DİQQƏT: Whatsapp istifadəçilərinə ciddi xəbərdarlıq - FOTO

DİQQƏT: Whatsapp istifadəçilərinə ciddi xəbərdarlıq - FOTO"Qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir".

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Whatsapp" istifadəçilərinə müraciət edib.

Son günlərdə Azərbaycanın "Whatsapp" istifadəçilərinə xarici ölkələrə məxsus saxta "Whatsapp" hesablarından fırıldaqçı mesajlar gəlməyə başlayıb.

"Göndərilən mesajlarda "Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur.

İndi yeniləyin!" tipli cümlələr və "Bu mətnə klikləyin" tipli məzmunlar öz əksini tapır", - deyə məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə "WhatsApp" adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və "contact" göndərir:

"Xüsusilə diqqətinizə çatdıraq ki, "Bu mətnin üzərinə klikləyin adlı" məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər".

ETM-dən bildirirlər ki, istifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma üçün, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan şəxslərin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır.

Qeyd edək ki, bəzi hallarda istifadəçi veb səhifədə görünən "Davam etmək", "Yükləyin", "Yükləmək", "Download" məzmunlu düymələrə kliklədikdə telefonun SMS pəncərəsi açılır və göndərmək düyməsinə kliklədikdə istifadəçinin nömrəsindən qısa mesaj göndərilir və istifadəçi xidmətə qoşulmuş olur.

"Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 6555-ə göndərməklə xidməti dayandıra bilər",- deyə məlumatda vurğulanıb.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12718   Tarix: 26 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

29.04.2024 786
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29.04.2024 336
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 188
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 292
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29.04.2024 254
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın xarici işlər naziri Parnpre istefa verib. xəbər verir ki, Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyi

29.04.2024 215
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 289
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

29.04.2024 339
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 232