Rusiya dərmanları Azərbaycanda istehsal oluna bilər

Rusiya dərmanları Azərbaycanda istehsal oluna bilərAzərbaycan və Rusiya arasında əczaçılıq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin qanunverici və icraedici hakimiyyətləri səviyyələrində fəal müzakirə olunur.

Bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Sergey Tsıb XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində təşkil edilmiş "Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah" forumunda deyib.

Onun sözlərinə görə, əczaçılıq sahəsində əlaqələrin inkişafında birinci aspekt Rusiya dərman preparatlarının Azərbaycana ixracının artırılmasıdır: "Rusiya Azərbaycanda dərman idxalında ikinci yerdədir. Biz Azərbaycanın dərman bazarının təqribən 15 faizini tuturuq".

S.Tsıb qeyd edib ki, iki ölkə birgə müəssisələrin, daha doğrusu, Azərbaycanda Rusiya dərmanlarının istehsalı üzrə müəssisələrin yaradılmasını qarşıya məqsəd qoyub: "Azərbaycanın dərman preparatlarından idxalının asılılığını nəzərə alsaq, bu sahədə uğurlu layihələr ola bilər".

2013-cü ildən Rusiyada "Əczaçılıq və tibb sənayesinin inkişafı" Dövlət Proqramı həyata keçirilir. Proqram əczaçılıq sənayesinin elmi-texniki potensialının inkişafı, onun innovativ potensialı, modernləşdirilməsi və həm Rusiyanın, həm də xarici ölkələrin şirkətləri ilə yeni istehsalın qurulması istiqamətlərini əhatə edir. "Hər istiqamət üzrə artıq konkret nəticələr var: imzalanmış investisiya müqavilələri, yeni istehsal sahələri", - deyə S.Tsıb əlavə edib.

Tədbirdə həmçinin Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Səhiyyə Nazirliyi nəzdində Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev, RF Səhiyyə Nazirliyinin dərman təchizatı və tibbi məmulatların dövriyyəsinin tənzimlənməsi departamentinin direktoru Yelena Maksimkina və başqaları iştirak ediblər.

Plenar iclasın moderatoru, Peşəkar Əczaçılar Təşkilatları İttifaqının icraçı direktoru Liliya Titova Azərbaycan qanunvericiliyində dərman vasitələri və tibbi məmulatlar sahəsinin tənzimlənməsi, Rusiya məhsullarının Azərbaycana ixracı, birgə istehsalın təşkili və digər məsələlərin müzakirə olunması təşəbbüsü ilə çıxış edib.

Niyazi Səfərov qeyd edib ki, əczaçılıq istehsalının inkişafı Azərbaycanda da prioritet sahələrdən biridir. "Biz investisiyaların inkişafının müxtəlif mexanizmlərini hazırlamaqla, infrastruktur inkişafını və istehsalçılara imtiyazlar nəzərdə tutan sənaye parklarında istehsalın yaradılması üçün şirkətləri cəlb etməklə əlverişli investisiya mühiti yaradırıq. Ona görə də Rusiya tərəfi İqtisadiyyat və Sənaye Nazirliyinin simasında Rusiya şirkətlərinin Azərbaycan bazarında olması məsələləri üzrə etibarlı tərəfdaş qazanacaq", - deyə N.Səfərov vurğulayıb.

anspress.com/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1074   Tarix: 20 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3