Ölümcül virus məhv edildi

Ölümcül virus məhv edildiCənubi Koreyada ölümcül MERS koronovirusunun yayılmasına son qoyulub. Üç həftədən artıq müddət ərzində yeni yoluxma halları qeydə alınmayıb.

Bu barədə ölkənin baş naziri Xvan Qe An bəyan edib.Onun sözlərinə görə bu cür nəticəyə digər hakimiyyət nümayəndələri və təcrübəli həkimlilər tərəfindən aparılmış bir sıra göstəricilərin təhlilindən sonra gəlinib.

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, virusa yoluxduğu bildirilən sonuncu xəstə ötən gün karantindən buraxılıb və üç həftədən artıq müddət ərzində yeni yoluxma faktları qeydə alınmayıb.

Ümumiyyətlə bu günə qədər 16,5 min insan karantinə alınıb. Onlardan yalnız 186 nəfər koronovirusun daşıyıcısı olub. Xəstəliklə bağlı 36 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, MERS virusu Cənubi Koreyaya 2015-ci ilin may ayında Yaxın Şərqdən gətirilib.

Bəzi mütəxəssislərin fikrincə, MERS Ebola virusundan da təhlükəlidir. İlkin mərhələdə xüsusi simptomları olmayan ölümcül virus adi soyuqdəymədən seçilmir. Bu günə qədər nə peyvəndi, nə də dərmanı tapılmayan xəstəlik birbaşa təmas vasitəsi ilə deyil, hava-damcı yolu ilə yayılır və tez bir zamanda ağ ciyərlərin sıradan çıxmasına gətirib çıxarır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bütün dünya üzrə indiyədək MERS virusu ilə 1200-dən çox yoluxma halı qeydə alınıb və onlardan 440-ı ölümlə nəticələnib. Səudiyyə Ərəbistanında baş verən epidemiya nəticəsində isə virusa yoluxanların 40 faizi dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1032   Tarix: 28 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 214
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 236
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 176
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 289
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 272
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 204
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 248
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 267
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 155