İlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTO

İlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTO"Bakı-2015" birinci Avropa Oyunlarına dəstək məqsədi daşıyan "İFAM ON THE STAGE" layihəsi davam edir.

İyunun 18-də layihənin xüsusi qonağı birinci Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran karateçi Firdovsi Fərzəliyev olub. Layihə çərçivəsində Bakının Fəvvarələr Meydanında quraşdırılmış səhnəyə çıxan karateçi möhtəşəm idman tədbirində iştirak etməkdən qürur duyduğunu bildirib. İdmançımız paytaxtımızın sakinləri ilə birgə Azərbaycanın Dövlət himnini oxuyub. Sonra birlikdə şelfi çəkdirilib.
Jurnalistlərə müsahibə verən Firdovsi Fərzəliyev qələbə qazandığı anları xatırlayaraq deyib:

"Sevincimin həddi-hüdudu yox idi. Yarış anlarında təkcə mənim deyil, komandamızın keçirdiyi əziyyətlər gözlərimin qarşısında canlanırdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Şübhəsiz ki, hər idmançıya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən medalın təqdim edilməsi qismət olmur. Lakin bu, mənə nəsib oldu. Buna görə özümü xoşbəxtəm hesab edirəm".
"İFAM ON THE STAGE" Azərbaycan dilində "mənim ifam", ingilis dilində isə "if i am on the stage", yəni "əgər mən səhnədə olsaydım" mənasını verir. Bu səhnə "Bakı-2015" ilk Avropa Oyunlarını dəstəkləyən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da insanlar qarşısında ifa etmək imkanı yaradır. Səhnədə müxtəlif dillərdə pop, rok, rep, eləcə də xalq mahnılarını oxumaq olar. Rəqs qabiliyyətinə malik şəxslər isə yerli və xarici rəqs nömrələrini nümayiş etdirə, tamaşaçıların alqışlarını qazana bilərlər. Paytaxtımızın sakinləri ilə yanaşı, qonaqlarına da öz məharətlərini göstərmək imkanı yaradılır.
İfaçılar "İFAM" səhnəsinə çıxmaq üçün əvvəlcədən müraciət edərək qeydiyyatdan keçirlər. Daha sonra onlar mikrofon qarşısına keçərək öz bacarıqlarını nümayiş etdirirlər. Səhnə, həmçinin izləyicilər üçün müsbət əhvali-ruhiyyə vəd edir. Peşəkar aparıcının maraqlı müsabiqələrinin iştirakçısı olmaq, Avropa Oyunları ilə bağlı ən son yeniliklərdən xəbər tutmaq, DJ tərəfindən təqdim edilən rəngarəng musiqi nömrələrindən zövq almaq üçün səhnənin yaxınlığında olmaq kifayətdir.
"İFAM" xalq səhnəsi Avropa Oyunları başa çatana qədər hər gün saat 17-dən 21-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.

İlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTOİlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTOİlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTOİlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTOİlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTOİlk qızıl medalçımız Fəvvarələr Meydanında - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3089   Tarix: 19 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 361
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 515
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 311
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 411
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 347
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 340
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 959
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 328
.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 308