Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTO

Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTOBir müddət əvvəl Azərbaycandakı villaların qiymətlərinin yunan adalarının qiymətindən belə baha olması ilə bağlı məlumat vermişdik.

Hətta, ekspertlər yunan adalarına investisiyanın gələcəkdə səmərəli olması ilə bağlı da proqnozlar vermişdilər.

Bina.az saytı xəbər verir ki, hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edib.

1. Bakıda Avropa hotelin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa

35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m²-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az nə çox düz 12 milyon manat.
Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTO2. Bakıda, dəniz mənzərəli villa

Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti - 5 milyon 450 min manat.
Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTO3. Bakının Teymur Əliyev küçəsi, Avesta Konserninin yaxınlığında villa

Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır.
Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTO4. Bakıdan bir qədər kənarda Şüvəlanda villa

Bu villa 4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 san/q olan evin döşəməsi İtalya istehsalı olan fosforlu , yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv metr, qiyməti 4 milyon manatdır.
Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTO5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa

Bu villa H. Cavid prospekti və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.

Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər.
Azərbaycanda ən bahalı villalar: 12 milyon manata - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7462   Tarix: 19 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 163
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...

"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin

11:25 303
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

17:20 101
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

15:51 195
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 249
.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

14:34 149
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18:45 2
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

TOP MP3