Apostrof geri gəlir?

Apostrof geri gəlir?"Apostrof işarəsi Azərbaycan dilinin müəyyən məsələlərində çox lazımdır. Apostrofun Azərbaycan dilinin latın qrafikalı əlifbasına salınmaması dildəki müəyyən məsələləri çətinləşdirib".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib.

Alim qeyd edib ki, əvvəllər 140-150 sözdə apostrof olduğu halda, getdikcə onların sayı azaldılıb: "Əvvəllər "sənət", "Cəfər" sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı".

İ.Məmmədovun sözlərinə görə, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. Lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.

Dövlət Dil Komissiyasının üzvü hesab edir ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: "Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud "bəzən" (zərf - bəzi vaxtlarda) və "bəzənmək" sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir".

İ.Məmmədov əlavə edib ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanılması çox lazımdır.

Əlifbada apostrofun bərpasının tərəfdarı olduğunu deyən alim bildirib ki, ölkənin bəzi tanınmış dilçi alimləri - professor Əziz Əfəndizadə, professor Yusif Seyidov və b. vaxtilə apostrofun əlifbadan çıxarılmasının əleyhinə olublar. Apostrofun yenidən bərpası üçün isə Dövlət Dil Komissiyasının üzvləri, tanınmış dilçi alimlər birlikdə müzakirələr aparmalıdırlar. trend\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1854   Tarix: 07 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

15:32 100
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

15:48 119
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

20:15 131
.

Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib

İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib. xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Cəfəri mövzu ilə bağlı məlumat verib. İran rəsmis

20:45 22
.

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. -a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcıs

18:22 258
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

20:52 657
.

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb. xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb. Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi v

22:00 0
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 376
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

14:03 781