"Azərbaycan tarixi" fənninin tədrisi ləğv olunur?

"Azərbaycan tarixi" fənninin tədrisi ləğv olunur?Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu iyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə "Azərbaycan tarixi" fənninin tədrisinin ləğv olunması barədə məsələnin müzakirə edilməsi barədə məlumat yayıb.

BiG.AZ xəbər verir ki, institutdan Trend-ə verilən açıqlamada bildirilir ki, müzakirə zamanı bundan sonra orta məktəblərdə "Azərbaycan tarixi"nin ayrıca fənn kimi tədris olunmayacağı bildirilib.

Təklif edildiyinə görə, xalqımızın tarixi Tarix fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq: "Belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılması dərin təəccüb və təəssüf hissi doğurur. Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra "Azərbaycan tarixi"nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, "Azərbaycan tarixi"nə ayrılan saatların "Ümumi tarix"ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu "Azərbaycan tarixi" proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olunmuşdu. Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə "Azərbaycan tarixi" fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?! Fikrimizcə, "Azərbaycan tarixi" orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. "Azərbaycan tarixi"nin ləğvinə yol vermək olmaz!"

XXX

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov isə açıqlamasında deyilənləri həqiqətə uyğun saymayıb. Onun sözlərinə görə, bu fikirlər kiminsə subyektiv fikirləri ola bilər. Bu fikirləri institutun rəsmi məlumatı kimi qəbul etmək olmaz. Çünki institutda bu məsələ ilə bağlı rəsmi müzakirələr aparılmayıb: "Kimsə deyə bilər ki, hansısa fənn birləşsin, amma heç bir qərar yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3680   Tarix: 14 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

17:12 136
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

10:33 105
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 805
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

22:00 0
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

17:05 131
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 337
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

18:11 129
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 264
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

16:37 515