Azərbaycanda internetdən kimlər və niyə istifadə edir?

Azərbaycanda internetdən kimlər və niyə istifadə edir?İnternet World Stats - araşdırmalarına əsaslansaq, hazırda Azərbaycanda əhalinin 44,4%-i, təxminən 3,7 milyon nəfər insan internet istifadəçisidir. Bu rəqəmin reallığa uyğunluğu sual doğursa da, internetdən istifadə edənlərin günbəgün artması günün gerçəkliyidir.

Bəs internetdən ən çox kimlər və nə üçün istifadə edir? İnternet insanların həyatına nə gətirir? İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Rasim Mahmudov deyir ki, İnternet əsasən üç tələbatı ödəyir: kommunikativ - yəni insanlara ünsiyyət qurmaq, tanışlıq imkanı yaradır, informativ - təfəkkür tələbatı və ən çox gəncləri maraqlandıran əyləncə funksiyasını yerinə yetirir.

Mahmudov onu da bildirdi ki, bizdən fərqli olaraq, Avropa və Amerikanın inkişaf etmiş ölkələrində insanlar internetdən daha çox elektron kommersiya, onlayn alğı-satqı üçün istifadə edirlər. Ancaq Azərbaycanda e-dövlət, e-kommersiya sahəsi formalaşmadığından internet daha çox əyləncə üçün istifadə olunur. Hər gün küçələrdə, divarlarda reklam olunan saytların adına nəzər salsaq, görərik ki, hamısı yükləmələr, tanışlıq, çat, əyləncə yönümlüdür. Bəzilərinin adları belə qeyri-etikdir.

Gənclər internetdə nə ilə maraqlanır? - sualına cavab tapmaq üçün paytaxtdakı bir sıra internet-klublara üz tutduq. Bəlli oldu ki, yeniyetmələr daha çox oyunlara və gənclər isə tanışlıq səhifələrinə və çatlara, sosial şəbəkələrə meyillidir. Ekspert Rasim Mahmudovun fikrincə, bu, daha çox millətlərin mental xüsusiyyətlərinin göstəricisidir: "Texnologiya baxımından ən çox inkişaf etmiş xalqlar da internetin zərərli təsirindən sığortalanmayıb. Məsələn, yapon xalqı internetdən daha çox intihar üçün istifadə edir. Yaponiyada intihar milli mədəniyyətin tərkib hissəsidir və onlar adətən qrup halında intihara meyillidirlər. İnternet də bunun üçün vasitədir. Burada həmfikirlərini tapıb nə vaxt, harada intihar edəcəklərini bəyan edirlər. Və ya ərəb xalqları, qafqazlılar, Braziliya və Latın Amerikası xalqlarının internetdə daha çox azart oyunlara meyilli olduğunu görürük. Bu da həmin xalqların təbiətindəki çılğınlıqdan irəli gəlir. İnternet bir növ sosioloji tədqiqat obyektidir. Buradan xalqların özəlliklərini də öyrənmək olur".

İctimai rəyə sosial şəbəkələrin təsirinə gəlincə, ekspert ərəb ölkələrində baş verən hadisələrdən çıxış edərək bildirdi ki, mətbuat kimi, internet, xüsusilə sosial şəbəkələr də cəmiyyətdəki ab-havaya, hətta siyasi proseslərə belə təsir edir. Amma təbii ki, sosial şəbəkələrin müsbət yönləri də var. Belə ki, insanlar öz maraq dairəsində olan həmfikirlərilə asanlıqla tanış olub fikir mübadiləsi aparırlar. Adi həyatda bu, çox çətin olsa da, internet məkan və zaman problemini həll edir, ünsiyyəti asanlaşdırır. Amma bu üstünlüklər bəzən insanlarda "internet asılılığı" formalaşdırır ki, bu da artıq bir xəstəlikdir. İnkişaf etmiş ölkələrin əhalisi bu problemdən daha çox əziyyət çəkir.

Mənbə: Azadlıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5611   Tarix: 21 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704