Səidə Sultan işdən çıxarıldı-VİDEO

Səidə Sultan işdən çıxarıldı-VİDEO"Space" telekanalında yayımlanan "Əsl şou"nun aparıcısı, müğənni Səidə Sultan işdən çıxarılıb.

BiG.AZ xəbər verir ki, bu haqda Axsam.az-a jurnalist-aparıcı Tahirə Məmmədqızı xəbər verib.

O, bundan sonra proqrama özünün aparıcılıq edəcəyini bildirib:

"Mənə aparıcılıq təklifi telekanalın rəhbərliyindən gəldi. Səidə Sultan efirdə işlətdiyi nalayiq ifadəyə görə işdən uzaqlaşdırıldı. Verilişin yaradıcı heyətində də dəyişiklik edilib. Peşəkar işçilər cəlb olunub. Həftənin bazar ertəsi yayıma başlayırıq. İlk qonaqlarım müğənni Manaf Ağayev, Aşıq Zülfiyyə və oğlu Babəkdir. Ola bilsin ki, mənimlə birlikdə verilişdə kişi aparıcı da yer alsın".

Qeyd edək ki, S.Sultan verilişdə qonağı müğənni Rəhim Rəhimlinin həmkarı Niyam Salami ilə bağlı dediyi "Niyam bir dəfə evlənib, boşanıb. Hələ ailə qurmasın" sözlərinə "Uşağın xətrinə dəymə, səni cıraram" cavabını vermişdi.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün "Space" telekanalında yayımlanan "Əsl şou" verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirib. Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:
"Biz "Space" telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq".

Bir neçə gün əvvəl sözügedən telekanalda yayımlanan "Günaydın" verilişində də nalayiq ifadələr işlədilmişdi. Qonaq yazar Əziz Musaoğlu ifaçı Mətanət Əsədovanın ünvanına "Mən aliməm, sən isə fahişəsən" sözlərini işlətmişdi. Məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Telekanal rəhbərliyi üzr istəyərək, "Günaydın" verilişini bağlayacaqlarını söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11651   Tarix: 05 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 538
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 277
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 355
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1231
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 315
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 788
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1685
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 2444
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 691