"Qayınanadan ana olarmı?" - Qənirə Ataşova

"Qayınanadan ana olarmı?" - Qənirə AtaşovaANS-in aparıcısı Qənirə Ataşova qayınanasından bəhs edib.

BiG.AZ-ın məlumatına görə, aparıcı sosial şəbəkədə "Qayınanadan ana olarmı?" başlıqlı yazısında bunları vurğulayıb:

"Səninlə ilk tanışlığım oğlunla başladı. Anasından danışarkən daha çox yatıb, ya da kitab oxuyur sözünü eşidirdim. Gündüzlərdə yatmaq olar? Sonra tanış olduq. Olduqca savadlı olan xanımla dil tapmaq çətin olmadı. Qəribədir... Söhbətimizin ilk mövzusu cüzamlı xəstələrlə bağlı oldu, sonra məndən "Ovod"u oxuyub oxumadığımı soruşdun. Ardınca "Padre"ni müzakirə etdik. Oralara hardan gəldiyimizi xatırlamıram. Sonra qohum olduq.

Yaxşı insan olduğunu anamı itirdiyimiz gecə gördüm. Bizi tək buraxmadın. Dəfndən sonra, ilk gecə yatmaq olmur. Sən isə səhərə kimi anamızın cənnətdə olduğunu deməklə bizi ovutmağa çalışdın. Açıq deyirəm səni tək qızına qısqandım. Bu da anamı itirəndən sonra ana-balaların birgə söhbətini görmək istəməməyimdən irəli gəlirdi. Anasını 23 yaşında itirənlər məni başa düşər. Bu dönəm keçici olur. Özümü tərbiyyə etməyi bacardım. Sonra anladım ki, qızın da səni mənə qısqanır. İlk uğurun bizim aramızı düzəltməyin oldu. Necə düzəltdinsə, illərdir aramızdan kiçik inciklik belə keçməyib. İradəni isə övladın agir xəstəliklə çarpışanda gördüm. Gözündən bir damla olsa belə yaş axıtmadan, "Mən inanıram, o sağalacaq" deməklə..... Onu sağaltdın. Sənin sayəndə mən də təcrübə toplayırdım.

İşdən yorğun gələndə isə qarşıma isti yeməyi də sən qoydun. Bir dəfə də olsun yoruldum dediyini eşitmədim. Hər süjetimə obyektiv, lazım gələndə tənqidlə də yanaşa bildin. Bilmədiklərimi isə səndən öyrəndim (Xüsusən də ikinci dünya müharibəsi ilə bağlı). Düzdü, sizdə olduğum ilk gün mənə anadan başqa nə istəsən deyə bilərsən söyləmişdin.

Sonradan isə mənə analıq etdin, hətta sənə ana deməyimi istədin. Ox yaydan 2005-ci ildə çıxdığı üçün bunu edə bilmədim. Bəzən isə bir-birmizə o qədər yaxın olduq ki, çaşıb rəhmətlik anamı çağırdığım kimi sənə sadəcə, "Ma" deyə müraciət etmələrim də oldu. Səhvimi isə tez düzəldər, "Ma" dediyim uçun utanırdım. Mamamdan sonra işlətmədiyim "Ma" kəlməsi necə ola bilər ki, illər sonra ağzimdan çixib? Bu suala hələ də cavab tapa bilmirəm. Bizi birləşdirən Fərhad və Ceyhun isə məndən çox səni sevdilər. Açıq deyirəm zarafatlarıma baxma, heç zaman onların sevgisini sənə qısqanmadım. Səhvlərini məndən gizlədəndə isə sənə hirslənər və təkrarlanmayacağına dair səndən söz alardım, sən isə əməl etməzdin. Mən də tapmaq üzrə mütəxəssis olduğumdan uşaqlarla bağlı gizlətdiklərini ortaya çıxarardım. Ən ağır sözün "Nənə olarsan məni başa düşərsən" oldu.

Mənim ən çox işlətdiyim kəlmələrdən biri də "Məhruyyə xala" oldu. Bu sözü o qədər çox işlətmişəm ki, hətta iclasın ən qızğın yerində rəhbərlərimə Məhruyyə xala deyə müraciət etmələrim də olub. Bu o qədər çox olub ki, iş yerimdə xoş xatirəyə də çevirilib. Bu gün sənin 69 yaşın olur. Bizim yollarımız indi ayrılıb. Hətta bir-birimizə yad olsaq da Sən mənim üçün bu dünyanın ən gözəl insanısan. Sən gözəl qadınsan".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6717   Tarix: 03 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1261
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 699
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

10:36 721
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 654
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 472
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 735
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

20:45 110
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

10:29 853
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 859