Bayramda bölgələrə getmək istəyənlərin nəzərinə

Bayramda bölgələrə getmək istəyənlərin nəzərinəQurban bayramının yaxınlaşması ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejiminə keçəcək.

BiG.AZ-ın ans press-ə istinadən məlumatına görə, həmin qurumlardan biri Azərbaycan Dəmir Yolları QSC-dir.

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, bayramın gəlməsi ilə əlaqədar qurum sentyabrın 21-dən etibarən növbəli iş rejiminə keçəcək. "Bayramın gəlməsi ilə əlaqədar əlavə 20 vaqon hazır vəziyyətə gətirilib. Hansı zona istiqamətində sıxlıq yaranarsa, bu vaqonlar həmin istiqamətə veriləcək",- deyə N. Əzməmmədov bildirib.

Ötən illərdəki təcrübəyə əsasən ən çox sıxlığın qərb zonasına –Qazax istiqamətinə hiss olunacağını deyən xidmət rəhbəri stansiyalarda təhükəsizlik tədbirlərinin gücləndiriləcəyini də qeyd edib.

Dəmir Yolları QSC-nin istiqamət sxemi

Amma vətəndaşları narahat edən edən məsələ qiymətlərin süni şəkildə qaldırılması ilə bağlıdır. Nadir Əzməmmədovun sözlərinə görə, bayram günü gediş haqlarının süni şəkildə qaldırılması hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndiriləcək. Qiymətlərdə heç bir dəyişiklik olmayacaq.

"Rayon istiqamətinə hərəkət edən qatarların gediş haqqında bayram münasibətilə heç bir artım ola bilməz. Sərnişinlər hansısa neqativ hallarla qarşılaşsalar bütün mobil operatorlardan 1822 qaynar xəttinə zəng vuraraq öz şikayətlərini bildirə bilərlər",-deyə Nadir Əzməmmədov əlavə edib.

Qurumun mətbuat xidmətindən də verilən məlumata görə, kompleks sentyabr ayının 22-dən 27-nə qədər gücləndirilmiş iş rejimində çalışacaq.

"Hazırda gün ərazində 360-400 avtobusla rayonlar istiqamətinə 9-10 min insan daşınırsa, bayram günlərində bu 15 minə yaxın olacaq. Buna görə də xətlərə əlavə 200-ə yaxın avtobus buraxılacaq",-deyə mətbuat xidmətindən bildiriblər.

Avtovağzalın ölkədaxili istiqamətlərə bilet qiymətləri

Daha çox sıxlığın cənub istiqamətinə hiss olunacağını deyən qurum rəsmisi sərnişinlərə rahat gedib-gəlmək üçün əvvəlcədən kassalara yaxınlaşaraq bilet almalarını, yaxud avtovağzalın rəsmi saytından "online" bilet sifariş etmələrini məsləhət gördü.

Avtovağzalda ötən bayramlarda müşahidə olunan süni qiymət artımına gəlincə, sərnişinlər hansısa artımla qarşılaşsalar dərhal kompleksin 1-ci mərtəbəsindəki kassaların yanında yerləşən dispeçer məntəqəsinə müraciət edə bilərlər.

Süni qiymət artımı ilə mübarizə aparılsa da bayramlar ərəfəsində bü cür neqativ hallara rast gəlinir .Bu da sərnişinlərin narazılığına səbəb olur. Həmin faktlardan biri Bakı-Qazax istiqamətinə hərəkət edən avtobusda rast gəlinib, sürücü özbaşına olaraq gediş haqqını 10 manatdan 12 manata kimi yüksəltmişdi.Amma vətəndaşın müraciətindən sonra avtovağzalın növbə rəisi sərnişindən alınan əlavə vəsait özünə qaytarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1402   Tarix: 20 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 816
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

20:30 0
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

20:00 0
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 136
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0