamland ərazisinin xeyli hissəsi ekzotik flora ilə örtülmüş, toplam 12 min kvadrat metrlik ərazidə isə göllər mövcuddur. Layihənin ilk mərhələsi üzrə tikinti işləri başa çatmaq üzrədir.
apa\
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 816 Tarix: 01 oktyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI
Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb. -ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib. Messinin klublarda və milli komandad
30.11.2025 530 "Qarabağ"ın Çempionlar Liqasında qazancı açıqlandı - TAM SİYAHI
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra klubların əldə etdikləri gəlir müəyyənləşib. Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" indiyədək 30 milyon avro qazanıb. "Köhlən atlar" bu göstəriciyə görə 33-cü pillədə qərarlaşıb. Birinci pillədə Fransanı
29.11.2025 429 "Real Madrid" uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb
"Real Madrid" uzun müddətdir transfer siyahısına daxil etdiyi "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib. "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarlar
30.11.2025 363 Norveç millisinin baş məşqçisi dünya çempionatını "eybəcərlər şousu" adlandırdı
Norveçin futbol üzrə yığmasının baş məşqçisi Stole Solbakken 2026-cı il üçün dünya çempionatının püşkatmasını "eybəcərlər şousu" adlandırıb. xəbər verir ki, məlumatı NRK yayıb. "Bu, bir növ eybəcərlər şousudur. Sanki keçmişin ulduzlarının və öz kumirlərinizin futbol şəkilləri olan albom
06.12.2025 498 Toyları Madeyra adasında olacaq
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcinа Rodrigezin toyu Portuqaliyanın Madeyra adasında baş tutacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Jornal da Madeira" nəşri yazıb. Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşal şəhərinin kilsəsində keçiriləcək
25.11.2025 737 Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla
12.12.2025 441 Hidayət bu dəfə medalsız qaldı
Azərbaycan cüdoçuları Hidayət Heydərov və Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin mükafatsız başa vurublar. "Qafqazinfo" xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyev
29.11.2025 376 "Qarabağ" - "Ayaks" oyununun hakimləri açıqlandı
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa haim təyinatları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona ya
08.12.2025 554 MMA və Qrapplinq Federasiyasında dəyişiklik: Tofiq Musayev rəhbərliyə gətirildi
Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğun
06.12.2025 516